Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

BİR ZAMANLAR NÖVLƏRİN MƏNŞƏYİ

NÖVLƏŞMƏ HESAB EDİLİRDİ

 

Darvinizmə olan israrlı bağlılığı ilə tanınan “New Scientist” jurnalının 14 iyun 2003-cü il tarixli buraxılışında "Yeni Növlər Necə Meydana Gələr?" (How Are New Species Formed?) başlıqlı elmi bir məqalə vardı. Müəllif Corc Turner bu əhəmiyyətli "etirafla" çıxış etmişdi:

Çox deyil, yaxınlarda növlərin necə meydana gəldiyini bildiyimizi hesab edirdik. Əməliyyatın demək olar ki, həmişə populyasiyaların tamamilə təcrid olunmalarıyla başladığına inanırdıq. Ümumiyyətlə populyasiyanın ciddi bir "genetik darboğaz"dan keçməsindən sonra meydana gəlirdi; (məsələn) hamilə bir dişinin uzaq bir adaya sürünməsindən və onun balalarının bir-birləri ilə cütləşməsindən sonra ola biləcəyi kimi. Bu "yaradıcı təsir"in gözəl tərəfi, laboratoriyada sınaqdan keçirilə bilməsi idi. Həqiqətdə, sözün açığı alınmadı. Bioloqların bütün səylərinə baxmayaraq, heç kim yaradıcı bir populyasiyadan yeni bir növ yaratmağın yanına belə yaxınlaşa bilmədi. Üstəlik, bildiyimizə görə, insanların az saydakı orqanizmləri xarici mühitlərə salmaları nəticəsində heç bir yeni növ meydana gəlmədi.(103)

Əslində bu yeni bir etiraf deyil. Darvindən indiyədək keçən bir əsr yarım müddət ərzində onun irəli sürdüyü kimi bir "növləşmə" heç vaxt müşahidə olunmamış, "növlərin mənşəyi"nə qaneedici bir açıqlama gətirilə bilməmişdir.

Bunu açıqlamaq üçün Darvinin necə bir "növləşmə" nəzərdə tutduğunu izah etməkdə fayda vardır.

Darvinin nəzəriyyəsinin əsaslandığı "müşahidə"lərin növü, heyvan populyasiyalarındakı bəzi dəyişikliklər idi. Bunların bəziləri heyvan yetişdirənlərin çalışmaları idi. Cins itlər, inəklər və ya göyərçinlər yetişdirən bu kəslər, populyasiya daxilində müəyyən bir xüsusiyyəti ağır basan (məsələn, yaxşı qaçan itləri, yaxşı süd verən inəkləri və ya "ağıllı" göyərçinləri) seçib bir-birləriylə cütləşdirərək, bir neçə nəsil içində bu seçdikləri xüsusiyyətlərə yüksək nisbətlərdə sahib olan populyasiyalar meydana gətirirdilər. Normal inəklərdən daha çox süd verən inəklər törədirdilər.

Bu "məhdud dəyişiklik", Darvinə təbiətdə daimi bir dəyişiklik olduğunu və bunun uzun müddət davam etdiyində hədsiz-hüdudsuz bir dəyişiklik (yəni təkamül) meydana gətirəcəyini düşündürdü.

Darvinin eyni mövzudakı ikinci müşahidəsi isə, Qalapaqos adalarında gördüyü fərqli alacəhrə növləri idi. Bu alacəhrələrin, qurudakı əsas alacəhrələrdən fərqli dimdik strukturlarına sahib olduqlarını müəyyənləşdirmişdi. Yəni eyni populyasiyanın içində uzun dimdikli, qısa dimdikli, qıvrım dimdikli, düz dimdikli alacəhrələr törəmişdilər və bunlar da öz aralarında cütləşdikləri üçün ayrı növlər halına gəlmişdilər.

Darvin bütün bu "dəyişmə" faktlarını bir yerə gətirdiyində təbiətdə "hədsiz-hüdudsuz bir dəyişmə prosesi" yaşandığını, yeni növlərin, siniflərin, dəstələrin meydana gəlməsi üçün yalnız "uzun zaman" lazım olduğunu düşündü. Ancaq Darvin yanılırdı.

Müəyyən bir xüsusiyyəti ağır basan canlıları seçib bir-birləriylə cütləşdirərək yalnız öz növlərin daha yaxşısı, daha güclüsü canlılar yetişdirilmiş olar. Yoxsa bu üsulla digər bir canlını meydana gətirmək mümkün deyil. Məsələn, bu şəkildə bir pişikdən bir at, bir ceyrandan zürafə yaradıla bilməz, ya da bir armuddan bir ərik meydana gətirilə bilməz. Qarpız hər vaxt qarpızdır, şaftalılar, banana ya da qərənfillər güllərə çevrilə bilməz. Bir sözlə, hər hansı bir növdən heç bir şərt altında digər bir növ meydana gəlməz. Darvinin bu mövzuda necə yanıldığını sonrakı səhifələrdə incəliklərinə kimi açıqlayacağıq.

 

 

"Bioloji dəyişmənin təbii sərhədləri"

Darvin təbiətdə müşahidə etdiyi dəyişmənin sərhədsiz olduğunu fərz etmişdi. Əgər inəklər, itlər və ya göyərçinlər yalnız bir neçə nəsildən sonra belə dəyişmə göstərə bilirlərsə, kifayət qədər uzun müddət verildiyində hər şeyə çevrilə bilərlər, deyə düşünmüşdü. Ancaq aradan keçən 140 il müddətində aparıaln minlərlə fərqli təcrübə və müşahidə, bu fərziyyənin tamamilə səhv olduğunu göstərdi.

Bitkilər və heyvanlar üzərində 20-ci əsr boyunca görülən bütün yetişdirmə işləri, növlərin təbii "növlərə ayrılma" prosesiylə əsla aşa bilməyəcəkləri sərhədlər olduğunu göstərmişdir. Bu sahədəki ən tanınmış adlardan biri olan Luther Burbank, növlər daxilindəki dəyişməni məhdudlaşdıran görünməz bir qanunun olduğu fikrindədir:

Təcrübələrimdən bilirəm ki, bir santimetr yarım ilə altı santimetr arasında bir ərik yetişdirə bilərəm. Amma bunu etiraf edim ki, bir yaşıl noxud qədər kiçik və ya bir qədər böyük ərik əldə etmə səyi müvəffəqiyyətlə nəticələnməyəcək… Bir sözlə, ola biləcək zənn edilən inkişafların sərhədləri vardır və bu sərhədlər bir qanuna tabedir… Bu, ilk hala, yəni orta (miyanə) ölçüyə dönmə qanunudur… Geniş miqyaslı təcrübələr daha əvvəldən aparılmış müşahidələrlə təxmin etdiyimiz nəticələri təsdiqləyən elmi dəlillər ortaya qoymuşdur. Yəni bitkilər və heyvanlar sonrakı nəsillərdə orta ölçülərinə və ya strukturlarına geri qayıtmağa meyllidirlər… Bir sözlə, bütün canlıları müəyyən bir sərhəddə olmağa məcbur edən bir qravitasiya qüvvəsi vardır.(104)

Hazırkı vaxtda hələ də bəzi süni genetik tənzimləmələrlə heyvanların ya da əkinçilik məhsullarının bioloji strukturlarında bəzi dəyişikliklər aparıla bilinir. Daha güclü əzələli atlar ya da daha böyük kələmlər əldə edilə bilinir. Amma Darvinin bunlardan yola çıxaraq etdiyi çıxarışların səhv olduğu artıq açıq şəkildə ortadadır. Dünyanın öndə gələn antropoloqlarından Loren Eisley bunu belə açıqlayır:

Atların və ya kələmlərin keyfiyyətlərini yüksəltmək üçün həyata keçirilən istehsal forması, sonsuz bir bioloji dəyişməyə, yəni təkamülə gedən bir yol deyil. Bu cür süni istehsalların təkamülə dəlil olaraq istifadə edilməsi həqiqətən qəribə bir vəziyyətdir.(105)

Florida Universitetində bir zooloq Edward S. Deevey də, təbiətdəki dəyişikliyin bir sərhəddi olduğunu belə ifadə edir: "Buğda yenə buğdadır, meyvə deyil, donuzlara qanad taxa bilmərik, toyuqlara silindr şəklində yumurta yumurtlada bilmərik".(106)

Meyvə milçəkləri üzərində aparılan təcrübələrdə də yenə "genetik sərhəd" divarına çırpılmışdır. Bu təcrübələrin hamısında meyvə milçəyi müəyyən ölçülərdə dəyişikliyə uğramış, amma müəyyən sərhədlərin kənarında bir dəyişiklik müşahidə edilməmişdir. Neo-darvinizmin tanınmış adlarından biri olan Ernst Mayr, meyvə milçəyi üzərində aparılan iki təcrübə ilə əlaqədar olaraq bunları çatdırır:

Birinci təcrübədə ağcaqanadın tüklərinin azaldılması, ikinci təcrübədə isə artırılması hədəflənmişdi. Orta hesabla 36 olan tük miqdarını 30 nəsil sonra 25-ə qədər aşağı salmaq mümkün oldu. Amma daha sonra sonsuzluq meydana gəldi və o silsilədən əldə edilən ağcaqanadlar nəsil meydana gətirə bilməz oldular. İkinci təcrübədə isə tük miqdarı 36-dan 56-a qaldırıldı; bu dəfə də yenə ilk təcrübədə olduğu kimi sonsuzluq baş göstərdi.(107)

Mayr aparılan bu təcrübələrdən sonra bu nəticəni çıxarmışdır:

Aydındır ki, seleksiya yolu ilə həyata keçirilən zorakı islahlar, genetik müxtəlifliyin kökünü kəsir… Tək tərəfli seleksiya, ümumi uyğunlaşmada (ətraf mühitə uyğunlaşmada) bir enişə səbəb olur. Bu da demək olar ki, hər istehsal təcrübəsinin baş bəlasıdır.(108)

Bu mövzunu ələ alan ən əhəmiyyətli qaynaqlardan biri, biologiya professoru Lane P. Lesterin və molekulyar bioloq Raymond G. Bohlinin birlikdə qələmə aldıqları“Natural Limits to Biological Change” (Bioloji Dəyişmənin Təbii Sərhədləri) adlı kitabdır. Lester və Bohlin, kitabın girişində belə yazırlar:

Yaşayan orqanizmlərin populyasiyalarının, müəyyən bir zaman hissəsi içində anatomik, fizioloji, genetik quruluş və s. baxımından dəyişiklik göstərdikləri, müzakirə edilməyən bir həqiqətdir. Geriyə qalan çətin məsələ, bu sualın cavabıdır: Nə ölçüdə bir dəyişiklik mümkündür və bu dəyişikliklər hansı mexanizm ilə baş verir? Bitki və heyvan yetişdiriciləri, canlıların dəyişdirilməsinin mümkünlüyü mövzusunda təsir edici nümunələri bir yerə gətirə bilərlər. Amma bir yetişdirici işə itlə başladığında nəticədə yenə it əldə edir, bu fərqli və qəribə görünüşlü bir it belə olsa, nəticədə itdir. Meyvə milçəyi meyvə milçəyi olaraq qalır, güllər gül olaraq qalır.(109)

Müəlliflər kitablarında bu mövzunu elmi müşahidə və təcrübələrə baxaraq araşdırırlar. Əldə etdikləri iki əsas nəticə vardır:

1) Canlıların genlərinə xarici bir müdaxilə olmadıqca, yeni genetik məlumat əldə etmələri mümkün deyil. Dolayısilə, genlərə bir müdaxilə olmadıqca, təbiətdə əsla yeni bioloji məlumat meydana gəlməz. Yəni yeni canlı kateqoriyaları, yeni orqanlar, yeni strukturlar yaranmaz. Təbii yollarla yalnız müəyyən bir növ daxilində "genetik variasiya" meydana gələr. Bunlar da qısa boylu, uzun boylu, az tüklü, çox tüklü it cinsləri meydana gəlməsi kimi "məhdud dəyişiklik"lərdir. İstəsə milyardlarla il belə keçsin, bu dəyişmələrin yeni canlı növləri və daha yuxarı səviyyəli kateqoriyalar (siniflər, ailələr, dəstələr, filumlar) meydana gətirməsi qeyri-mümkündür.

2) Təbiətdə canlıların genlərinə xarici müdaxilə, yalnız mutasiyalar yoluyla mümkün olar. Amma mutasiyalar da, heç vaxt, "yaradıcı" təsir təmin etməzlər. Yeni genetik məlumat meydana gətirməzlər; göstərdikləri təsir yalnız genetik məlumatı korlamaqdır.

Dolayısilə;

Darvinin hesab etdiyi kimi, təbii seleksiya yoluyla "növlərin mənşəyi"nin açıqlanması qeyri-mümkündür. İtləri nə qədər "seleksiyaya" məruz etsək belə həmişə it olaraq qaldıqlarına görə, əslində onların keçmişdə balıq və ya bakteriya olduqlarını iddia etməyin heç bir məntiqi yoxdur.

Bəs "genlərə xarici müdaxilə" variantı, yəni mutasiyalar diqqətə alınsa?

Darvinist nəzəriyyə 1930-cu illərdən bəri bu varianta bel bağlayır və bu səbəblə də nəzəriyyənin adı dəyişilib neo-darvinizm olmuşdur. Necə ki, mutasiyalar da nəzəriyyəni xilas edə bilmir. Bu əhəmiyyətli mövzunu ayrılıqda araşdırmaq yerində olacaq.

 

 

Qalapaqosdakı dəyikişlik hara qədər?

 

Darvinin Qalapaqos adalarında gördüyü fərqli alacəhrələr də bir variasiya nümunəsidir və digərlərində olduğu kimi qətiyyən təkamülə bir dəlil meydana gətirməzlər. Son illərdə aparılan müşahidələr, alacəhrələrdə Darvinin nəzəriyyəsinin nəzərdə tutduğu kimi sərhədsiz bir dəyişiklik yaşanmadığını göstərmişdir. Bundan əlavə Darvinin 14 ayrı növ olaraq xarakterizə etdiyi fərqli alacəhrə tiplərinin çoxu, əslində bir-birləri ilə cütləşə bilən, yəni eyni növün üzvləri olan variasiyalardır. Elmi müşahidələr, demək olar ki, hər bir təkamülçü qaynaqda izah edilən "alacəhrə dimdikləri" nümunəsinin, həqiqətdə bir "variasiya" nümunəsi olduğunu, yəni təkamül nəzəriyyəsinə dəlil meydana gətirmədiyini göstərir. Qalapaqos adalarına "darvinist təkamülün dəlillərini tapmaq" üçün gedən və adalardakı alacəhrə növlərini uzun illər boyunca müşahidə edən Peter və Rosemary Grantın məşhur çalışmaları, adada bir "təkamül" yaşanmadığını sənədləşdirməkdən başqa bir nəticə verməmişdir.(110)

 

 

Mutasiyalar nə işə yarayar?

Genetik məlumat son dərəcə kompleksdir. Həm genlərdə saxlanılan məlumatın özü kompleksdir, həm də bu məlumatı kodlaşdıran, oxuyan və buna görə istehsal prosesini həyata keçirən molekulyar maşınlar... Bu sistemə isabət edəcək təsadüfi bir təsir, yəni bir qəza, heç bir şəkildə genetik məlumat artımı təmin etməz.

Mutasiya, kompyuter proqramları yaratmaqla məşğul olan bir proqramçının klaviaturasının üzərinə təsadüfi bir kitab düşməsi və bu kitabın bəzi düymələrə dəyərək proqramın içinə təsadüfi hərflər və rəqəmlər əlavə etməsi kimi bir şeydir. Belə bir qəza necə kompyuter proqramını təkmilləşdirməz, əksinə korlayarsa, mutasiyalar da canlıların genetik kodunu korlayarlar. Lester və Bohlinin Natural Limits to Biological Change” (Bioloji Dəyişmənin Təbii Sərhədləri) adlı kitablarında ifadə etdikləri kimi; "mutasiyalar DNT-nin replikasiyasının həssas mexanizmində meydana gələn səhvlərdir" və dolayısilə "mutasiyalar, eynilə genetik variasiya və rekombinasiya kimi öz başlarına böyük təkamüli dəyişiklik meydana gətirə bilməzlər".(111)

Məntiqi baxımdan gözlənilə biləcək bu nəticə, 20-ci əsr boyunca aparılan bütün təcrübə və müşahidələr tərəfindən də təsdiqlənmişdir. Heç bir canlıda genetik məlumatını inkişaf etdirərək köklü bir dəyişiklik meydana gətirən bir mutasiya müşahidə edilməmişdir.

Dolayısilə Fransa Elmlər Akademiyasının keçmiş rəhbəri Pierre-Paul Grassé, təkamül nəzəriyyəsini qəbul etməsinə baxmayaraq, mutasiyaların "yalnız irsi dəyişənlər olduğunu, mərkəzi nöqtəyə bağlı olaraq sağa, sola hərəkət edən bir rəqqas mövqeyində olduqlarını, amma heç vaxt təkamüli təsiri olan bir nəticə olmadıqlarını… ancaq daha əvvəldən mövcud olanı bir növ dəyişikliyə uğratdıqlarını" söyləyir.(112)

Dr. Grasse təkamül mövzusundakı problemin "bəzi müasir bioloqların mutasiyanı görən kimi təkamüldən bəhs etməyə başlamalarından qaynaqlandığını" söyləyir. Ona görə bu qənaət "həqiqətlərlə uyğunlaşmaz; çünki nə qədər çox sayda olurlarsa olsunlar mutasiyalar hər hansı bir təkamül meydana gətirməz".(113)

Növlərin mutasiyalarla yeni genetik məlumat qazana bilməyəcəkləri mövzusunda verilə biləcək ən gözəl nümunə meyvə milçəkləri ilə əlaqədardır. Meyvə milçəkləri üzərində edilən mutasiyalar, təbiətdəki canlılara dəyişmənin deyil, bir tarazlığın hakim olduğunu göstərmişdir. Meyvə milçəyi hamiləlik müddəti çox qısa (12 gün) olduğu üçün uzun illərdir ki, üstünlük verilən mutasiya təcrübələrinin sınağı olmuşdur. Bu təcrübələrdə ağcaqanadın mutasiya nisbətini 15 000% artırmaq üçün rentgen şüalarından istifadə edilmişdir. Elm adamları meyvə milçəyinın təbii şərtlər altında milyonlarla il ərzində məruz qalacağı mutasiya sayını qısa bir müddət ərzində reallaşdıraraq müşahidə edə bilmişlər. Bu qədər sürətli mutasiyalardan sonra heç bir yeni növ əldə edilməmişdir. Elm adamları yenə meyvə milçəyindan başqa bir şey əldə edə bilməmişlər.

Meyvə milçəklərindakı iddia edilən "faydalı mutasiya"lara nümunə verilən klassik hadisə, dörd qanadlı mutantlardır. Meyvə milçəkləri normalda iki qanadlıdır, ancaq bəzi mutantların dörd qanada sahib olduğu müşahidə edilmişdir. Darvinist ədəbiyyat bu nümunəni "inkişaf" olaraq təqdim edir. Halbuki, Jonathan Wellsin “Təkamülün İkonları” adlı kitabında ətraflı şəkildə açıqladığı kimi, bu çox səhv bir şərhdir. Qeyd olunan əlavə qanadlar uçuş əzələlərindən məhrumdur və dolayısilə mutant ağcaqanadlara xeyir yox, zərər gətirir. Necə ki, bu mutantların heç biri laboratoriyadan kənarda yaşamamışdır.(114)

Bütün bunlara baxmayaraq, təkamülçülər nadir də olsa "faydalı mutasiyaların" yaşandığını və bunların təbii seleksiya vasitəsiylə seçildiyini və beləliklə də, yeni bioloji strukturların meydana gəldiyini irəli sürürlər. Halbuki, burada çox əhəmiyyətli bir yanılma vardır. Bir mutasiya qətiyyən "genetik məlumat artımı" meydana gətirməz və dolayısilə təkamül təmin etməz. Lester və Bohlin bu mövzunu belə açıqlayırlar:

(Mutasiyalar)... onsuz da var olanı modifikasiya edərlər, əksərən mənasız və yox edici bir şəkildə. Bu, faydalı mutasiyaların heç vaxt mövcud olmadığı mənasını verməz; elə də mümkün olmasa da, yenə də meydana gələ bilərlər. Faydalı mutasiya, sadəcə, bu mutasiyaya məruz qalanların, öz nəsillərini daha sonrakı nəsillərə, mutasiyaya məruz qalmayanlardan daha çox davam etdirmələrini təmin edən hadisədir… Amma bu mutasiyaların bir orqanizmi digər bir orqanizmə çevirməklə heç bir əlaqəsi yoxdur...

Bu baxımdan Darvin Madeyrada yaşayan qanadsız böcəklərə diqqət çəkmişdir. Küləkli bir adada yaşayan böcəklər üçün, qanadlar qəti bir zərər ola bilər. Uçma qabiliyyətinin yox olmasına səbəb olan mutasiyalar isə qətiyyən faydalı olacaq. Eyni vəziyyət görmə qabiliyyəti olmayan mağara balıqlarına da aiddir. Gözlər yaralanmağa çox əlverişlidir və tamamilə qaranlıq bir mühitdə yaşayan canlılar, gözlərini yox edərək yaralanma ehtimallarını sıfıra endirən bir mutasiyadan fayda görəcəklər. Bu mutasiyalar təsirli və faydalı bir dəyişiklik meydana gətirsələr də, əhəmiyyətli bir məqam vardır ki, bunlar hər vaxt bir itki meydana gətirirlər, qazanc deyil. Heç vaxt daha əvvəldən gözlərə və ya qanadlara sahib olmayan növlərdə bunların meydana gətirildiyini müşahidə etmirik.(115)

Dolayısilə müəlliflərin gəldikləri nəticə budur: "Yekun nəticədə, mutasiyalar daimi bir genetik pozulma və degenerasiya səbəbi olaraq funksiya yerinə yetirərlər".

Göstərdikləri təsir həmişə "genetik məlumat itkisinə" gətirib çıxaran mutasiyaların, təbiətdəki milyonlarla fərqli canlı növünün fövqəladə dərəcədə kompleks genetik kodlarını meydana gətirdiklərinə inanmaq isə, klaviaturaların üzərinə təsadüfən düşən kitabların, milyonlarla ensiklopediya yazdığına inanmaq kimidir. Yəni cəfəngiyatdır, ağıldankənardır. Paris Universitetinin Tibb fakültəsində kafedra müdiri vəzifəsini icra edən dr. Merle Aubigne, bu mövzuda bu əhəmiyyətli şərhi verir:

Mən şəxsən həyat şərtlərindəki dəyişikliklərə bağlı olaraq baş verən mutasiyanın; beyində, ciyərlərdə, ürəkdə, böyrəklərdə hətta oynaq və əzələlərdə olan kompleks və şüurlu nizamı açıqlaya biləcəyi fikrini qaneedici görmürəm. Ağıl sahibi ya da nizamlayıcı bir güc olduğu fikrindən necə qaçınıla bilər ki?(116)

Bir sözlə, mutasiyalar da Darvinin məsələsinə, yəni "növlərin mənşəyi"nə bir şərh gətirmir. Avstriyalı təkamülçü bioloq Gerhard Müller bu çıxılmaz vəziyyəti, "yeni morfoloji əlamətlərin mənşəyi, müasir sintetik (neo-darvinist) nəzəriyyə tərəfindən hələ açıqlanmamışdır" şəklində ifadə edir.

Neo-darvinizmin irəli sürülən iki mexanizminin, yəni təbii seleksiya və mutasiyanın canlıların mənşəyini izah etməsi mümkün deyil. Çünki təbii seleksiya yoluyla genetik məlumat meydana gətirilə bilməz; yalnız mövcud olan məlumat seçilir. Mutasiyalar da genetik məlumat meydana gətirməz; bu məlumata ən yaxşı ehtimalla təsir göstərməz, çox vaxt korlayar. Genetik məlumatın (və dolayısilə həyatın) mənşəyinin bu şüursuz təbiət mexanizmləri olmadığı açıqdır.

Bu mənşə, dr. Merle Aubignenin də ifadə etdiyi kimi, "ağıl sahibi ya da nizamlayıcı bir güc"dür. Bu güc sonsuz ağıl, elm və qüdrət sahibi Uca Allahdır. Allah Quranda belə buyurur:

 

Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. (Rum surəsi, 27)

 

Darvinizm bu həqiqəti inkar etməyə çalışmış, amma bunu bacara bilməmişdir, köhnə bir nəzəriyyə olaraq tarixə keçəcək.

 

"Məhz belə hekayələr"in aqibəti

Buraya qədər təkamül nəzəriyyəsinin növlərin mənşəyinə izah gətirmə səyinin tamamilə bir nəticə vermədiyini olduğunu nəzərdən keçirdik. Bu çıxılmaz vəziyyət son illərdə təkamülçülər tərəfindən də açıq şəkildə etiraf edilir. Təkamülçü bioloqlar Gilbert, Opitz və Raff, Developmental Biology” jurnalında dərc olunan 1996-cı il tarixli bir məqalələrində, "növlərin mənşəyi, yəni Darvinin problemi həllsiz qalmağa davam edir" deyərək vəziyyəti yekunlaşdırırlar.(117)

Amma ictimaiyyət bu vəziyyətdən çox xəbərdar edilməz. Darvinist sistem, küçədəki insanın "növlərin mənşəyinin darvinizm baxımından həllsiz qaldığını" bilməsini üstünlük verməz. Bunun əvəzinə media və dərsliklər kimi yollarla insanlara təkamül nağılları izah edilir. Elm aləmində "məhz belə hekayələr" (just-so stories) deyilən bu nağıllar, təkamül nəzəriyyəsinə inanan bir çox insanın da ilkin motivasiya mənbəyidir.

Bu, "məhz belə hekayələr"in çox geniş yayılmışlarından birini qısa şəkildə izah edək. Demək olar ki, hər təkamülçü qaynaqda, aralarında cüzi fərqlər olduğunu görəcəyiniz bu hekayə, insanın necə olub da "ayağa qalxdığı" ilə əlaqədardır:

İnsanların əcdadları olan insanabənzər meymunlar, Afrikanın meşələrindəki ağaclarda yaşayırdılar. Skeletləri əyri idi, əlləri və ayaqları ağaclardan yapışmağa uyğun idi. Sonra günlərin birində Afrikada meşəlik sahələr azaldı və insanabənzər bu meymunlar savannalara doğru köç etdilər. Savannalarda hündür otların arasında ətrafı görə bilmək üçün şaquli vəziyyətdə dayanmaq, yəni ayağa qalxmaq lazım idi. Beləcə əcdadlarımız ayağa qalxdılar, şaquli vəziyyətdə yeriməyə başladılar. Əlləri isə boşda qaldı. Bunun nəticəsində əllərindən istifadə etməyə başladılar. Əllərindən alət hazırlanışında istifadə etdikcə, zəkaları da inkişaf etdi. Beləcə insan oldular.

Bu kimi hekayələrə təkamülçü qəzetlərdə və jurnallarda tez-tez rast gələ bilərsiniz. Təkamül nəzəriyyəsinə inanan və mövzu haqqında məlumatsız ya da səthi məlumata sahib müxbirlər, bu hekayələri oxucularına guya elmi bir həqiqət kimi izah etməyi sanki özlərinə vəzifə bilmişlər. Halbuki, getdikcə daha çox elm adamı bu hekayələrin heç bir elmi əhəmiyyət daşımadığını qəbul və elan edir. Londondakı İngilis Təbiət Tarixi Muzeyində uzun illər yuxarı səviyyəli paleontoloq kimi çalışan dr. Collin Patterson belə yazmışdır:

Bir canlının başqa bir canlıya necə çevrildiyinə dair hekayələr yazmaq və bu çevrilmənin mərhələlərinin təbii seleksiya tərəfindən necə seçildiyinə dair səbəblər tapmaq asandır. Amma bu hekayələr elmin bir parçası deyil, çünki onları sınaqdan keçirməyin heç bir üsulu yoxdur.(118)

Təkamülçü paleontoloq T. S. Kemp isə, 1999-cu ildə nəşr olunmuş “Fossils and Evolution” (Fosillər və Təkamül) adlı kitabında "məhz belə hekayələr"in elmi dəyərsizliyini "quşların təkamülü" mövzusunda yazılmış olanlarını ələ alaraq belə açıqlayır:

Quşların mənşəyi haqqında bir ssenari, gec Yura dövrü, kiçik, yüngül iki ayaqlı dinozavrlar üzərində, getdikcə ağaclarda yaşamağa daha əlverişli bir adaptasiyanı meydana gətirən bir seleksiyanın olduğu şəklindədir. Ağaclarda yaşamaq, onların yırtıcılardan qaçma qabiliyyətlərini artırmış və yeni qida mənbələri tapmalarını təmin etmişdir. Əlavə seleksiya təzyiqləri sıra ilə sıçramağı, süzülməyi və nəticədə budaqdan budağa və ağacdan ağaca sürətli şəkildə uçmağı məcburi hala gətirmişdir. Bu ara keçid formalar, onların yaşadıqları ekoloji şərtlər və məruz qaldıqları seçmə güclər haqqındakı fərziyyələrin heç biri empirik (təcrübi) formada sınaqdan keçirilə bilməz. Nəticə budur ki, tənqidi şəkildə ifadə etdiyimiz təqdirdə bu təkamül xarakterli ssenari, "məhz belə hekayə"dir.(119)

Pattersonun və ya Kempin ifadə etdiyi xüsus, yəni haqqında danışılan "məhz belə hekayələr"in sınaqdan keçirilə bilməyəcəkləri və dolayısilə elmi dəyər daşımadıqları, məsələnin bir istiqamətidir. İkinci və bəlkə də, daha da əhəmiyyətli istiqaməti isə, bu hekayələrin eyni zamanda reallaşması qeyri-mümkün olan cəfəngiyatlar olmasıdır. Yəni bu hekayələr qeyri-elmi olmalarından başqa, onsuz da gerçək də deyillər.

Bunu izah etmək üçün, yenə insanın təkamülü mövzusunda bir qədər əvvəl qeyd etdiyimiz "ayağa qalxan insanabənzərlər" hekayəsini ələ alaq.

Bundan 150 il əvvəl Jean Baptiste Lamarck, dövrünün geri qalmış elm səviyyəsiylə belə bir hekayə irəli sürmüşdür. Halbuki, müasir genetika elmi göstərmişdir ki, yaşama əsnasında qazanılan xüsusiyyət sonrakı nəslə ötürülməz. Bunun yuxarıdakı hekayə ilə əlaqəsi budur: Hekayədə, insanın uydurma əcdadlarının yaşadıqları əsnada qazandıqları xüsusiyyətlərlə təkamül keçirdikləri fərziyyəsi hakimdir. İnsanların otlar arasında ətrafı görə bilmək üçün ayağa qalxdıqları və əlləri boşda qaldığı üçün bunları istifadə etdikləri və beləcə zəkalarının inkişaf etdiyi iddia edilir. Bu, tamamilə elmdən və ağıldan kənar bir iddiadır. Belə bir hadisə heç yaşanmamışdır. Həmçinin bir canlının şaquli vəziyyətdə durmağa çalışaraq və ya əl alətlərindən istifadə edərək bəzi xüsusiyyətlər əldə etməsi mümkün deyil. Əldə etdiyini qəbul etsək belə (belə ki, bu elmi baxımdan qeyri-mümkündür), bu xüsusiyyətləri sonrakı nəslə ötürməsi qeyri-mümkündür. Dolayısilə qeyri-mümkün bir şey reallaşsa və bir meymun özünü zorlayaraq skeletini "şaquli vəziyyətə gətirsə" belə, bu xüsusiyyət sonrakı nəslə keçməz və dolayısilə bir "təkamül" yaşanmaz.

Bəs onda necə olur da, bir əsrdən artıqdır bir müddətdir ki, çürümüş olan Lamarckist məntiqlər hələ də cəmiyyətə təlqin edilməyə çalışılır?

Təkamülçülər, bunun, yəni "məhz belə hekayələr"in, yaşanan əsl bioloji təkamül prosesinin bir xülasəsi olduğunu söyləyirlər. Onlara görə "ehtiyaclar təkamül yaratmaz"; amma "ehtiyaclar təbii seleksiyanı müəyyən bir istiqamətdə istiqamətləndirər, bu da o istiqamətdə nəticə verən mutasiyaları seçdirər". Yəni, "insanabənzərlər ayağa qalxdı" dediklərində, əslində "insanabənzərlərin ayağa qalxması üstünlük qazandıracaqdı, məhz tam bu dövrdə onlarda baş verən bir mutasiya skeletlərini şaquli vəziyyətə gətirdi, şaquli vəziyyətə gələnlər də təbii seleksiya yoluyla seçildi" demiş olurlar.

Digər bir sözlə, "məhz belə hekayələr"də, hekayənin mutasiya ilə əlaqədar qisminin elmi izahı tamamilə görməzlikdən gəlinir. Çünki bu qisim ələ alınıb nəzərdən keçirildikdə, ortaya elmdən uzaq batil bir inanc çıxacaq.

Təkamülçülərin mutasiya ilə əlaqədar "məhz belə hekayələri"ndə bir canlı nəyə ehtiyac duyursa, hansı vəziyyət onu daha "üstün" hala gətirirsə, o ehtiyacını qarşılayacaq, o vəziyyəti təmin edəcək bir mutasiyanın mütləq meydana gələcəyi fərz edilir.

Üstəlik bu günə qədər genetik məlumatı inkişaf etdirən tək bir mutasiya belə müşahidə edilmədiyi bir halda...

Bu ssenariyə inanmaq, canlılar üçün, ehtiyac duyduqları hər şeyi təmin edən sehrli bir dəyənəyə inanmaq kimi bir şeydir. Batil inancdır.

Bu çox əhəmiyyətli həqiqəti müəyyənləşdirən şəxslərdən biri, təkamül nəzəriyyəsinə prinsip etibarilə inanmasına baxmayaraq, darvinizmə şiddətlə qarşı çıxan, Fransa Elmlər Akademiyasının keçmiş rəhbəri olan tanınmış fransız zooloq Pierre Grassedir. Grasse mutasiyalar haqqındakı qəribə darvinist inancı belə təsvir edir:

Mutasiyaların heyvanların və bitkilərin ehtiyaclarının qarşılanmasını təmin etdiyinə inanmaq həqiqətən çox çətindir. Amma darvinizm bundan artığını da istəyər: Tək bir bitki, tək bir heyvan, minlərlə və minlərlə tam olması lazım olduğu şəkildə faydalı təsadüflərə məruz qalmalıdır. Yəni möcüzələr adi bir qanun halına gəlməli, baş vermə ehtimalı inanılmaz dərəcədə aşağı olan hadisələr asanlıqla reallaşmalıdır. Xəyal qurmağı qadağan edən bir qanun yoxdur, amma elm bu işin içinə daxil edilməməlidir.(120)

Bir sözlə, darvinizm xəyal qurmaqdır. Elmlə əlaqəsi yoxdur. Bütün dünyaya elmi həqiqətlər kimi izah edilən "məhz belə hekayələr"in isə, ən kiçik bir elmi dayağı yoxdur.

Bütün bu hekayələrin ortaq xüsusiyyəti, canlıların müəyyən bir ehtiyacının müəyyənləşdirilməsi və sonra da bu ehtiyacın mutasiyalar tərəfindən qarşılanmış olduğunun fərz edilməsidir. Bəhs olunan ehtiyac təkamülçülər tərəfindən "təkamüli təzyiq" kimi xarakterizə edilir. (Məsələn, savannaların hündür otları arasında ayağa qalxma ehtiyacı, "təkamüli bir təzyiq"dir.)

"Lazımi mutasiyaların istifadəyə hazır olduğunu fərz etmək" isə, yalnız darvinizmə kor-koranə inanmaqla mümkün ola bilər. Beləsinə kor-koranə bir doqmatizmə qapılmayan hər kəs, "məhz belə hekayələr"in elmlə əlaqəsi olmayan xurafatlar olduğunu görəcək.

Necə ki, "məhz belə hekayələr"in iç üzünü, artıq təkamülçü elm adamları da yüksək səslə ifadə etməyə başlamışdırlar. Bunun yeni bir nümunəsi, “New York Times”də dərc olunan tipik bir "məhz belə hekayə" barəsində Amerikan Təbiət Tarixi Muzeyinin Antropologiya fakültəsinin rəhbəri Tattersallın verdiyi açıqlama oldu. “New York Times”də dərc olunan xəbərdə, "insanlar təkamül prosesində niyə tüklərini itirdilər?" deyə bir sual verilir və buna dair izah edilən müxtəlif üstünlük ssenariləri nəql edilirdi. Tattersall isə belə deyirdi: "Tük itkisinin verdiyi üstünlüklərə dair hər cür fikir mövcuddur, amma bunların hamısı 'məhz belə hekayələrdir".(121)

Məşhur “Nature” jurnalının elmi redaktoru və təkamül mövzusundakı bir çox məqalə və kitabın müəllifi Henry Gee, bir təkamülçü olmasına baxmayaraq, bir orqanın mənşəyini onun faydalarından bəhs edərək izah etməyə çalışmağın nə qədər səhv olduğunu 1999-cu ildə nəşr olunmuş kitabında belə açıqlayırdı:

...Burunlarımız eynək daşımaq üçün yaranmışdıər, dolayısilə eynəklərimiz vardır. Bəli, təkamülçü bioloqlar hər hansı bir quruluşu onun mövcud faydasından danışaraq izah etməyə çalışdıqlarında bu məntiqdən istifadə etmiş olurlar. Halbuki, bəhs olunan mövcud fayda, bizə o quruluşun necə dəyişdiyini, hətta o quruluşun təkamül tarixinin onun formasına və xüsusiyyətlərinə təsir edib-etmədiyi mövzusunda heç bir şey söyləməz.(122)

Bu açıqlamalar çox əhəmiyyətlidir. Çünki ehtimal ki, bundan sonra da başda bir qisim media orqanı olmaqla, təkamülçü qaynaqlarda da "məhz belə hekayələr"ə rast gələ bilərsiniz. Bunların heç bir dəlili olmayan boş nağıllar olduğuna diqqət yetirmək lazımdır. Bu hekayələrin yaradılmasında həmişə eyni üsuldan istifadə edilir. Əvvəlcə bir canlıya aid bir xüsusiyyətin üstün cəhəti və ya cəhətləri təsvir edilər. Sonra bu üstünlüyün necə təkamül keçirmiş ola biləcəyinə dair bir ssenari uydurular. Əlbəttə ki, bu şəkildə meydana gətiriləcək təkamülçü tezislərin praktikada bir həddi-hüdudu yoxdur. "Filin xortumu yerdən yemək toplama işində üstünlük təmin edər, onda filin xortumu yerdən yemək toplamaq üçün təkamül keçirmişdir" və ya "zürafənin boyu, ona hündür budaqlara çatması üçün imkan verər, onda zürafənin boyu hündürdəki yarpaqlara uzanmaq üçün təkamül keçirmişdir" kimi… Bunlara inanmaq, təbiətdə canlıların hər ehtiyacını qarşılayan bir "sehrli təkamül dəyənəyi" olduğuna inanmaqdır. Yəni xurafata inanmaqdır.

Bu xurafatın iç üzü isə hər keçən gün bir az daha ortaya çıxır.

Bölmənin əvvəlindən indiyədək nəzərdən keçirdiklərimizə baxaraq deyə bilərik ki; "Növlərin Mənşəyi"nin təsadüfi bir təkamül prosesi olduğu iddiası Darvinin 19-cu əsrin primitiv elm səviyyəsi içində etdiyi səhv çıxarışların bir nəticəsidir. 20-ci əsr boyunca aparılan bütün müşahidə və təcrübələr, təbiətdə yeni növlər və daha üst kateqoriyalar meydana gətirən bir mexanizm olmadığını göstərmişdir.

Elm, darvinist yanılmanı yıxmışdır və növlərin əsl mənşəyinin yaradılış olduğu, bütün canlıları üstün elm sahibi Uca Allahın yaratdığı həqiqəti ortaya çıxmışdır.

-----

103- George Turner, "How Are New Species Formed?", New Scientist, June 14, 2003, s.36

104- Norman Macbeth, Darwin Retried, Boston, Gambit INC., 1971, s.36.

105- Norman Macbeth, Darwin Retried, ss.35-36

106- Edward S. Deevy, "The Reply: Letter from Birnam Wood", Yale Review, 56 (1967), s.636

Ernst Mayr, Animal Species and Evolution, Cambridge, Harvard University Pres, 1963, ss.285-286.

108- Ernst Mayr, Animal Species and Evolution, ss.290.

109- Lane P. Lester, Raymond G. Bohlin, Natural Limits to Biological Change, s.13-14

110- Jonathan Wells, Icons of Evolution, ss.159-175

111- Lane Lester, Raymond G. Bohlin, Natural Limits to Biological Change,  2nd ed, Probe Books, 1989, ss.67,70

112- Garry E. Parker, Creation: The Facts of Life, San Diego, Creation of Life Publishers, 1980, s.76

113- Pierre-Paul Grassé, Evolution of Living Organisms, Academic Press, New York, 1977, s. 88

114- Jonathan Wells, Icons of Evolution (Regnery, 2000), s. 178

115- Lane Lester, Raymon G. Bohlin, Natural Limits to Biological Change, Probe Books, 1989, s. 170-171

116- Henry Morgenau & Roy Abraham Varghese, Kosmos Bios Teos, Gelenek Yayıncılık, Ekim 2002, İstanbul, s.161.

117- Scott Gilbert, John Opitz, and Rudolf Raff, "Resynthesizing Evolutionary and Developmental Biology", Developmental Biology 173, Article No. 0032, 1996, s. 361

118- Personal letter (written 10 April 1979) from Dr. Collin Patterson, Senior Paleontologist at the British Museum of Natural History in London, to Luther D. Sunderland; as quoted in Darwin's Enigma by Luther D. Sunderland, Master Books, San Diego, USA, 1984, s. 89

119- T. S. Kemp, Fossils and Evolution, Oxford University Press, 1999, s. 19

120- Pierre-P Grassé, Evolution of Living Organisms, New York: Academic Press, 1977, s.103

121- Nicholas Wade, "Why Humans and Their Fur Parted Ways", The New York Times, 19 Ağustos 2003 

122- Henry Gee, In Search Of Deep Time: Beyond The Fossil Record To A New Hıstory Of Life, The Free Press, A Division of Simon & Schuster, Inc., 1999, s. 103