Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

YAXIN ZAMANA QƏDƏR "DİNO-QUŞ NAĞILLARI" VARDI

 

Quş tüklərinə sahib dinozavrlar və ya digər bir adla xəyali "dino-quşlar", yaşadığımız 10 il ərzində darvinist medianın ən qiymətli təbliğat vəsaitlərindən biri oldu. Bir-birinin ardınca qəzet başlıqlarında dərc olunan "dino-quş" xəbərləri, çəkilən bərpa olunmuş şəkillər və təkamülçü "mütəxəssis"lərin verdikləri iddialı açıqlamalar, keçmişdə yarı quş-yarı dinozavr canlıların yaşadığı mövzusunda bir çox insanı razı saldı.

Bu nəzəriyyə, “Scientific American” jurnalının, mart 2003-cü il buraxılışında tanınmış ornitoloqlar (quş alimləri) Richard O. Prum və Alan Brush tərəfindən qələmə alınan "quş tükümü, yoxsa quşmu?, hansı əvvəl gəldi?" (the feather or The Bird? Which Came First?) başlıqlı bir məqaləsiylə ən son və ən geniş şəkildə müdafiə olundu. Prum və Brush o qədər iddialı idilər ki, quşların mənşəyi haqqında təkamülçülər arasında davam edən mübahisəyə artıq son qoyduqlarını düşünür, kəşflərin guya "təəccüblü bir nəticə" ortaya qoyduğunu irəli sürürdülər. Buna görə də, "quş tükləri, quşların meydana gəlməsindən əvvəl, dinozavrlarda təkamül keçirərək meydana gəlmişdi". Prum və Brush quş tüklərinin uçmaq üçün deyil, "izolyasiya, su izolyasiyası, əks cinsi cəzb etmək, kamuflyaj və müdafiə" kimi məqsədlər üçün təkamül keçirdiyini, ən axırda isə uçmaq üçün istifadə edildiyini irəli sürürdülər.

Ancaq bu müddəa həqiqətdə elmi dəlillərdən məhrum bir fərziyyədən ibarət idi. Prum və Brush tərəfindən meydana gətirilən və “Scientific American” jurnalı tərəfindən yiyə durulan yeni müddəa, son bir neçə on il müddətdir ki, geniş bir şəkildə, gözü bağlı və qatı surətdə müdafiə olunan "quşlar dinozavrdır" nəzəriyyəsinin yeni, amma içi boş bir versiyasından başqa bir şey deyildi. Eləcə də, həqiqətdə, təkamülün digər ikonları kimi o da çürük idi.

Bu mövzuda fikirlərinə müraciət edilə biləcək bir adam da Şimal Karolina Universitetinin biologiya fakültəsindən Alan Feducciadır. Dr. Feduccia, quşların mənşəyi mövzusunda dünyanın ən tanınmış nüfuzlu şəxslərindən biridir. Dr. Feduccia təkamül nəzəriyyəsini qəbul edir və quşların təkamül nəticəsində meydana gəldiklərinə inanır. Ancaq onu Prum və Brush kimi "dino-quş" tərəfdarlarından fərqləndirən cəhət, təkamül nəzəriyyəsinin bu mövzuda yaşadığı anlaşılmazlığı qəbul etməsi və qəsdli surətdə davam etdirilən həqiqətdə isə heç bir dayağı olmayan "dino-quş" bolluğuna etibar etməməsidir.

Alan Feduccianın The American Ornithologists' Union (Amerikan Ornitoloqlar Birliyi) tərəfindən nəşr olunan və ornitologiyanın ən texniki müzakirələrinə zəmin olan “The Auk” jurnalı üçün qələmə aldığı, oktyabr 2002-ci il tarixli, "Birds are Dinosaurs: Simple Answer to a Complex Problem" (Quşlar Dinozavrdır: Mürəkkəb Bir Problemə Sadə Bir Cavab) başlıqlı yazıda çox əhəmiyyətli məlumatlar verilir. Dr. Feduccia, John Ostrom tərəfindən 1970-ci illərdə gündəmə gətirilən və o vaxtdan indiyədək hərarətlə müdafiə olunan quşların təkamül yolu ilə dinozavrlardan meydana gəldiyi nəzəriyyəsinin elmi dəlillərdən məhrum olduğunu, belə bir təkamülün mümkün olmadığını ətraflı şəkildə izah edir.

Feduccia, Çində olduğu irəli sürülən "dino-quş"lar haqqında isə çox əhəmiyyətli bir həqiqəti açıqlayır: Tüklü dinozavr olaraq irəli sürülən sürünən fosillərinin (daşlaşmış qalıntılarının) üzərində olan "tüklər"in primitiv olsa da, quş tükü olduğu dəqiq deyil. Əksinə "dino-fuzz" deyilən bu fosil (daşlaşmış qalıntı) izlərinin quş tükləri ilə bir əlaqəsinin olmadığını göstərən bir çox dəlil vardır. Feduccia belə yazır:

Primitiv quş tüklərinə sahib olduğu irəli sürülən fosillərin (daşlaşmış qalıntıların) çoxunu tədqiq etmiş kəslər olaraq, mən və digər bir çox mütəxəssis, bu strukturların primitiv quş tükləri (protofeathers) olduğuna dair inandırıcı bir dəlil görmürük. Bir çox Çin fosili (daşlaşmış qalıntısı), "dino-fuzz" olaraq adlandırılan qəribə bir haləyə malikdir, amma hər nə qədər bu material quş tükləri ilə homoloq (bənzər) sayılsa da, bu istiqamətdəki arqumentlər inandırıcılıqdan çox uzaqdır.(151)

Feduccia, bu təsbitindən sonra, “Scientific American”dakı məqalənin yazıçısı Prumun bu mövzuda ön mühakiməli davrandığını da belə ifadə edir:

Prumun fikri bir çox paleontoloq tərəfindən paylaşılır: Quşlar dinozavrdır; dolayısilə dromaeosaurlar (teropod dinozavrlar) üzərində qorunmuş hər hansı bir ipvari quruluş, mütləq primitiv quş tükü olmalıdır.(152)

Feducciaya görə bu ön mühakiməni çürüdən səbəblərdən biri, quşlarla arasında heç bir əlaqə qurula bilməyəcək fosillərdə də (daşlaşmış qalıntılarda da) bəhs olunan "dino-fuzz" izlərinə rast gəlinməsidir. Eyni məqalədə Feduccia belə söyləyir:

Ən əhəmiyyətlisi, dino-fuzz hal-hazırda artıq çox sayda kateqoriyada kəşf edilir. Bunların bəziləri hələ yayımlanmamışdır, amma xüsusilə də Çində tapılan bir pterosaurda (uçan sürünən) və bir therizinosaurda (ətyeyən bir dinozavr qrupu) bunlar tapılmışdır. Ən təəccüblü vəziyyət isə, dino-fuzza çox bənzəyən dəri liflərinin Yura dövrünə aid bir ichthyosaurda da tapılmış və ətraflı şəkildə təsvir edilmiş olmasıdır (İchthyosaurlar, nəsli tükənmiş dəniz sürünənləridir). Bəhs olunan canlılardakı şaxələnmiş liflərin bəziləri, görünüş baxımından, "primitiv quş tükləri" (protofeather) deyilən və (Çinli paleontoloq) Xu tərəfindən müəyyənləşdirilən strukturlara çox bənzərdir. Uydurma "primitiv quş tüklərinin" archosaurlarda (Mezozoy erasına aid sürünənlərdə) belə geniş bir şəkildə yayılması, özlüyündə bunların quş tükləri ilə heç bir əlaqələrinin olmadığını göstərən bir dəlildir.(153)

Feduccia, keçmişdə də fosillərin (daşlaşmış qalıntıların) ətrafında bəzi strukturlar olduğunu, ancaq fosilə (daşlaşmış qalıntıya) aid olduğu güman edilən bu strukturların sonradan qeyri-üzvi maddələr olduğunun müəyyənləşdirildiyini xatırladır:

İnsanın ağlına, Solnhofen fosillərində (daşlaşmış qalıntılarında) tapılan və dendritlər olaraq bilinən kol bənzəri izlər gəlir. Bitkiyə bənzər formalarına baxmayaraq, bu strukturların əslində, fosil (daşlaşmış qalıntı) yataqlarında, çatlaqlardan və ya fosillərin (daşlaşmış qalıntıların) sümüklərindən oksidlənərək sızan manqan məhlulunun təsiriylə yaranan qeyri-üzvi strukturlar olduğu artıq məlumdur.(154)

Bu mövzuda diqqət çəkici digər nöqtə isə, "tüklü dinozavr" olaraq gündəmə gətirilən fosillərin (daşlaşmış qalıntıların) hamısının Çində tapılmış olmasıdır. Görəsən bu fosillər (daşlaşmış qalıntılar) niyə dünyanın başqa heç bir yerində deyil də, Çində ortaya çıxır?. Həmçinin Çindəki fosil (daşlaşmış qalıntı) yataqları, yalnız "dino-fuzz" kimi naməlum bir quruluşu deyil, həmçinin quş tüklərini də ən yaxşı şəkildə mühafizə edə biləcək bir quruluşa sahib olduğu halda, niyə təkamülçülərin tüklü olduğunu iddia etdikləri terapod və dinozavrların üzərində tük və ya lələk olur? Bunun cavabı çox açıqdır: Çünki bu canlılar quş tükünə sahib deyillər. Feduccia da eyni qəribəliyə belə diqqət çəkir:

Həmçinin, bədənin xarici səthinin mühafizə oluna bildiyi başqa yataqlarda tapılan başqa teropodların və digər dinozavrların heç bir "dino-fuzz"a sahib olmadıqları, əksinə hər hansı bir quş tükü bənzəri quruluşdan tamamilə məhrum olub, həqiqi sürünən dərisinə sahib olduqları niyə açıqlanmalıdır. Eləcə də, niyə dino-fuzza sahib Çinli dromaeosaur fosilləri (daşlaşmış qalıntıları), normalda gözləniləcəyi şəkildə quş lələyinə sahib deyillər (əgər bunlar həqiqətən də mövcud olsa, asanlıqla mühafizə olunmuş ola biləcəkləri halda?).(155)

Yaxşı, bəs onda Çində tapılan guya "tüklü dinozavrlar" olan bütün bu şeylər nədir? Sürünənlər ilə quşlar arasında ara-keçid formaları kimi göstərilməyə çalışılan bu canlıların həqiqi kimliyi nədir?

Feduccia, "tüklü dinozavr" olaraq göstərilən canlıların bir qisminin "dino-fuzz"a sahib nəsli tükənmiş sürünənlər, bəzilərinin də həqiqi quşlar olduğunu açıqlayır:

Aydındır ki, əslində Çinin Yixian və Jiufotang bölgələrindəki Təbaşir dövrünə aid göl yataqlarında iki fərqli fosil (daşlaşmış qalıntı) faktı vardır; biri "dino-fuzz" fosilləri (daşlaşmış qalıntıları) göstərən (belə ki, bunun yaxşı bir nümunəsi bir uydurmadan ibarət olan "tüklü dinozavr"ların tapılan ilk nümunəsi olan Sinosauropteryxdir) qrupdur. Digəri isə həqiqətən quş tüklərinə sahib olanlardır. “Nature” jurnalının üz qabığında göstərilən və tüklü dinozavrlar olaraq təqdim edilən ancaq sonradan əhəmiyyətsiz, uçma qabiliyyəti olmayan quşlar olduğu aydın olan fosillər kimi.(156)

Yəni bütün dünyaya "tüklü dinozavr" və ya "dino-quş" olaraq göstərilən fosillər (daşlaşmış qalıntılar), ya toyuqlar kimi uça bilməyən bəzi quşlara, ya da "dino-fuzz" deyilən ancaq quş tükləri ilə əlaqəsi olmayan təbii bir quruluşa sahib sürünənlərə aiddir. Ortada quşlar və sürünənlər arasında "ara forma" meydana gətirəcək tək bir fosil (daşlaşmış qalıntı) belə yoxdur. (Feduccia yuxarıda saydığı bu iki təməl qrupla yanaşı bir də "tez-tez rast gəlinən dimdikli quş confuciusornis", bəzi enantiornitheslər və yeni müəyyən olunan toxum yeyən bir quş olan Jeholornis primadan bəhs edir ki, bunların da heç biri "dino-quş" deyil.)

Dolayısilə Richard O. Prum və Alan Brushun “Scientific American” jurnalında dərc olunan məqalələrində irəli sürülən, "quşlar dinozavrdır" müddəasının fosillərlə (daşlaşmış qalıntılarla) sübut edildiyi iddiası, həqiqətlərlə tamamilə ziddir.

 

Təkamülçülərin gizlətmək istədiyi yaş problemi və "cladistics" yanılması

İstər Richard O. Prum və Alan Brushun “Scientific American” jurnalında dərc olunan məqalələrində, istərsə də "dino-quş" bolluğunu qızışdıran bütün təkamülçü qaynaqlarda israrla görməzlikdən gəlinən, hətta gizlənən çox əhəmiyyətli bir həqiqət vardır:

Qəribə bir şəkildə "dino-quş" və ya "tüklü dinozavr" dedikləri fosillərin (daşlaşmış qalıntıların) yaşları, 130 milyon ildən əvvələ gedib çıxmır. Halbuki, "yarı quş" olaraq göstərmək istədikləri bu canlılardan ən azı 20 milyon il daha yaşlı olan, həqiqi bir quş onsuz da vardır, məhz bu quş Arxeopteriksdir. Bilinən ən qədim quş olma xüsusiyyəti daşıyan Arxeopteriks, qüsursuz uçma qabiliyyətinə sahib əzələlərə, uçma qabiliyyətinə sahib tüklərə və normal bir quş skeletinə sahib bir quşdur. 150 milyon il əvvəl göydə müvəffəqiyyətli bir şəkildə süzülmüşdür. Vəziyyət belə olduğu halda, Arxeopteriksdən xeyli vaxt sonrakı tarixlərdə yaşamış canlıların quşların primitiv əcdadları olaraq göstərilməsi tək sözlə axmaqlıqdır.

Yaxşı, bəs onda təkamülçülər belə bir cəfəngiyyatı necə müdafiə edirlər?

Darvinistlər bunu müdafiə etmək üçün öz ağıllarına görə bir "üsul" tapmışlar: Bu üsulun adı "Cladistics"dir. Bu termin, son 20-30 ildir ki, paleontologiya dünyasında tez-tez istifadə olunan yeni bir fosil (daşlaşmış qalıntı) şərh etmə üsuludur. Cladistics üsulunu müdafiə edənlər, tapılan fosillərin (daşlaşmış qalıntıların) yaşlarının tamamilə görməzlikdən gəlinməsini, yalnız əldəki fosillərin (daşlaşmış qalıntıların) xarakterik xüsusiyyətlərinin bir-biri ilə müqayisə edilməsini və bu müqayisə nəticəsində ortaya çıxan bənzərliklərə görə təkamüli nəsil ağacları qurulmasını müdafiə edirlər.

Bu fikri müdafiə edən təkamülçü bir internet saytında, yaşı arxeopteriksdənxeyli gənc olan velosiraptorun, arxeopteriksinəcdadı sayılmasının guya ki, niyə "məntiqli" olduğu belə açıqlanılır:

İndi belə bir sual verə bilərik: Velosiraptor, arxeopteriksdən sonra gəlmiş olmasına baxmayaraq, onun necə əcdadı ola bilər?.

Çünki fosil (daşlaşmış qalıntı) qeydlərindəki boşluqlardan ötrü, fosillər (daşlaşmış qalıntılar) həmişə "tam vaxtında" tapıla bilməzlər. Məsələn, gec təbaşir mərhələsi məxsus, Madaqaskarda tapılmış Rahonavis adlı yeni bir fosil (daşlaşmış qalıntı), quşlarla Velosiraptor kimi bir sürünən arasında keçid forması kimi dayanır, amma 60 milyon il gec tapılmışdır. Amma heç kim bunun gec tapılmasının itkin halqa olmasına maneə təşkil etdiyini söyləmir, çünki çox uzun bir müddət yaşamış ola bilər. Bu kimi nümunələr "xəyali əlaqələr" olaraq adlandırılır; bu heyvanların daha əvvəl də mövcud olduqlarını fərz edirik, onların ola biləcək əcdadlarına sahib olduğumuz və ola biləcək nəvələrinə də sahib olduğumuz zaman.(157)

Cladisticsin qısa izahı olan bu açıqlama, bu üsulun nə qədər böyük bir təhrif olduğunu da göstərir. Əvvəlcə bunu ifadə etməliyik: Yuxarıda ifadə edilən Velosiraptor, quşların dinozavrlardan təkamül yolu ilə meydana gəldiyi nağılında uydurma ara-keçid forması kimi təqdim edilən fosillərdən (daşlaşmış qalıntılardan) biridir. Ancaq bu fosil (daşlaşmış qalıntı) də digərləri kimi, təkamülçülərin birtərəfli şərhlərindən başqa bir şey deyil. Xəyali Velosiraptor şəkillərində görülən tüklər tamamilə təkamülçülərin xəyalını əks etdirir; həqiqətdə isə bu canlının tükləri olduğuna dair heç bir dəlil yoxdur. Həm də, yuxarıdakı sitatda gördüyümüz kimi təkamülçülər açıq şəkildə fosil (daşlaşmış qalıntı) qeydlərinin nəticələrini, öz nəzəriyyələrinə görə təhrif edirlər. 70 milyon illik bir fosilə (daşlaşmış qalıntıya) sahib bir növün, əslində 170 milyon il əvvəl də yaşadığını fərz etmənin və buna görə də təkamüli bir qohumluq əlaqəsi qurmağın, həqiqətləri təhrif etməkdən başqa bir mənası yoxdur.

Cladistics əslində, təkamül nəzəriyyəsinin fosil (daşlaşmış qalıntı) qeydləri qarşısındakı məğlubiyyətinin gizli bir etirafı və yeni bir ölçüsüdür. Yekunlaşdırmaq lazım gəlsə;

1) Darvin, fosil (daşlaşmış qalıntı) qeydləri ətraflı şəkildə araşdırıldığında, bildiyimiz növlərin hamısının arasını dolduracaq "ara-keçid formaların" tapılacağını irəli sürmüşdür. Nəzəriyyənin gözlədiyi budur.

2) Ancaq paleontologiya elminin göstərdiyi 150 illik səy, ara-keçid formalarının olduğunu göstərməmiş, bu canlıların izinə rast gəlinə bilməmişdir. Bu, nəzəriyyə üçün böyük bir məğlubiyyətdir.

3) Ara-keçid formalar tapıla bilmədiyi kimi təkamülçülərin yalnız bənzərliklərindən ötrü bir-birlərinin əcdadı olduğunu elan edə biləcəkləri canlıların yaşları da bir-biriylə ziddiyyət təşkil edir. Daha "primitiv" kimi görünən bir canlı, daha "inkişaf etmiş" kimi görünən bir canlıdan daha gec ortaya çıxır.

Məhz bu son nöqtə, təkamülçüləri cladistics deyilən əsassız üsulu meydana gətirməyə məcbur etmişdir.

Cladisticslə birlikdə darvinizm, "elmi tapıntılara əsaslanan, bunlardan yola çıxan" bir nəzəriyyə olmadığını, əksinə "elmi tapıntıları təhrif edən, bu tapıntıları öz fərziyyələrinə görə dəyişdirən" bir yalan olduğunu açıq şəkildə gözlər önünə sərmişdir.

Bir zamanlar Sovet İttifaqında tətbiq olunan Lisenkoizm (genetika qanunlarını rədd edən və irsiyyətin Lamarkın nəzəriyyəsinə görə meydana gəldiyini müdafiə edən Trofim Lisenko tərəfindən meydana gətirilən və Stalinin dövründə SSRİ-nin rəsmi elmi doktrinası olan cəfəngiyyat) kimi. Beləliklə də, darvinizmin Lisenkoizm kimi elmdən uzaq olduğu da aydın olmuşdur.

 

Quşlar ilə dinozavrlar arasındakı keçilməz fərqlər

Yalnız Prum və Brushun müddəası deyil, "quşlar dinozavrdır" nəzəriyyəsinin hər bir versiyası çürükdür. Çünki quşlar və dinozavrlar arasında heç bir təkamül prosesiylə ört-basdır edilə bilməyəcək "struktur etibarilə bir fərqlilik" vardır. Bir çox kitabımızda ətraflı şəkildə nəzərdən keçirdiyimiz bu fərqlərin bəzilərini qısaca yekunlaşdıraq:

1) Quşların ağciyər quruluşu, sürünənlərdən və bütün digər quru onurğalılardan tamamilə fərqli bir quruluşdadır. Quşlarda, quru onurğalıların əksinə, hava ağciyər içərisində tək istiqamətdə hərəkət edir və beləcə quş daim oksigen alıb karbon qazını buraxa bilir. Quşlara məxsus bu quruluşun standart quru onurğalıların ağciyərindən təkamül yolu ilə meydana gəlməsi qeyri-mümkündür, çünki ara bir quruluşda canlının nəfəs alması və dolayısilə həyatını davam etdirməsi mümkün deyil.(158)

2) Alan Feduccia və Julie Nowicki tərəfindən 2002-ci ildə quşlar və sürünənlərin embrionları arasında aparılan müqayisələr, iki canlı qrupunun ayaq quruluşlarının çox böyük fərqlilik göstərdiyini və aralarında təkamüli bir əlaqə yaradılmasının qeyri-mümkün olduğunu sübut etmişdir.(159)

3) İki canlı qrupunun kəllələri arasındakı aparılan ən son müqayisələr də eyni nəticəni verir. Andre Elzanowski 1999-cu ildə apardığı bir araşdırma nəticəsində; "dromaeosauridlərin çənələrində və üst çənələrində heç bir spesifik quş bənzərliyi olduğu görülməmişdir" nəticəsinə gəlmişdir.(160)

4) Dişlər, quşlar ilə sürünənləri bir-birindən ayıran fərqlərdən biridir. Keçmişdə yaşamış bəzi quşların dimdiklərində dişlər olduğu məlumdur. Uzun müddət təkamülə saxta bir dəlil kimi göstərilən bu vəziyyətin heç də elə olmadığı, çünki quş dişlərinin çox özünəməxsus olduğu isə zamanla aydın olmuşdur. Feduccia bu mövzuda belə yazır:

Bəlkə də, teropodlar və quşlar arasındakı ən təəccüblü bənzərlik, dişlərinin quruluşu və dişlərinin çıxma xüsusiyyətidir. Quş və teropod dişləri arasındakı dramatik fərqlərə diqqət yetirilməməsi olduqca təəccüblüdür; xüsusilə də məməli paleontologiyasının böyük ölçüdə diş morfologiyasıyla əlaqədar olduğunu xatırladığımızda. Qısa şəkildə ifadə etmək lazımdırsa, quş dişləri (məsələn, Archaeopteryx, Hesperornis, Parahesperornis, İchthyornis, Cathayornis və Mezozoy erasına digər bütün quşlarda görüldüyü kimi) bir-birlərinə diqqət çəkici şəkildə bənzər və teropodlarınkından diqqətə çarpan şəkildə fərqlidir... Forma, inkişaf və yenilənmə baxımından, quşların və teropodların diş strukturları arasında heç bir ortaq, köçürülmüş xüsusiyyət yoxdur.(161)

5) Quşlar istiqanlı, sürünənlər isə soyuqqanlı canlılardır. Bu, çox fərqli iki ayrı maddələr mübadiləsinin olması deməkdir və aradakı çevrilmənin təsadüfi mutasiyalarla baş verməsi qeyri-mümkündür. Dinozavrların istiqanlı olduqları istiqamətindəki müddəa isə, bu çətinliyi aradan qaldırmaq üçün ortaya atılmışdır. Ancaq hər hansı bir dəlilə əsaslanmayan bu müddəanın əsassızlığını göstərən bir çox dəlil vardır.(162)

Bütün bunlar quşların mənşəyi haqqındakı təkamülçü müddəanın heç bir elmi dayağı olmadığını göstərir. Darvinist media bəlkə də, qısa bir müddət daha "dinoquş" bolluğunu davam etdirə bilər, amma bunun tamamilə elmdən kənar bir təbliğat kompaniyası olduğu ortaya çıxmış vəziyyətdədir. Quşların və təbiətdəki bütün canlıların mənşəyinə materialist doqmadan xilas olaraq baxan hər kəs isə, açıq bir həqiqəti görəcək: Canlılar, təbii faktorlarla və təsadüflərlə əsla izah oluna bilməyəcək qədər çox kompleks xüsusiyyətlərə sahibdirlər. Bunun tək izahı, yaradılış həqiqətidir.

Bütün canlıları, hər cür formada yaratmağa qadir, üstün bir elm sahibi olan Allah bir anda və qüsursuz şəkildə yaratmışdır. Allah Quranda belə buyurur:

 

Məgər insan onu nütfədən yaratdığımızı görmür?. Budur, o indi açıq-aşkar düşmən kəsilmişdir. O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?”. De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər cür yaratmağa qadirdir. (Yasin surəsi, 77-79)

----

151- Alan Feduccia, "Birds are Dinosaurs: Simple Answer to a Complex Problem", The Auk, Ekim 2002, vol. 119 (4), s. 1187–1201

152- Alan Feduccia, "Birds are Dinosaurs: Simple Answer to a Complex Problem", The Auk, Ekim 2002, vol. 119 (4), s. 1187–1201

153- Alan Feduccia, "Birds are Dinosaurs: Simple Answer to a Complex Problem", The Auk, Ekim 2002, vol. 119 (4), s. 1187–1201

154- Alan Feduccia, "Birds are Dinosaurs: Simple Answer to a Complex Problem", The Auk, Ekim 2002, vol. 119 (4), s. 1187–1201

155- Alan Feduccia, "Birds are Dinosaurs: Simple Answer to a Complex Problem", The Auk, Ekim 2002, vol. 119 (4), s. 1187–1201

156- Alan Feduccia, "Birds are Dinosaurs: Simple Answer to a Complex Problem", The Auk, Ekim 2002, vol. 119 (4), s. 1187–1201

157- http://www.geocities.com/CapeCanaveral/Hall/2099/DinoKabin.html

158- Michael J. Denton, Nature's Destiny, Free Press, New York, 1998, s. 361

159- David Williamson, "Scientist Says Ostrich Study Confirms Bird 'Hands' Unlike Those Of Dinosaurs", EurekAlert, 14-Aug-2002, http://www.eurekalert.org/pub_releases/2002-08/uonc-sso081402.php

160- A Elzanowski 1999. "A comparison of the jaw skeleton in theropods and birds, with a description of the palate in the Oviraptoridae". Smithsonian Contributions to Paleobiology 89:311–323

161- Alan Feduccia, "Birds are Dinosaurs: Simple Answer to a Complex Problem", The Auk, Ekim 2002, vol. 119 (4), s. 1187–1201

162- MORELL, V.."A Cold, Hard Look at Dinosaurs", Discover, 1996, 17(12):98–108.