Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

BİR ZAMANLAR İTKİN HALQA AXTARILIRDI

 

Əvvəlki hissədə darvinizmin fosil (daşlaşmış qalıntı) qeydləri tərəfindən necə dayaqsız buraxıldığını təhlil etdik. Toxunmadığımız əhəmiyyətli bir mövzu isə, insanın mənşəyi ilə əlaqədar fosil (daşlaşmış qalıntı) qeydləri idi.

Darvin insanın mənşəyi mövzusunu Növlərin Mənşəyi”ndə deyil, bundan 12 il sonra nəşr etdiyi “İnsanın Törəyişi” (The Descent of Man) adlı kitabında ələ aldı. İnsanın guya təkamül pilləsinin ən üst pilləsi olduğunu, əvvəlki əcdadının isə müasir meymunlara bənzər primatlar olduğunu irəli sürdü.

Darvinin bu iddiasını təsdiqləyəcək hər hansı bir dəlili yox idi. Etdiyi yeganə şey, heyvanlar aləmində fiziki baxımdan insana bənzədə biləcəyi ən uyğun canlı olan meymunlarla insan arasında bir qohumluq əlaqəsi xəyal etməkdi. Kitabında irqçi iddialara da yer verir və dünya üzərində yaşayan bəzi uydurma "primitiv irqlər"in təkamülə dəlil olduğunu irəli sürürdü. (Halbuki, dövrümüzdə aparılan genetik tədqiqatlar Darvinin və o dövrdəki digər təkamülçülərin müdafiə etdikləri bu irqçi fikirlərin yalan olduğunu sübuta yetirmişdir.)

Darvin insanın meymunlarla ortaq bir əcdaddan gəldiyini irəli sürdüyünə görə, nəzəriyyəsinə inananların boynuna bu xəyali təkamülü sübut edəcək fosillər (daşlaşmış qalıntılar) tapmaq vəzifəsi düşürdü. 19-cu əsrin son rübündən etibarən demək olar ki, paleoantropologiya elmi bu məqsədə yönəldildi. Darvinizmə inanan paleontoloqlar insanla meymun arasındakı saxta "itkin halqa"nı tapmaq üçün qazıntı işlərinə başladılar.

Ümid etdikləri böyük tapıntı, 1910-cu ildə İngiltərədə ortaya çıxdı. Bu, sonrakı 43 il müddətində insanın təkamül keçirdiyini sübut edən çox əhəmiyyətli bir dəlil kimi dünyaya təqdim ediləcək "Piltdown Adamının" kəlləsi idi. Fosil (daşlaşmış qalıntı), Charles Dawson adlı həvəskar bir paleontoloq tərəfindən tapılmışdı və bu səbəblə də ona eoanthropus dawsoni adı verildi. Eoanthropus dawsoni qəribə bir fosil (daşlaşmış qalıntı) idi:Kəllənin yuxarı qismi tam bir insan quruluşuna sahib olduğu halda, alt çənəsi və dişləri meymunabənzər xüsusiyyətlərə sahib idi. Kəşf qısa müddətdə böyük şöhrət qazandı. İngilislər, İngiltərədə tapılan fosili (daşlaşmış qalıntını) öz irqlərinin əcdadı olaraq görüb böyük bir qürurla sahibləndilər. Kəllənin böyük olması, "ingilislərin zəkası"nın çox əvvəl təkamül keçirdiyinin bir göstəricisi kimi şərh olunurdu. Sonrakı illərdə eoanthropus dawsoni haqqında yüzlərlə tezis yazıldı və fosilin (daşlaşmış qalıntının) sərgiləndiyi Britaniya muzeyini gəzən yüz minlərlə ziyarətçi, "insanın təkamülü" mövzusunda razı salındı.

Halbuki, bilmədikləri bir şey var idi: Fosil (daşlaşmış qalıntı) saxta idi. Kəllə üzərində 1953-cü ildə aparılan tədqiqatlar nəticəsində Piltdown Adamının insan və oranqutan sümüklərinin birləşdirilməsiylə əldə olunmuş saxta bir fosil (daşlaşmış qalıntı) olduğu ortaya çıxdı. Bir vaxtlar guya ən böyük təkamül dəlili hesab olunan bu fosil (daşlaşmış qalıntı), ictimaiyyətin çaşqınlığı içində on illərdir ki, böyük bir diqqətlə sərgiləndiyi Britaniya muzeyindən çıxarıldı.

1920-ci illərdə Piltdowndan daha kiçik miqyaslı, amma ən az onun qədər dəhşətli başqa bir qalmaqal yaşandı. 1922-ci ildə ABŞ-ın Nebraska ştatında tapılan bir azı dişi fosili (daşlaşmış qalıntısı) insan və meymun arası bir struktur kimi xarakterizə olundu və bu dişdən yola çıxılaraq xəyali bir "Nebraska Adamı" hazırlandı. Ancaq 1927-ci ildə dişin nə insana, nə də meymuna aid olduğu ortaya çıxdı. Diş, çöl donuzuna aid idi.

Bu kimi fiaskolara baxmayaraq, təkamülçülər insanın mənşəyi mövzusunda fosil (daşlaşmış qalıntı) axtarışını davam etdirdilər. Zaman keçdikcə Avstralopitek adı verilən nəsli tükənmiş meymunların insanın ən qədim əcdadı olduğu fikri yayıldı. Avstralopitekdən sonra ardıcıllıqla Homo habilis, Homo rudolfensisHomo erectus adı verilən növlərin meydana gəlməsi və sonunda bu ardıcıllığın Homo sapiens, yəni müasir insanda tamamlanması, bir təkamül klişesinə çevrildi. Dərsliklər, elmi jurnallar, maqazin jurnalları, gündəlik qəzetlər, filmlər və hətta reklam filmləri belə, bu klişe və onun üzərindəki "getdikcə ayağa qalxan meymunlar silsiləsi" şəklini mənimsədilər və bunu sorğusuz-sualsız on illərlə istifadə etdilər.

Bir sözlə, 20-ci əsrin bir hissəsində, insanın mənşəyinin təkamül nəzəriyyəsinə görə izah olunduğu düşüncəsi qəbul olundu.

Halbuki, həqiqətlər çox fərqli idi. Əldə edilən fosillər (daşlaşmış qalıntılar) heç bir təkamül sxeminə uyğun gəlmirdi. Daha çox fosil (daşlaşmış qalıntı) tapıldıqca da, problem həll olunmur, əksinə daha mürəkkəbləşirdi. Sonunda bəzi nüfuzlu adamlar həqiqəti etiraf etməyə başladılar. ABŞ-ın öndə gələn paleontoloqlarından, Amerika Təbiət Tarixi Muzeyindən Niles Eldredge və Ian Tattersall, bu mövzuda bu əhəmiyyətli şərhi verdilər:

Canlıların təkamül tarixlərinin kəşf məsələsi olduğu düşüncəsi bir əfsanədir. Əgər belə olsaydı, nə qədər çox insan fosili (daşlaşmış qalıntısı) tapsaq, insanın təkamülü hekayəsinin də bir o qədər açıq hala gəlməsi lazım gələrdi. Halbuki, əgər bir şey olmuşdursa, bunun tam əksi olmuşdur.(30)

Təkamül nəzəriyyəsinin ən öndə gələn adlarından biri olan Harvard Universiteti professoru Richard Lewontinin 1995-ci il tarixli bir məqaləsindəki sözləri də darvinizmin bu mövzuda yaşadığı ümidsiz vəziyyəti belə ifadə edirdi:

Uzaq keçmişi düşündüyümüzdə, həqiqi Homo sapiens növünün əvvəlinə nəzər salsaq, nizamsız və kəsik bir fosil (daşlaşmış qalıntı) qeydi ilə qarşılaşarıq. Bəzi paleontoloqlar tərəfindən irəli sürülən həyəcan verici və optimist iddialara baxmayaraq, heç bir insan növü bizim bilavasitə əcdadımız olaraq qəbul edilə bilmir.(31)

Son illərdə mövzunun mütəxəssisi olan digər bir çox təkamülçü, əslində müdafiə etdikləri nəzəriyyə haqqında ən pessimist düşüncələrə sahib olduqlarını açıqladı. Məsələn, məşhur “Nature” jurnalının elmi redaktoru Henry Gee, bu mövzuyla əlaqədar olaraq bunları söyləyirdi:

Ata-nəvə əlaqələrinə əsaslanan insan təkamülü sxemi, sözün əsl mənasıyla həqiqətlər ortaya çıxdıqdan sonra yaradılmış bir insan icadıdır və insanların ön mühakimələrinə görə şəkil almışdır... Bir qrup fosili (daşlaşmış qalıntını) götürmək və bunların bir qohumluq zəncirini əks etdirdiklərini söyləmək, sınaqdan keçirilə biləcək bir elmi fərziyyə deyil, amma gecə yarısı nağıllarıyla eyni dəyəri daşıyan bir iddiadır, əyləndirici və hətta bəlkə də istiqamətləndiricidir, amma elmi deyil.(32)

Klassik "insanın nəsil şəcərəsi" şablonu bu gün ciddi şəkildə sorğu-suala tutulur. Dəlilləri ön mühakimələrdən xilas olaraq araşdıran elm adamları, təkamülçülərin Avstralopitekdən Homo sapiensə doğru uzatdıqları xəttin zorlama olduğunu, araya qoyulan Homo habilisHomo erectus kimi müxtəlif növlərin isə xəyali olduqlarını ifadə edirlər. Təkamülçü paleoantropoloqlar Bernard Wood və Mark Collard 1999-cu ildə “Science”də dərc olunan məqalələrində, Homo habilisHomo rudolfensis kateqoriyalarının xəyali olduğunu və bu kateqoriyalara daxil edilən fosillərin (daşlaşmış qalıntıların) əslində Avstralopitek sinfinə köçürülməsinin lazım olduğunu müdafiə etmişlər.(33) Miçiqan Universitetindən Milford Wolpoff və Kanberra Universitetindən Alan Thorne isə, Homo erectusun xəyali bir kateqoriya olduğu, bu təsnifata daxil edilən fosillərin (daşlaşmış qalıntıların) əslində Homo sapiensin variasiyaya uğramış bir forması olduqları düşüncəsindədirlər.(34)

Bunun mənası budur: Təkamülçülərin insanın guya təkamüli əcdadı olaraq irəli sürdükləri fosillər (daşlaşmış qalıntılar) ya nəsli tükənmiş meymun cinslərinə, ya da fərqli irqi xüsusiyyətlərə sahib insanlara aiddir. Bunların heç biri yarı meymun yarı insan xüsusiyyətinə sahib canlılar deyil, ya meymun, ya da insandırlar. Yəni, insanın təkamüli bir kökü yoxdur.

Bu həqiqəti görən bəzi mütəxəssislərə görə "insanın təkamülü" nağılı, materialist fəlsəfəyə inanan bir qrup insanın, təbiət tarixini öz azğın inanclarına görə yazma səyindən başqa bir şey deyil. İngilis Elm İrəliləmə Birliyinin (British Association for the Advancement of Science) bir yığıncağında, Oksford Universitetinin tarixçisi John Durant bu mövzuda bu şərhi vermişdir: "Görəsən, eynilə 'primitiv' əfsanələr kimi, insan təkamülü nəzəriyyələri də, özlərini yaradanların dəyər sistemlərini, onların özləri və cəmiyyətləri barəsindəki inanclarını keçmişə əks etdirərək gücləndirirmi?".(35) Durant daha sonrakı bir yazısında isə belə deyir:

İnsan təkamülünə dair düşüncələrin, istər elmdən əvvəl, istərsə də elmi cəmiyyətlərdə bənzər funksiyalar boynuna götürüb götürmədiyi, şübhəsiz ki, soruşulmağa dəyər bir mövzudur... Yaxından araşdırıldığında aydın olur ki, insanın mənşəyi haqqındakı fikirlər hər dəfə keçmiş qədər bu günkü günü də əks etdirir, keçmişdəki əcdadlarımızın təcrübələri qədər öz təcrübələrimizi də əks etdirir... Elmin tezliklə əfsanələrdən təmizlənməsinə təcili surətdə ehtiyacımız var.(36)

Bir sözlə, insanın mənşəyi haqqındakı təkamül nəzəriyyələri, bu nəzəriyyələri yaradanların ön mühakimələrini və fəlsəfi inanclarını əks etdirməkdən başqa bir funksiya yerinə yetirmir. Bu həqiqəti qəbul edən başqa  bir təkamülçü Arizona Dövlət Universitetində antropoloq Geoffrey Clarkdır. Clark, 1997-ci ildəki bir yazısında belə deyir:

Paleoantropologiyanın yalnız görünüşü elmidir, məzmunu deyil... Önümüzdəki bir qrup alternativ tədqiqat nəticələrindən birini, daha əvvəlki fərziyyələrimizə və ön mühakimələrimizə görə seçirik. (Bu həm siyasi, həm də subyektiv bir əməliyyatdır.)(37)

 

 

Media təbliğatının iç üzü

Göründüyü kimi insanın təkamülü iddiası, bilavasitə bu iddianın şəkil almasında rol oynayan kəslər tərəfindən dəstəklənilmir. İddia elmə deyil, nəzəriyyəyə şəkil verənlərin inanc və ön mühakimələrinə əsaslanır. Amma maraqlı məqam, paleoantropologiya dünyasındakı bu "etiraf"ların heç vaxt mediayaya əks olunmamasıdır. Əksinə darvinizmi müdafiə edən bir qisim media orqanları, təkamül nəzəriyyəsinin içinə düşdüyü bu çıxılmaz vəziyyəti diqqətlə gizlədər və daim kütlələrə, "təkamül nəzəriyyəsinə hər gün yeni bir dəlil tapıldığı" yalanını söyləyər. Yale və Berkli Kaliforniya Universitetlərində aspirantura və doktorantura səviyyələrində təhsil almış Amerikalı bir bioloq Jonathan Wells, “Icons of Evolution: Science or Myth, Why Much of What We Teach About Evolution his Wrong?” (Təkamülün İkonları: Elmdir yoxsa əfsanə, Təkamül Haqqında Öyrətdiyimiz bir çox Şey Niyə Səhvdir?) adlı 2000-ci ildə nəşr olunmuş kitabında bu təbliğat mexanizmini belə yekunlaşdırır:

Bütün cəmiyyət, insanın mənşəyi haqqındakı böyük naməlumluğa dair elmi mütəxəssislərin verdikləri açıqlamalardan çox nadir hallarda xəbərdar edilir. Bunun əvəzinə isə, o kimsə və ya bu kimsənin ən son nəzəriyyəsindən xəbərimiz olar, eyni zamanda bizə paleoantropoloqların bilavasitə bunun üzərində razılığa gələ bilmədikləri həqiqəti çatdırılmaz. Eləcə də, tipik olaraq, nəzəriyyə mağara adamlarının və ya "bol makiyajlı" insan əcdadlarının xəyali şəkilləri ilə bəzənər... Görünən budur ki, elmin heç bir sahəsində bu qədər çox adam, bu qədər az bir vəsaitlə bu qədər çox şey quraşdırmamışdır.(38)

Yaxşı, bəs onda təkamülü müdafiə edən bir qisim media orqanlarının xəbərlərinə başlıq olan "insanın təkamülü artıq sübut edilmiş bir həqiqətdir" kimi əsassız iddialarla qəzet və televiziyalarda yer alan elm adamları hansılardır?. Bunlar, paleoantropologiyanı dayaqsız hesab edən elm adamlarından niyə fərqli düşünürlər?.

Təkamülçü Greg Kirby, Biologiya Müəllimləri Birliyinin keçirilən yığıncağında etdiyi bir çıxışda bu psixologiyanı belə ifadə etmişdir:

Əgər bütün həyatınızı sümük toplamağa, kəllənin və çənənin kiçik parçalarını tapmağa sərf edirsinizsə, bu kiçik parçaların əhəmiyyətini şişirtməyi çox istəyərsiniz.(39)

Elmi baxımdan bir dayağı olmadığı açıq şəkildə görülən insanın təkamülü nağılına dəstək olan faktorlardan bir neçəsi bunlardır. Amma hər yeni tapılan fosil (daşlaşmış qalıntı), insanın mənşəyi haqqındakı təkamül xarakterli müddəaları bir az daha çıxılmaz vəziyyətə salır.

 

 

İtkin halqanın yoxluğunun etiraf edilməsi

Təkamül xarakterli müddəaların çıxılmaz vəziyyətinə aid son nümunə, 2002-ci ilin yayında Mərkəzi Afrika ölkəsi olan Çadda tapılan yeni bir kəllə fosili (daşlaşmış qalıntısı) oldu. Fransız elm adamı Michel Brunet tərəfindən kəşf edilən fosilə (daşlaşmış qalıntıya) Sahelanthropus tchadensis adı verildi və bu qalıq darvinizm aləmini bir-birinə qatdı. Dünya səviyyəsində tanınmış “Nature” jurnalı fosilin (daşlaşmış qalıntının) varlığını yayan xəbərində; "tapılan yeni kəllə, insanın təkamülü haqqındakı düşüncələrimizi tamamilə yox edə bilər" deyə bir etirafla çıxış etdi.(40)

Harvard Universitetindən Daniel Lieberman, bu yeni tapıntının "kiçik bir nüvə bombası qədər təsirli olacağı"nı söylədi.(41)

Bunun səbəbi, haqqında danışılan tapılmış fosilin (daşlaşmış qalıntının) 7 milyon il yaşında olmasına baxmayaraq, "insanın ən qədim əcdadı" olduğu iddia edilən və 5 milyon il yaşındakı Avstralopitek növünə aid meymunlara görə (təkamülçülərin bu günə qədər təməl aldıqları meyarlara görə) daha "insanabənzər" bir quruluşa sahib olması idi. Bu vəziyyət onsuz da tam bir qarışıqlıq içində olan "insanın təkamülü" ssenarisini bir dəfə daha əsassız hala gətirirdi.

Vaşinqtondakı Corc Vaşinqton Universitetindən təkamülçü antropoloq Bernard Wood yeni tapılan fosil (daşlaşmış qalıntı) barəsində əhəmiyyətli bir şərh verdi. Wood, 20-ci əsr boyunca kütlələrə təlqin edilən "təkamül nərdivanı" hekayəsinin artıq etibarlılığının qalmadığını, təkamülün bir "kol"a bənzədilə biləcəyini söyləyirdi:

Universitetdə oxumağa başladığım 1963-cü ildə, insanın təkamülü bir nərdivan kimi görülürdü. Bu nərdivanın pillələri, meymundan insana doğru irəliləyən və hər mərhələsi əvvəlkindən daha az meymunabənzər olan bir silsilə ara-keçid formasından meydana gəlirdi... Amma indi insanın təkamülü (dolaşıq) bir kola bənzəyir... Fosillərin (daşlaşmış qalıntıların) bir-biriylə necə bir əlaqəsi olduğu və hər hansı birinin həqiqətən insanın əcdadı olub olmadığı hələ də mübahisəlidir".(42)

Yeni tapılan meymun fosili (daşlaşmış qalıntısı) mövzusunda “Nature” jurnalının redaktoru və bir paleoantropoloq olan Henry Geenin verdiyi şərhlər də çox əhəmiyyətlidir. Gee, “The Guardian” qəzetində dərc olunan yazısında, fosil (daşlaşmış qalıntı) barəsində aparılan mübahisələrə toxunaraq belə yazır:

Nəticə nə olursa olsun bu kəllə, bir daha və qəti şəkildə göstərmişdir ki, qədimdən bəri qəbul edilən (insanla meymun arasındakı) 'itkin halqa' düşüncəsi cəfəngiyatdır... Bu an çox açıq şəkildə görülməlidir ki, onsuz da hər vaxt olduqca qeyri-sabit olmuş itkin halqa düşüncəsi artıq tamamilə öz etibarlılığını itirmişdir.(43)

Henry Gee, 1999-cu il buraxılışı olan “in search of deep time” (zamanın dərinliyini axtararkən) adlı əhəmiyyətli kitabında da on illərdir ki, mediada və guya təkamülçü elmi mənbələrdə izah edilən "insan necə təkamül keçirdi" hekayələrinin heç bir elmi dəyərinin olmadığını belə açıqlayır:

Məsələn, insanın təkamülünün bədənin duruşu, beyin həcmi ilə oddan, alətdən istifadə kimi texnoloji uğurlar və nitqin meydana gəlməsinin əl-göz koordinasiyasındakı irəliləyişlərlə əlaqədar olduğu deyilir. Ancaq bu kimi ssenarilər subyektivdir. Heç vaxt təcrübələrlə sınaqdan keçirilə bilməzlər, deməli, elmi deyillər. Ümumiyyətlə istifadə edilmələri elmi sınaqlara deyil, iddialara və təqdimatlarındakı avtoritar yanaşmaya əsaslanır. Jurnalistlər və qəzet başlığı yazıçıları, əcdadlarımızı tapma axtarışları və itkin bağların kəşfiylə əlaqədar dörd bir tərəfdə davam etdirdikləri boşboğazlığı ələ aldığımızda bir çox professional paleontoloqun canlıların tarixini ssenari və hekayələrə əsaslanaraq araşdırmadığını və elmdən kənar olması ucbatından təkamül tarixinin hekayə izahat formasını otuz ildən də artıq müddət əvvəl tərk etdiklərini öyrənmək bir sürpriz kimi gələ bilər.(44)

Gee, fosil (daşlaşmış qalıntı) qeydlərinin bir "təkamül sxemi" ortaya çıxarmadığını, əldə yalnız "boşluq dənizində üzüb duran" əlaqəsiz fosillərin (daşlaşmış qalıntılar) olduğunu isə belə vurğulayır:

Yeni fosil (daşlaşmış qalıntı) tapıntıları əvvəlcədən mövcud olan bu hekayəyə uyğunlaşdırılır. Sanki əcdadlar-nəsillər zənciri, bizim həqiqətən düşünməyimiz lazım olan bir məqsədmiş kimi, biz bu yeni tapıntılara 'itkin halqalar' deyərik; əslində həqiqət fərqlidir: Bunlar, insanların ön mühakimələriylə uyğunlaşamaları üçün formalaşdırılan, həqiqətdən sonra yaradılan, tamamilə insan icadı olan şeylərdir. Hər fosil (daşlaşmış qalıntı), başqa bir fosillə (daşlaşmış qalıntıyla) məlum heç bir əlaqəsi olmayan təcrid olunmuş bir nöqtəni təmsil edər və bunların hamısı böyük bir boşluq dənizində üzüb durar.(45)

Bunlar çox əhəmiyyətli etiraflardır. 150 ildir ki, dünyaya "necə yarandıq" sualının elmi cavabı kimi göstərilən təkamül nəzəriyyəsinin əslində yalnız müəyyən bir "dünyagörüşü"nün elmə təlqin etdiyi ssenari olduğunu ifadə edirlər. Gee, "fosilləri (daşlaşmış qalıntıları) özümüzü nə olaraq gördüyümüzü əks etdirən bir şəkildə nizamlayırıq. Doğrunu axtarmır, ön mühakimələrimizə uyğun gəlməsi üçün onu həqiqətin ardından yaradırıq" deyərkən bunu ifadə edir.

Nəticədə 150 ildir ki, insanlara elmi bir həqiqət kimi təlqin edilən "insanın təkamüli soy kötüyünü"nün tamamilə "insan icadı" bir hekayə olduğu təkamülçülər tərəfindən də qəbul edilmə nöqtəsinə gəlmişdir. Berkli Kaliforniya Universitetindən təkamülçü bioloq F. Clark Howellinin, 1996-cı ildəki bir yazısında ifadə etdiyi kimi; "insanın təkamülünə dair əhatəli bir nəzəriyyə yoxdur... onsuz da heç vaxt həqiqətən olmamışdır".(46)

Qəzet başlıqlarının məşhur mövzusu olan "itkin halqa"nın daim "itkin" qalacağı, çünki belə bir şey olmadığı təkamülçülər tərəfindən açıqlanır. Dolayısilə darvinizmin digər əfsanələri kimi insanın təkamülü nağılı da çıxılmaz vəziyyətdədir.

Bunun əvəzinə növbəti hissədə görəcəyimiz kimi, "insanı Allahın yaratdığı"nı göstərən "məlumat" gündəmə gəlmişdir. 

-----

30- Niles Eldredge, Ian Tattersall, The Myths of Human Evolution, ss.126-127

31- Lewontin, Richard C., Human Diversity, Scientific American Library: New York NY, 1995, s.163

32- Henry Gee, In Search of Deep Time, New York, The Free Press, 1999, s. 116-117

33- Bernard Wood, Mark Collard, "The Human Genus", Science, vol. 284, No 5411, 2 April 1999, ss. 65-71

34- Pat Shipman, "Doubting Dmanisi", American Scientist, November- December 2000, s.491

35- Roger Lewin, Bones of Contention, s.312

36- John R. Durant, "The Myth of Human Evolution", New Universities Quarterly 35 (1981), ss. 425-438

37- G. A. Clark, C. M. Willermet, Conceptual Issues in Modern Human Origins Research, New York, Aldine de Gruyter, 1997, s. 76

38- Jonathan Wells, Icons of Evolution: Science or Myth, Why Much of What We Teach About Evolution is Wrong, s. 225

39- Paul S. Taylor, Origins Answer Book, 5. baskı, 1995, s. 35

40- John Whitfield, "Oldest member of human family found", Nature, 11 July 2002

41- D.L. Parsell, "Skull Fossil From Chad Forces Rethinking of Human Origins", National Geographic News, 10 Temmuz 2002

42- John Whitfield, "Oldest member of human family found", Nature, 11 Temmuz 2002

43- "Face of Yesterday: Henry Gee on the dramatic discovery of a seven-million-year-old hominid",  The Guardian,  11 Temmuz 2002

44- Henry Gee, In Search Of Deep Time, Beyond the Fossil Record to a New Hıstory of Life, s. 5

45- Henry Gee, In Search Of Deep Time, s.32

46- F. Clark Howell, "Thoughts on the Study and Interpretation of the Human Fossil Record," ss.1-39 in W. Eric Meikle, F. Clark Howell & Nina G. Jablonski (editors), Contemporary Issues in Human Evolution , Memoir    21 (San Francisco: California Academy of Sciences, 1996), ss. 3, 31