Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

BİR ZAMANLAR FOSİLLƏR (DAŞLAŞMIŞ QALINTILAR)

TƏKAMÜLƏ DƏLİL HESAB EDİLİRDİ

 

Paleontologiya Darvindən əvvəl inkişaf etmişdi. Bu elmin, yəni paleontologiyanın qurucusu fransız zooloq Baron Georges Cuvier (1769-1832) idi. Cuvier, Britannicanın ifadəsiylə, "fosillərin (daşlaşmış qalıntıların) ilk dəfə zooloji təsnifatını aparmış, qaya təbəqələri və fosillər (daşlaşmış qalıntılar) arasındakı əlaqəni göstərmiş və həmçinin apardığı müqayisəli anatomiya və fosil (daşlaşmış qalıntı) rekonstruksiyası işləri ilə, funksional və anatomik əlaqələri göstərmişdi".(18)

Cuvierin əhəmiyyətli bir xüsusiyyəti isə, onun dövründə Lamark tərəfindən dilə gətirilən təkamül nəzəriyyəsinə qarşı çıxması və canlı qruplarının ayrı-ayrı yaradıldıqlarını müdafiə etməsi idi. Heyvanların anatomiyasındakı müfəssəl və həssas xüsusiyyətlərə diqqət çəkən Cuvier, bu xüsusiyyətlərin təsadüfi dəyişikliklərə izin verməyəcəyini açıqlamışdı. Buna görə də "növlər həm funksiya, həm də quruluş etibarı ilə o qədər yaxşı koordinasiya olunmuşdular ki, böyük dəyişikliklərlə həyatda qala bilməzdilər... Hər növ öz şəxsi məqsədi və hər orqan öz xüsusi funksiyasını yerinə yetirmək üçün yaradılmışdı".(19)

Çarlz Darvin isə fosillərə (daşlaşmış qalıntılara) fərqli bir şərh verdi. Ona görə keçmişdə dünya üzərində tək bir ortaq atadan digər canlı növlərini mərhələli şəkildə meydana gətirən bir təkamül prosesi yaşanmışdı və fosillər (daşlaşmış qalıntılar) bu prosesin dəlilləri idi.

Darvin belə bir şərh vermişdi, amma bu şərh bir dəlilə əsaslanmırdı. Əksinə, Darvinin zamanında əldə olan fosillər (daşlaşmış qalıntılar) heç də təkamülün yaşandığını göstərmirdi. Nəsli tükənmiş fərqli canlılara aid fosillər (daşlaşmış qalıntılar) vardı, amma bu fosillər (daşlaşmış qalıntılar) Darvinin nəzəriyyəsinin tələb etdiyi kimi bir-birlərinə qohumluq bağı ilə bağlanmamışdılar. Bilinən hər fosil (daşlaşmış qalıntı), bilinən hər canlı kimi özünəməxsus xüsusiyyətlərə sahib idi. Təbiət tarixi, təbiətin hal-hazırki vəziyyəti kimi, bir-birinə çox bənzəyən və yaxın növlərə deyil, bir-birlərindən çox fərqli və aralarında böyük struktur fərqləri olan qruplara ayrılmışdı.

Buna görə də Darvin fosilləri (daşlaşmış qalıntıları) nəzəriyyəsi üçün bir dəlil olaraq istifadə edə bilmədi. Əksinə, nəzəriyyəsi üçün problem meydana gətirən bu əhəmiyyətli məsələyə kitabında "şərh verməyə" (yəni bəhanələr irəli sürərək bu problemdən xilas olmağa) çalışdı. Kitabının "difficulties on theory" (nəzəriyyənin çətinlikləri) başlıqlı hissəsində bu mövzuya yer ayırdı. Bununla yanaşı kitabına, "on the imperfection of the geological record" (geoloji qeydlərin qeyri-kafiliyi) başlıqlı, sırf fosillər (daşlaşmış qalıntılar) və ara-keçid formaların yoxluğu mövzusundan bəhs edən bir hissə daha əlavə etdi.

Ancaq kitabın hər iki hissəsində də Darvinin üzləşdiyi problem çox açıq bir şəkildə görülürdü. Nəzəriyyəsi, canlı növlərinin çox kiçik və uzunmüddətli mərhələli dəyişikliklər nəticəsində meydana gəldikləri iddiası üzərində qurulmuşdu. Əgər bu doğru olsaydı, onda hər növü başqa bir növə bağlayan ara-keçid formalar yaşamış olmalı və bunların izlərinə də fosil (daşlaşmış qalıntı) qeydlərində rast gəlinməli idi. Amma fosil (daşlaşmış qalıntı) qeydləri heç bir "ara-keçid formanın olduğunu" göstərmirdi.

Darvin nəticədə bu böyük problemi gələcəyə həvalə etmək vəziyyətində qaldı. Onsuz da fosil (daşlaşmış qalıntı) problemini ələ almaq üçün yazdığı hissənin başlığı ("on the imperfection of the geological record" (geoloji qeydlərin qeyri-kafiliyi)) bunu açıq şəkildə göstərirdi. Darvinə görə problem fosil (daşlaşmış qalıntı) qeydlərinin qeyri-kafi olması idi. Yeni fosillər (daşlaşmış qalıntılar) tapıldıqca, nəzəriyyəsini dəstəkləyən dəlillər gələcəyinə tamamilə arxayın idi. Belə yazmışdı:

Geologiyanın, haqqında danışdığım kimi pilləli bir üzvi zəncirin olduğunu göstərmədiyi qətidir və bu, bəlkə də, mənim nəzəriyyəmə qarşı önə sürülə biləcək ən bariz və ən böyük etirazdır. Bu şərhin, geoloji qeydlərin inanılmaz dərəcədə yetərsiz qaldığı üçün verildiyinə inanıram.(20)

Darvinin verdiyi bu proqnoz o zamanlar bəzilərinə inandırıcı gəlmişdi. Sayları getdikcə artan darvinistlər yer üzünü qazaraq fosil (daşlaşmış qalıntı) qeydlərininin sayını artırmağa və "itkin" hesab etdikləri ara-keçid formaların axtarışına başladılar. Onları həyəcanlandıracaq bəzi tapıntılar da əldə edildi... Amma boş-boşuna belə bir həyəcan keçirdikləri zamanla aydın olacaqdı.

Təkamülçüləri həyəcanlandıran tapıntılardan biri də arxeopteriks adı verilən bir quş qalığı idi. 1860-cı ildə Almaniyanın Solnhofen qəsəbəsi yaxınlığında tapılan bu fosilin (daşlaşmış qalıntının) bir quşa aid olmasına baxmayaraq, bəzi özünəməxsus xüsusiyyətlər daşıyırdı. Ağzında dişlərin, qanadlarında pəncəyə bənzər dırnaqların olması və quyruğunun uzun olması, fosilin (daşlaşmış qalıntının) bu səbəblərdən ötrü sürünənlərə bənzədilməsinə səbəb oldu. Bu isə darvinistlər üçün ələ keçirilməz bir fürsət idi. Darvinin ən qızğın müdafiəçisi olaraq bilinən Tomas Haksli, arxeopteriksi yarı sürünən-yarı quş olan bir canlı elan etdi. Qanadlarının uçmaq üçün əlverişli olmadığı və dolayısilə canlının "primitiv bir quş" olduğu istiqamətindəki şərh, getdikcə məşhurlaşdı və 20-ci əsr boyunca da davam edəcəkarxeopteriks əfsanəsi meydana gəlmiş oldu.

Ancaq bu əfsanənin çox səthi olduğu, canlının "primitiv quş" olmadığı, əksinə skelet və tük quruluşunun uçmaq üçün əlverişli olduğu, sürünənlərə bənzədilən xüsusiyyətlərinin tarixdə yaşamış və hətta indiki vaxtda yaşayan digər bəzi quşlarda da mövcud olduğu zaman keçdikcə ortaya çıxacaqdı.

Bəhs olunan tapıntılar əsasında "bütün dövrlərin ən məşhur ara-keçid forması namizədi" sayıla biləcək arxeopteriks haqqındakı təkamülçü fərziyyələr hazırkı vaxtda böyük ölçüdə arxası kəsilmiş vəziyyətdədir.Ornitologiya (quşlar haqqında elm) mütəxəssisi olan Şimali Karolina Universitetinin Biologiya fakültəsinin professoru Alan Feduccianın ifadə etdiyi kimi, "arxeopteriksin müxtəlif anatomik xüsusiyyətlərini araşdıran yeni tədqiqatçıların bir çoxu bu canlının daha əvvəl xəyal ediləndən daha çox quşlara bənzədiyini göstərmişdir". Arxeopteriksin çəkilmiş "yarı sürünən canlı" portretindəki səhvlik ortaya çıxmışdır, yenə Feducciaya görə "arxeopteriksin theropod dinozavrlarla olan bənzərliyi çox böyük ölçüdə şişirdilmişdir".(21) Bir sözlə, arxeopteriksindövrümüzdəki quşlardan heç bir fərqinin olmadığı aydın olmuşdur.

Arxeopteriks də daxil olmaqla, Darvinin yaşadığı dövrdən indiyədək keçən bir əsr yarım müddət ərzində heç bir ara-keçid formasının tapıla bilmədiyini açıq şəkildə söyləyə bilərik. Bu həqiqət xüsusilə də 70-ci illərdən etibarən danılmaz bir hala almış və təkamül nəzəriyyəsinə inanan bəzi paleontoloqlar tərəfindən qəbul edilmişdir. Bu paleontoloqlar arasında ən çox diqqət çəkən adlar Stephen Jay Gould və Niles Eldredgedir. "Sıçrayışlı təkamül" (punctuated equilibrium) adı altında fərqli bir təkamül modeli irəli sürən bu cütlüyün, darvinizmin "mərhələli inkişaf iddiasının" fosil (daşlaşmış qalıntı) qeydləri tərəfindən çürüdüldüyünü açıq şəkildə və israrla dilə gətirmişlər. Gould və Eldredgenin incəliklərinə qədər göstərdikləri kimi, fərqli canlı qrupları fosil (daşlaşmış qalıntı) qeydlərində birdən ortaya çıxır və sonra da yüz milyonlarla il dəyişiklik keçirmədən qalırlar.

Eldredge başqa bir təkamülçü paleontoloq Ian Tattersall ilə birlikdə yazdığı bir saytda bu əhəmiyyətli şeyi müəyyənləşdirmişdir:

Müxtəlif növlərə aid fosillərin (daşlaşmış qalıntıların), fosil (daşlaşmış qalıntı) qeydlərində olduqları müddət boyunca dəyişiklik keçirmədikləri, Darvinin Növlərin Mənşəyini nəşr etməsindən əvvəl belə, paleontoloqlar tərəfindən bilinən bir həqiqətdir. Darvin isə gələcək nəsillərin bu boşluqları dolduracaq yeni fosil (daşlaşmış qalıntı) nümunələri əldə edəcəkləri proqnozunu vermişdir... Aradan keçən 120 ildən artıq müddət ərzində aparılan bütün paleontoloji tədqiqatlar nəticəsində, fosil (daşlaşmış qalıntı) qeydlərinin Darvinin bu proqnozunu təsdiqləməyəcəyi açıq şəkildə görülə bilən hala gəlmişdir.

Bu, fosil (daşlaşmış qalıntı) qeydlərinin qeyri-kafiliyindən qaynaqlanan bir problem deyil. Fosil (daşlaşmış qalıntı) qeydləri açıq şəkildə haqqında danışılan proqnozun səhv olduğunu göstərir. Növlərin təəccüblü bir şəkildə sabit olduqları və uzun dövrlər ərzində daim statik qaldıqları istiqamətindəki müşahidə, "çılpaq kral" hekayəsindəki bütün xüsusiyyətləri özündə saxlayır: Hər kəs bunu görmüş, amma görzlikdən gəlmək yolunu seçmişdir. Darvinin olmasını uyğun gördüyü tablonuisrarla rədd edən xırçın bir fosil (daşlaşmış qalıntı) qeydi ilə qarşı-qarşıya qalan paleontoloqlar bu həqiqətdən açıq şəkildə üz çevirmişlər.(22)

Üç təkamülçü bioloqun ortaq şəkildə qələmə aldıqları 1988-ci ildə nəşr olunmuş integrated principles of zoology (zoologiyanın inteqrasiya olunmuş prinsipləri) adlı saytda eyni həqiqət belə açıqlanır:

Bir çox növ milyonlarla il boyunca heç bir dəyişiklik keçirmədən olduğu kimi qalır, sonra ani bir şəkildə yox olur və onların yerinə çox fərqli formalar peyda olur. Üstəlik, bir çox heyvan qrupu fosil (daşlaşmış qalıntı) qeydlərində tamamilə formalaşmış şəkildə, birdən ortaya çıxır və onların əcdadları sayıla biləcək bir qrupa məxsus, kəşf edilmiş heç bir ara-keçid forması fosili (daşlaşmış qalıntısı) tapıla bilmir.(23)

Yeni tapıntılar, vəziyyəti darvinizmin lehinə dəyişdirmir, əksinə daha da pisləşdirir. Oksford Universitetində Zooloji Kolleksiyalar şöbəsinin rəhbəri Tom Kemp, fossils and evolution (fosillər və təkamül) adlı 1999-cu il nəşr olunmuş kitabında bu vəziyyəti belə qəbul edir:

Demək olar ki, bütün hallarda fosil (daşlaşmış qalıntı) təbəqələrində yeni canlı kateqoriyaları onsuz da təyin edici xüsusiyyətləriylə birlikdə və bilinən əcdad qrupları olmadan çıxar.(24)

Beləliklə də, bir zamanlar Darvinin nəzəriyyəsinin lehinə olan bir dəlil kimi qəbul edilən fosil (daşlaşmış qalıntı) qeydləri, nəzəriyyənin əleyhində olan bir dəlil halına gəlmişdir. Prinston Universitetindən olan riyaziyyatçı və təkamül əleyhdarı David Berlinski vəziyyəti belə yekunlaşdırır:

Fosil (daşlaşmış qalıntı) qəbiristanlığı boşluqlarla doludur. Heç bir paleontoloq da bunu təkzib etmir. Bu açıq bir həqiqətdir. Darvinin nəzəriyyəsi ilə fosil (daşlaşmış qalıntı) qeydləri ziddiyyət təşkil edir.(25)

Bu ziddiyyətin ən təəccüblü nümunələrindən biri isə, darvinist "həyat ağacı"nın çöküşüdür.

 

Bir zamanlar "təkamül ağacının" var olduğu güman edilirdi

Darvinizmin fosil (daşlaşmış qalıntı) qeydlərindən aldığı ən dağıdıcı zərbə, Kembri dövrünə aid fosillərin (daşlaşmış qalıntıların) göstərdiyi tablodur.

Darvin, yer üzündəki həyatın tarixinin əvvəlcə tək bir kökdən çıxan, sonra isə getdikcə yavaş-yavaş qollara ayrılan bir ağac olaraq sxemləşdirilə biləcəyini düşünmüşdü. Növlərin Mənşəyində də bu fikri əks etdirən bir sxem yer alırdı. Bu sxemlə birlikdə insanların zehninə yerləşən "təkamül ağacı" anlayışı zaman keçdikcə darvinizmin ən əhəmiyyətli əfsanələrindən biri halına gəldi. Minlərlə dərslik, elmi kitab, jurnal və ya qəzet, "təkamül ağacı"nın müxtəlif versiyalarını yayımladı. Canlıların ortaq bir kökdən kiçik təsadüfi dəyişikliklərlə törədikləri fikri, "təkamül ağacı" sxemləri ilə insanlara təlqin edildi.

Halbuki, həqiqətlər çox fərqli idi.

Bu həqiqət ən aydın şəkildə "Kembri partlayışı"nın kəşf edilməsiylə başa düşüldü.

Bu kəşfin hekayəsini öyrənmək üçün 20-ci əsrin əvvəlinə, 1909-cu ilə getmək lazımdır. Həmin il Charles D. Walcott adlı bir paleontoloq, Kanadanın Rocky Mountains (Qayalı Dağlar) bölgəsində tədqiqat aparırdı. Walcott, Burgess Pass deyilən bölgədə ən yaxşı qorunmuş qaya təbəqələrinə (İngilis dilindəki terminlə "shale") rast gəldi. Burgess Yatağında (Burgess Shale) çox sayda fosil (daşlaşmış qalıntı) tapıldığını və bunların Kembri dövrünə aid olduğunu anlamaqda gecikmədi. Bundan sonrakı 4 il ərzində Burgess Shale bölgəsindən diqqətlə 60-80 min fosil (daşlaşmış qalıntı) topladı və gördüyü bu müfəssəl işi ən incə nöqtələrinə qədər dəftərlərinə qeyd etdi.

Walcottun topladığı fosillərin (daşlaşmış qalıntıların) çox təəccüblü bir xüsusiyyəti vardı: Qarşısında, bugünkü gündə yaşayan bütün filumlara aid canlıların fosilləri (daşlaşmış qalıntıları) dururdu. (Filum, heyvanlar aləmində canlıları təsnif etmək üçün istifadə edilən ən böyük pillədir. Heyvanlar 50-dən artıq filumlara ayrılır və bu filumların hamısının özünəməxsus bədən planları vardır. Ən çox tanınan filumlar arasında, onurğalıları da ehtiva edən xordalılar, bütün böcəkləri ehtiva edən buğumayaqlılar və bütün qabıqlı yumşaq heyvanları ehtiva edən molyuskların adı çəkilə bilər.)

Walcott topladığı fosillərin (daşlaşmış qalıntıların) hansı filumlara aid olduğuna baxdığında çox təəccübləndi. Çünki tapdığı fosil (daşlaşmış qalıntı) təbəqəsinin yaşı çox idi və bundan daha yaşlı təbəqələrdə diqqətəlayiq bir həyata rast gəlinməmişdi, amma bu təbəqədə məlum filumların demək olar ki, hamısına aid canlılar vardı. Üstəlik, heç bilinməyən filumlara aid fosillər (daşlaşmış qalıntılar) də tapmışdı. Bu, heyvanlar aləmindəki bütün bədən xüsusiyyətlərinin eyni geoloji dövrdə, birlikdə meydana gəldiklərini göstərirdi.

Bu isə Darvinin nəzəriyyəsi üçün dağıdıcı bir zərbə meydana gətirirdi. Çünki Darvin canlıların yavaş-yavaş budaqlanan bir ağacın qolları kimi inkişaf etdiyini irəli sürmüşdü. Darvinin quraşdırdığı təkamül ağacına görə, yer üzündə əvvəlcə tək bir filum olmalı, sonra isə uzun dövrlər ərzində yavaş-yavaş fərqli filumlar meydana gəlməli idi. Halbuki, Walcott bütün filumların eyni anda və birdən meydana gəldiklərini göstərən dəlillərlə qarşılaşdı. Bu, "təkamül ağacı"nın kəlləmayallaq olması mənasını verirdi.

Ancaq nəzəriyyəyə istiqamətlənmiş bu böyük zərbənin reallaşması üçün 70 il gözləmək lazım gələcəkdi.

Çünki Walcott 4 il ərzində böyük bir diqqətlə gördüyü işin nəticəsində əldə etdiyi fosilləri (daşlaşmış qalıntıları) elm dünyasına göstərmək əvəzinə, gizlətməyə qərar verdi. Walcott Vaşinqtondakı məşhur Smithson muzeyinin müdiri və qatı bir darvinist idi. Əldə etdiyi fosillərin (daşlaşmış qalıntıların) təkamül nəzəriyyəsinə böyük bir problem meydana gətirəcəyini düşündüyü üçün, bunları göstərmək əvəzinə, muzeyin arxivlərinə yerləşdirdi. Burgess Shaledə tapılmış fosillərin (daşlaşmış qalıntıların) varlığının gün işığına çıxması, ancaq 1985-ci ildə muzeyin arxivlərinin yenidən nəzərdən keçirilməsi sayəsində oldu. İsrailli elm adamı Gerald Schroeder bu mövzuda bu şərhi verir:

Əgər Walcott istəsəydi, fosillər (daşlaşmış qalıntılar) üzərində işləmək üçün bir ordu dolusu şagirdə vəzifə göstərə bilərdi. Amma təkamül gəmisini batırmamaq yolunu seçdi. Bugünkü gündə Kembri dövrünə aid qalıqlar Çində, Afrikada, britaniya adalarında, İsveçdə, eləcə də, Qrenlandiyada da tapılmışdır. (Kembri dövründəki) partlayış, dünya səviyyəsində yaşanmış bir hadisədir. Amma bu fövqəladə partlayışın təbiətini müzakirə etmək mümkün olmadan əvvəl, məlumat gizlənmişdir.(26)

70 ildən artıq bir müddət ərzində Smithson muzeyində bağlı qapılar arxasında duran fosilləri (daşlaşmış qalıntıları) tapan və onları yenidən təhlil edən, paleontoloqlar Harry Whittington, Derek Briggs və Simon Conway Morris idi. Bu elm adamları, Walcottun tapdığı qalıqların ən qədim geoloji dövrlərdən biri olan Kembri dövrünə aid olduğunu müəyyənləşdirdilər. Bu dövrdə bu qədər fərqli canlıların bir anda ortaya çıxmasına da "Kembri Partlayışı" adını verdilər. 1980-cı illər, Schroederin də ifadə etdiyi kimi, eyni zamanda Burgess Shaleyə bənzəyən iki yeni fosil (daşlaşmış qalıntı) bölgəsinin kəşf edildiyi bir dövr oldu: Şimali Qrenlandiyada Sirius Passet və Cənub Çində Chengjiang. Bütün bu bölgələrdə Kembri dövründə ortaya çıxan çox fərqli canlıların fosilləri (daşlaşmış qalıntıları) tapıldı. Chengjiang fosilləri (daşlaşmış qalıntıları) bunların arasında ən qədimləri, ən yaxşı qorunmuşları olub, ilk onurğalıları da ehtiva edirdi.

1999-cu ildə tapılan 530 milyon il yaşındakı iki balıq fosili (daşlaşmış qalıntısı) isə, Kembri dövründə onurğalılar da daxil olmaqla, bütün bədən strukturlarının mövcud olduğunu sübut edəcəkdi. Tədqiqatlar Kembri partlayışının geoloji baxımdan çox qısa bir dövrü ifadə edən 10 milyon illik bir müddət ərzində reallaşdığını göstərdi. Eləcə də, bu müddət ərzində birdən ortaya çıxan canlıların hamısında, daha əvvəllər mövcud olan təkhüceyrəli canlılarda və bir neçə çoxhüceyrəli canlıda heç görülməyən, ən kompleks orqanlar və sistemlər olduğu müəyyən olundu. Stephen J. Gould Kembri partlayışını belə təsvir edir:

Belə bir partlayışın ən məşhuru, Kembri partlayışı, müasir çoxhüceyrəli həyatının başlanğıcına öz damğasını vurur. Bir neçə milyon il ərzində demək olar ki, bütün heyvanların anatomiyasının hər təməl növü ilk dəfə olaraq fosil (daşlaşmış qalıntı) qeydlərində özünü büruzə vermişdir.(27)

Təkamülçülər Kembri partlayışı barəsində müxtəlif şərhlər verməyə çalışırlar, amma bunların heç biri qaneedici deyil. “Ara-keçid çıxılmaz vəziyyəti” adlı kitabımızda da açıqladığımız kimi, Kembri problemi qarşısında irəli sürülən təkamülçü müddəaların hamısı çürükdür və bunu təkamülçülərin öz aralarında gedən mübahisələr də göstərir. Məşhur elm jurnalı “trends en genetics” (TIG), fevral 1999-cu il tarixli buraxılışında Burgess Shaledəki fosil (daşlaşmış qalıntı) tapıntılarının təkamül nəzəriyyəsi baxımından heç cür izah oluna bilmədiyini və "irəli sürülən müddəaların qənaətbəxş olmadığını" belə izah edir:

Kiçik bir məkanda tapılmış bu fosillərin (daşlaşmış qalıntıların), təkamüli biologiyadakı bu böyük problemlə əlaqədar gedən qızğın mübahisənin tam mərkəzində yerləşməsi olduqca qəribə görünə bilər. Lakin bu mübahisələrə səbəb olan şey, Kembri dövründə yaşayan heyvanların fosil (daşlaşmış qalıntı) qeydlərində təəccüb oyandıracaq bir bolluqda və birdən-birə meydana çıxmalarıdır. Radioizotop üsulunun daha qəti nəticələri və ya getdikcə artan yeni fosil (daşlaşmış qalıntı) tapıntıları, ancaq bu bioloji inqilabın aniliyini və sahəsini kəskinləşdirmişdir. Yer üzündəki bu böyük dəyişiklik bir açıqlama tələb edir. İndiyə qədər bir çox müddəa irəli sürülmüş olsa da, ümumi fikir heç birinin qənaətbəxş olmamasıdır.(28)

Amerikalı bioloq Jonathan Wells, “icons of evolution” adlı kitabında vəziyyəti belə yekunlaşdırır:

Təkamülün bütün ikonları içərisində ən məşhuru həyat ağacıdır, çünki Darvinin nəzəriyyəsinin təməli ortaq bir əcdaddan törəmədir... Amma Darvin, (elm adamlarının da yaxın zamanlarda qəbul etdiyi bu həqiqəti,) erkən zamanlara aid fosil (daşlaşmış qalıntı) qeydlərinin təkamül ağacını yox etdiyini bilirdi. On il bundan əvvəl molekulyar dəlillərin bu ağacı xilas etməsi ümid edilirdi, amma yeni tapıntılar bu ümidi də yox etmişdir. Bəlkə də bunu dərslikləri oxumaqla öyrənə bilməzsiniz, amma Darvinin həyat ağacı bu gün kəlləmayallaq olmuş vəziyyətdədir.(29)

Məhz bu səbəblə də; bir zamanlar darvinizm vardı deyə bilərik. Bəziləri, fosillərin (daşlaşmış qalıntıların) bu nəzəriyyəni dəstəklədiyini zənn edirdi. Halbuki, fosil (daşlaşmış qalıntı) qeydləri bunun tam əksini söyləyirdi. İndi isə darvinizm çökmüşdür. Fosillərin (daşlaşmış qalıntıların) yer üzündə həyatın təkamüllə deyil, birdən meydana gəldiyini göstərdiyi aydın olmuşdur.

Birdən meydana gəlmənin mənası isə "yaradılış"dır. Allah bütün canlıları əskiksiz bir şəkildə yoxdan yaratmışdır. Rəbbimiz bu həqiqəti bir ayədə belə bildirir:

 

 

Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: “Ol !” –deyər, o da (fövrən) olar. (Bəqərə surəsi, 117)

-----

18- Encyclopedia Britannica 2002, Expanded Edition DVD-ROM, "Cuvier, Georges, Baron"

19- Encyclopedia Britannica 2002, Expanded Edition DVD-ROM, "Cuvier, Georges, Baron"

20- Charles Darwin, The Origin of Species by Means of Natural Selection, The Modern Library, New York, s. 234

21- Alan Feduccia, The Origin and Evolution of Birds, Yale University Press, 1999, s. 81

22- N. Eldredge, and I. Tattersall, The Myths of Human Evolution, Columbia University Press, 1982, s. 45-46

23- Hickman, C.P. [Professor Emeritus of Biology at Washington and Lee University in Lexington], L.S. Roberts [Professor Emeritus of Biology at Texas Tech University], and F.M. Hickman. 1988. Integrated Principles of Zoology. Times Mirror/Moseby College Publishing, St. Louis, MO. 939; (s. 866)

24- Fossils and Evolution, Dr TS Kemp - Curator of Zoological Collections, Oxford University, Oxford Uni Press, s.246, 1999

25- David Berlinksi, Commentary , Sept. 1996 s. 28

26- Gerald Schroeder, "Evolution: Rationality vs. Randomness", http://www.geraldschroeder.com/evolution.html

27- Stephen J. Gould, “An Asteroid to Die For,” Discover, Ekim 1989, s. 65

28- Gregory A. Wray, "The Grand Scheme of Life", Review of The Crucible Creation: The Burgess Shale and the Rise of Animals by Simon Conway Morris, Trends in Genetics, February 1999, vol. 15, no. 2

29- Jonathan Wells, Icons of Evolution, s. 31