Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

BİR ZAMANLAR "DƏMİR-DÜMÜR DNT

(KODLAŞDIRMAYAN DNT)" NAĞILI VARDI

 

Əvvəlki hissədə araşdırdığımız "yanlış" və ya "atrofiyaya uğramış" strukturlar iddiasının son dayağı, köhnə-külə DNT (ingiliscə Junk DNA) anlayışı idi.

Yeni bir mövzu olduğu (və çox qısa bir müddət əvvəl çökdüyü) üçün bu anlayışı ayrı bir bölmə daxilində nəzərdən keçirməkdə fayda vardır.

Atrofiyaya uğramış orqanlar əfsanəsi, əvvəlki bölmədə araşdırdığımız kimi 20-ci əsrin ikinci yarısından etibarən çökməyə başladı. Funksiyasız adlandırılan orqanların əhəmiyyətli funksiyaları olduğu kəşf edildikcə bu əfsanə də müdafiə oluna bilməz hala gəldi. Amma bu əfsanənin təbliğat gücündən məhrum qalmaq istəməyən təkamülçülər bunun yeni bir variantına sarıldılar. Bu yeni variant, bədəndəki orqanların deyil, amma orqanların genetik şifrəsini özündə saxlayan genlərin bir qisminin "atrofiyaya uğramış" olduğu şəklində idi. İstifadə edilən anlayış isə "atrofiyaya uğramış olmaq" deyil, "yararsız hala gəlmək" idi.

Haqqında danışılan "köhnə-külə" (junk) ifadəsi, bütün canlıların genetik məlumatını kodlaşdıran nəhəng DNT molekulunun bəzi qisimləri üçün istifadə edildi. Təkamülçü iddiaya görə DNT-in olduqca böyük bir hissəsi funksiyasız idi. Təkamülçülər bu funksiyasız qisimlərin, keçmişdə baş vermiş saxta təkamül prosesində bir işə yaradığını, amma zaman keçdikcə "yararsız hala gəldiyini" irəli sürdülər. İddianın darvinizmlə olan paralelliyi çox diqqətə çarpırdı və bu səbəblə də "köhnə-külə DNT" (Junk DNT) anlayışı qısa müddət ərzində elmi ədəbiyyatda tez-tez təkrarlanan terminlərindən birinə çevrildi. Ancaq atrofiyaya uğramış orqanlar hekayəsinin bu yeni variantının ömrü də çox uzun olmadı. Xüsusilə də 2001-ci ildə nəticələri açıqlanan İnsan Genomu Layihəsiylə birlikdə "qırıntı DNT (kodlaşdırmayan DNT)" anlayışının bir yanılma olduğu elm dünyasında yüksək səslə ifadə edilməyə başlandı. Vaşinqton Universitetindən təkamülçü elm adamı Evan Eichler "qırıntı DNT (kodlaşdırmayan DNT) deyimi bizim məlumatsızlığımızın əks olunmasından başqa bir şey deyil" etirafı ilə çıxış etdi.(82)

Bunun səbəbi qırıntı DNT (kodlaşdırmayan DNT) deyilən qisimlərin də müəyyən funksiyalar yerinə yetirdiklərinin yavaş-yavaş başa düşülməsi idi.

İndi, qırıntı DNT (kodlaşdırmayan DNT) əfsanəsinin necə meydana gəldiyi və çökdüyünü nəzərdən keçirək.

 

Kodlaşdırmayan DNT-nin qırıntı hesab edilməsi

 

Təkamülçülərin bu yanılmasının başa düşülməsi üçün əvvəlcə DNT-in quruluşu haqqında məlumat vermək lazımdır.

Bütün canlı hüceyrələrində yerləşən nəhəng bir molekulyar zəncir olan DNT molekulu, sahib olduğu genetik məlumatlardan ötrü çox vaxt "məlumat bankı" deyə xatırlanır. Molekul həmçinin bu məlumatların fiziki fəaliyyətlərdə istifadəsini qaydaya salan bir genetik koda sahibdir. Daha əvvəlki hissələrdə nəzərdən keçirdiyimiz kimi, DNT molekulunun mənşəyini şərh etmək məqsədiylə edilən bütün təkamülçü cəhdlər nəticəsiz qalmış, bu molekuldakı məlumatın təsadüfi olaraq meydana gələ bilməyəcəyi aydın olmuşdur. DNT molekulu açıq-aydın üstün bir yaradılış nümunəsidir.

DNT üzərində fiziki xüsusiyyətlərimizin və fizioloji fəaliyyətlərimizin məlumatını kodlaşdıran müəyyən qisimlərə "genlər" deyilir. Bu genlər fərqli-fərqli zülalların kodlaşdırılmasında rol oynayır və həyatımızın davam etməsini təmin edir. Ancaq genlərimizin hamısı, DNT-mizin təxminən 10%-ni meydana gətirər. DNT-in geridə qalan daha böyük qismi zülal kodlaşdırmadığı üçün "qırıntı DNT (kodlaşdırmayan DNT)" olaraq adlandırılır.

Qırıntı DNT-ni (kodlaşdırmayan DNT-ni) də öz daxilində bəzi kateqoriyalara ayırmaq mümkündür. Qırıntı DNT (kodlaşdırmayan DNT), bəzən genlər arasına sıxışdırılmış vəziyyətdə olar və bunlara "intron" adı verilər. Digər bir qisim qırıntı DNT (kodlaşdırmayan DNT) isə, eyni nukleotid ardıcıllığının bir-birinin arxasınca sıralanmasıyla əmələ gəlmiş daha uzun zəncirlər meydana gətirir. Bunlara "təkrarlı DNT (ingiliscə repetitive DNA)" adı verilir. Əgər qırıntı DNT (kodlaşdırmayan DNT) üzərindəki nukleotidlər, təkrarlanan sıralar əvəzinə, genlərdəki kompleks düzülüşü xatırladacaq şəkildə sıralanmışlarsa, bu dəfə isə onlara "yalançı gen" (pseudogene) adı verilər.

Təkamülçülər zülal kodlaşdırmayan bu hissələri ümumiyyətlə "Junk DNT" (köhnə-külə DNT) adı altında toplamış və bunların guya təkamül prosesindən gəlib çıxan lazımsız yığınlar olduğunu irəli sürmüşlər. Halbuki, bunun məntiqi baxımdan yalnış bir yanaşma tərzi olduğu aydındır. Çünki bu DNT strukturlarının zülal kodlaşdırmaması, bunların funksiyasız olduğunu göstərməz. Bunların funksiyalarını öyrənmək üçün üzərində aparılacaq araşdırmaların nəticələrini gözləmək lazımdır. Elmi yanaşma bunu tələb edir. Ancaq təkamülçü ön mühakimələr bu məntiqin qüvvəyə minməsinin qarşısını almış, cəmiyyəti illərlə qırıntı DNT (kodlaşdırmayan DNT) iddialarıyla yanıldacaq xəbərlərin meydana gəlməsinə səbəb olmuşdur. Ancaq xüsusilə də son on ildə aparılan tədqiqatlar bu iddiaların xəyaldan başqa bir şey olmadığını göstərərək təkamülçüləri təkzib etmişdir. Çünki qırıntı DNT (kodlaşdırmayan DNT) qisimlərinin, təkamülçülərin iddia etdiyi kimi "qırıntı" deyil, tam əksinə "genomik xəzinə" olduğu aydın olmuşdur.(83)

Çikaqo Universitetindən doktoranturada təhsil almış və anti-təkamül hərəkətinin öndə gələn müdafiəçilərindən biri olan dr. Paul Nelson, "Köhnə əşyalar satan satıcı artıq satmır" (The Junk Dealer Ain't Selling That No More) başlıqlı məqaləsində təkamülçülərin qırıntı DNT (kodlaşdırmayan DNT) iddialarının çöküşünü bu cümlələrlə açıqlayır:

"[Ateizmin tərəfdarlarından olan] Carl Sagan, “Shadows of Forgotten Ancestors” (Unudulmuş Əcdadların Kölgələri) adlı kitabında "genetik qırıntı yığınının", DNT-dəki "artıqlıqların, kəkələmələrin (lazımsız təkrarların) və surəti çıxarıla bilməz cəfəng şeylərin", həyatın təməlində böyük qüsurların olduğunu sübut etdiyini irəli sürmüşdü. Bioloji ədəbiyyatda bu cür şərhlərə getdikcə daha az rast gəlinir. Niyəmi?. Çünki artıqgenetiklər, genetik tullantı olaraq bilinən qisimlərin funksiyalarını kəşf edirlər".(84)

İndi qırıntı DNT-nin (kodlaşdırmayan DNT) əslində heç də qırıntı olmadığının necə kəşf edildiyini nəzərdən keçirək...

 

 

1) Qırıntı DNT-nin (kodlaşdırmayan DNT-nin) nukleotid ardıcıllığında dil qabiliyyəti ilə əlaqədar bir kodlaşdırma meyarı tapıldı.

 

1994-cü ildə Harvard tibb fakültəsinin molekulyar bioloqları ilə Boston Universitetindən fizikaçıların həyata keçirdiyi ortaq çalışmada qırıntı DNT (kodlaşdırmayan DNT) ilə əlaqədar təəccüblü bir nəticə əldə olundu. Tədqiqatçılar, müxtəlif canlılardan alınan və 50 000 əsas cütünü ehtiva edən 37 DNT düzülüşünü tədqiq etmiş və nukleotidlərin düzülüşündə müəyyən qaydaların olub-olmadığını araşdırmışlar. Bu çalışma nəticəsində, insan DNT-sində 90% yer tutan uydurma qırıntı DNT-nin (kodlaşdırmayan DNT-nin) insan dilinə məxsus bir xüsusiyyətə sahib olduğu ortaya çıxdı.(85) Buna görə də yer üzündə danışılan bütün dillərdə görülən ortaq bir kodlaşdırma meyarına insan DNT-sində sıralanan nukleotidlərdə də rast gəlinmişdi. Şübhəsiz ki, bu kəşf uydurma qırıntı DNT-dəki (kodlaşdırmayan DNT-dəki) məlumatın təsadüfən toplandığı müddəasına deyil, həyatın üstün bir yaradılış nəticəsində meydana gəldiyi həqiqətinə dəstək verirdi.

 

 

2) Təkrarlı heteroxromatin təəccüblü bir funksionallıq göstərdi:

Tək olduqlarında varlıqları mənasız kimi görünən nukleotidlər bir yerdə əhəmiyyətli  vəzifələri yerinə yetirir və meyoz bölünmədə rol oynayırlar.

 

Yaxın bir keçmişdə, qırıntı DNT (kodlaşdırmayan DNT) olduğu zənn edilən, ancaq elm adamlarının funksiyalarını yeni kəşf etməyə başladığı DNT sıralarından biri heteroxromatindir. Bu, DNT-də çox təkrarlanılan bir koddur. Hər hansı bir zülalın hazırlanmasından məsul olduğu müəyyənləşdirilə bilmədiyi üçün uzun müddət "qırıntı DNT (kodlaşdırmayan DNT)" kimi təyin olunmuşdur.

Renauld və Gasser (İsveç Eksperimental Xərçəng Tədqiqatı İnstitutu) heteroxromatin barəsində bu şərhi verirlər:

Genomda diqqət çəkəcək şəkildə təmsil olunmasına olmasına baxmayaraq, (insan hüceyrələrinin 15%-i və milçək hüceyrələrinin təxminən 30%-i), heteroxromatin daim “qırıntı DNT (kodlaşdırmayan DNT)”, yəni hüceyrəyə heç bir faydası olmayan DNT olaraq qəbul edilmişdir.(86)

Ancaq aparılan son çalışmalar heteroxromatinin də əhəmiyyətli funksional vəzifələri olduğunu göstərdi. Molekulyar Tibb Elmləri İnstitutundan Emile Zuckerkandl bu mövzu barəsində bunları söylədi:

Özlüyündə funksional olmayan nukleotidləri bir yerə gətirdiyinizdə, funksional hala gələn nukleotidlər birliyi əldə edə bilərsiniz. Xromatinə aid olan nukleotidlər isə bunun bir nümunəsidir. Keçmişdə heteroxromatinin yararsız olduğunu iddia edən görüşlərə baxmayaraq, bugünkü gün bu sahədə aktiv şəkildə çalışan bir çox adam DNT-in bu hissəsinin çox əhəmiyyətli funksional vəzifələri olduğundan şübhələnmir... Nukleotidlər özlüklərində yararsız ola bilərlər, ancaq bir yerdə olduqları vaxt qızıldırlar.(87)

Heteroxromatinin bu cür "ümumi" funksiyalarından biri meyoz bölünmədə müəyyənləşdirildi. Həmçinin süni xromosom çalışmaları da, DNT-in bu hissəsinin fərqli funksiyalara sahib olduğunu göstərdi.(88)

 

3) Tədqiqatçılar qırıntı DNT (kodlaşdırmayan DNT) ilə hüceyrə nüvəsi arasındakı əlaqəni ortaya çıxardılar. Bu inkişafların "qırıntı DNT (kodlaşdırmayan DNT)" iddiasını çürütdüyünü ifadə etdilər.

 

1999-cu ildə aparılan bir çalışma, eukariot hüceyrələrdəki zülal qırıntı DNT-nin (kodlaşdırmayan DNT-nin) (digər adıyla ikinci dərəcəli DNT) nüvə daxilində yerləşən funksional bir quruluş olduğunu ortaya çıxardı. Bu çalışmada, kriptomonad adlı fotosintez edən tək hüceyrəli canlılar araşdırıldı.

Bu canlıların xüsusiyyəti ölçü baxımından böyük bir müxtəliflik göstərmələriydi. Ancaq hüceyrələr fərqli ölçülərdə olsalar da, nüvə böyüklüyü ilə hüceyrənin (canlının) böyüklüyü arasında daim bir düz mütənasiblik hakim olurdu.

Tədqiqatçılar qırıntı DNT (kodlaşdırmayan DNT) miqdarı ilə nüvənin böyüklüyü arasında bir mütənasiblik olduğunu gördülər və bu vəziyyətin, qırıntı DNT-nin (kodlaşdırmayan DNT-nin) daha böyük bir nüvə üçün struktur etibarilə lazım olduğuna dair bir göstərici olduğu nəticəsinə gəldilər. Bu yeni araşdırma, yaradılış həqiqətini rədd edən qırıntı DNT (kodlaşdırmayan DNT) (hətta Dokinzin irəli sürdüyü "eqoist DNT"(89)) kimi anlayışlara çox əhəmiyyətli bir zərbə təşkil etdi. Tədqiqatçılar yazılarını bu sözlərlə bitirirdilər:

"Üstəlik, ikinci dərəcəli DNT nukleomorfun (ingiliscə nucleomorph secondary DNA) əhəmiyyətli ölçüdə əskik olması,... ikinci dərəcəli DNT ilə əlaqədar 'eqoist' və 'zir-zibil' DNT iddialarını çürüdür".(90)

 

 

4) Qırıntı DNT-nin (kodlaşdırmayan DNT-nin), xromosomların quruluşu üçün lazımlı olduğu ortaya çıxdı

 

Qırıntı DNT-nin (kodlaşdırmayan DNT-nin) son illərdə ortaya çıxarılan digər bir əhəmiyyətli rolu da xromosomun quruluş və funksiyası üçün "qəti surətdə lazım" olması idi. Bu sahədə aparılan çalışmalar, qırıntı DNT-nin (kodlaşdırmayan DNT-nin), DNT-nin bir çox funksiyasını yerinə yetirməsini mümkün hala gətirən quruluşu təmin etdiyini göstərdi. Belə ki, qaydaya salınmış bir quruluş olmadan bu funksiyaların həyata keçirilməsi qeyri-mümkün idi. Elm adamları pivə mayasının xromosomlarından birində, telomerləri (telomerlər xromosomların hər iki ucunda yerləşən və hər hüceyrə bölünməsindən sonra müəyyən ölçüdə qısalan DNT-zülal kompleksləridir) yox etdiklərində hüceyrə bölünməsi əməliyyatının qısa bir müddət üçün dayandığını gördülər.(91) Deməli, telomerler hüceyrənin, sağlam xromosomları, ziyan görmüş DNT-dən ayırmasına kömək edirdi. Bu fasilədən sonra hüceyrələrdə xromosom sonunda itirilirdi. Bu da qırıntı DNT-yə (kodlaşdırmayan DNT-yə) aid telomerlerin, hüceyrənin xromosom sabitliyinin qorunmasında lazımlı olduğunu göstərirdi.

 

 

5) Qırıntı DNT-nin (kodlaşdırmayan DNT-nin) embrionun inkişafındakı rolları ortaya çıxarıldı

 

Qırıntı DNT-nin (kodlaşdırmayan DNT-nin), inkişaf əsnasında gen ekspresiyasının (gendəki məlumatın oxunaraq zülal hazırlanılması əməliyyatının) qaydaya salınmasında da əhəmiyyətli bir rol oynadığına dair dəlillər əldə olundu.(92) Müxtəlif çalışmalarda, qırıntı DNT-nin (kodlaşdırmayan DNT-nin), fotoreseptor hüceyrələrinin(93), çoxalma bölgəsinin(94) və mərkəzi sinir sisteminin(95) inkişafında rol oynadığı göstərildi. Bütün bunlar, qırıntı DNT-nin (kodlaşdırmayan DNT-nin) inkişaf və embriogenez prosesi (embrionun inkişafı prosesi) əsnasında həyati rolları nizama qoyduğunu göstərdi.

 

6) Qırıntı DNT (kodlaşdırmayan DNT) kateqoriyasına daxil edilən intronların hüceyrə fəaliyyətlərində həyati rollar oynadığı ortaya çıxdı

 

Təkamülçülərin uzun illər qırıntı DNT (kodlaşdırmayan DNT) olduğunu zənn etdikləri, ancaq əhəmiyyətli rolları daha sonra kəşf edilən digər qırıntı DNT (kodlaşdırmayan DNT) növü isə intronlardır. İntronların xüsusiyyəti, funksional genlərin içinə sıxışdırılmış olmalarıdır. İntronlar, zülal hazırlanılması prosesi və fəaliyyətləri əsnasında ayırd edilərək çıxarılarlar.

Təkamülçülər, intronların ilk baxışda zülal hazırlanılmasında rol oynamamasına aldanmış, bunları qırıntı DNT (kodlaşdırmayan DNT) kimi qəbul etmişlər. Halbuki, aparılan araşdırmalar intronların çox əhəmiyyətli həyati fəaliyyətlərdə rol oynadığını göstərdi. Hazırkı dövrdə intronlar, artıq fərqli DNT-lərdən meydana gələn və hüceyrənin yaşaması baxımından həyati dərəcədə əhəmiyyətli rol oynayan kompleks bir qarışıq kimi qəbul edilir.(96)

Məşhur “The New York Times” qəzetinin elm guşəsində dərc olunan bir yazı, intronlarla əlaqədar təkamülçü yanılmaları ortaya qoyması baxımından maraqlı idi. C. Claiborne Ray tərəfindən hazırlanan və "DNT: Qırıntımü, yoxsa qırıntı deyilmi?" başlığındakı qısa yazıda, intronlar üzərində aparılan tədqiqatların nəticəsi bu cümlələrlə yekunlaşdırılırdı: "İllər boyu aparılan çalışmalar, intronların qırıntı olmadığını, bunların əslində genlərin iş fəaliyyətinə təsir göstərdiklərini ortaya çıxardı. ...şübhəsiz ki, intronlar aktiv rollar oynayır".(97)

“New York Times” qəzetindəki bu yazıda son elmi inkişaflar əsasında, intronlar kimi "guya zir-zibil DNT"nin də həqiqətdə orqanizmlərə "faydalı" olduğu vurğulanırdı.

Maddələr halında ələ aldığımız bütün bu inkişaflar qırıntı DNT (kodlaşdırmayan DNT) haqqında yeni məlumatlar ortaya qoymaqla birlikdə əhəmiyyətli bir həqiqəti də ortaya çıxarmış olurdu. Təkamülçülərin qırıntı DNT (kodlaşdırmayan DNT) anlayışı, Evan Eichlerin də ifadə etdiyi kimi, məlumatsızlıqdan qaynaqlanan, uydurma bir anlayış idi.(98)

 

 

Qırıntı DNT (kodlaşdırmayan DNT) əfsanəsinin son

Dayağı da çökdü: "Yalançı gen"in Funksional olduğu ortaya çıxdı

 

90-cı illərdən bəri yaşanan bütün bu əhəmiyyətli elmi inkişaflar, kodlaşdırmayan DNT iddiasının məlumatsızlıqdan qaynaqlanan bir təkamül yanılması olduğunu göstərdi. Genlərin içinə sıxışmış intronlar və daha uzun cərgələr halında bir yerdə olan təkrarlı DNT (ingiliscə repetitive DNA) kimi "qırıntı DNT (kodlaşdırmayan DNT-lərin)"lərin əslində funksional olduğu göstərilmiş oldu. Bununla birlikdə geriyə funksional olub-olmadığı tam bilinməyən tək bir növ "qırıntı DNT (kodlaşdırmayan DNT)" qalırdı: "Yalançı genlər" mənasını verən "psevdogenlər" (pseudogenes).

Psevdogen, göründüyünə görə, mutasiyaya uğramış funksional genlərin funksiyalarını itirərək əmələ gətirdikləri DNT parçalarına təkamülçülər tərəfindən verilən addır. "Pseudo" sözü də ingiliscədə "yalançı, aldadıcı" mənasında istifadə edilir. Psevdogenlərin təkamülçülər baxımından xüsusi bir əhəmiyyətə sahib olduğu deyilə bilər. Çünki mutasiyaların təkamül meydana gətirəcəyi iddiasının əsassızlığını gizli şəkildə qəbul etmiş, psevdogenlərə bir növ göz boyama vasitəsi kimi sarılmışlar.

Qısa şəkildə xatırlasaq, canlılar üzərində aparılan saysız təcrübədə, mutasiyaların təsir göstərdikləri zaman canlılarda daim genetik məlumat itkisinə səbəb olduqları müşahidə olunmuşdur. Bir saata endirilən təsadüfi çəkic zərbələrinin saatı inkişaf etdirməyəcəyi kimi, mutasiyalar da orqanizmləri əsla inkişaf etdirməmiş, digər bir sözlə təkamül keçirmələrinə səbəb olmamışdır. Təkamül nəzəriyyəsi genetik məlumatda artım tələb etdiyi halda, mutasiyalar həmişə genetik məlumatı azaldar, korlayarlar.

Nəzəriyyələrinə dəstək kimi göstərə biləcəkləri bir mexanizmdən belə məhrum olan təkamülçülər, psevdogenləri xəyali təkamül prosesinin "xəyali" mexanizminin işlədiyinə dəlil göstərdilər. Təkamülçülər, zülal kodlaşdırmayan bu DNT hissələrinin guya təkamülün molekulyar fosilləri (daşlaşmış qalıntıları) olduğunu iddia etdilər. Bu iddianın tək dayağı, bu genlərin hər hansı bir funksiyasının bilinməməsi idi.

Ta ki 2003-cü ilin mayına qədər.

Psevdogenlərin funksional olduğunu göstərən bir çalışmanın nəticələri, məşhur “Nature” jurnalının 1 may 2003-cü il tarixli buraxılışnda dərc olundu. Tədqiqatçılar, "İfadə edilmiş psevdogen, homoloq kodlaşdıran genin xəbər aparan RNT sabitliyini nizamlayır" (An expressed pseudogene regulates the messenger-RNA stability of its homologous coding gene) başlıqlı yazılarında, bir təcrübə üçün hazırlanılan siçanlarda müşahidə etdikləri bir vəziyyəti xəbər verirdilər.(99) Bundan ötrü bir neçə siçanın, Makorin1-p1 adı verilən psevdogenlərinin, genetik cəhətdən dəyişdirilməsi nəticəsində siçanlarda ölümcül mutasiyalar meydana gəlmişdi. Siçanların böyrək və sümüklərinin anormal şəkildə inkişaf etdiyi müşahidə edilmişdi.

Psevdogendəki düzülüşdə baş verən bir dəyişikliyin siçanın orqanlarına təsir göstərməsinin izahı aydın idi: Bu psevdogen funksiyasız deyil, lazımlı idi.

“Nature” jurnalında, bu araşdırmanı şərh edən bir məqalədə bu çalışmanın, təkamülün "molekulyar fosilləri (daşlaşmış qalıntıları)" gözüylə baxılan psevdogenlər haqqındakı məşhur görüşlərə meydan oxuduğu yazılırdı.(100) Yəni bir təkamül əfsanəsi daha puç olurdu.

Psevdogenlərin yerinə yetirdiyi bir funksiya ortaya çıxarıldıqdan yalnız üç həftə sonra, digər bir məşhur elm jurnalı “Science”də dərc olunan bir tədqiqat nəticələri, qırıntı DNT (kodlaşdırmayan DNT) anlayışına başqa bir ağır zərbə vurdu.(101) Jurnalın 23 may 2003-cü il tarixli buraxılışnda dərc olunan bir tədqiqat nəticələri, qırıntı DNT (kodlaşdırmayan DNT) ilə əlaqədar yeni bir funksiya daha ortaya çıxarırdı. Yuxarıda qeyd etdiyimiz bütün irəliləyişlərdən xəbərdar olan təkamülçülər üçün, uzun müddət gündəmdə tutduqları "zir-zibil DNT" anlayışının mənasızlığını açıq şəkildə qəbul etməkdən başqa variant qalmırdı. Zir-zibil DNT anlayışının zibilə atılma vaxtı gəlmişdi. Pensilvaniya Dövlət Universitetindən Wojciech Makalowski tərəfindən qələmə alınan yazının başlığı bu dəyişikliyi göstərən xüsusiyyətdə idi: "Not Junk After All" (Artıq qırıntı deyil). Makalowski vəziyyəti belə yekunlaşdırırdı:

Xüsusilə də təkrarlanan elementlərlə əlaqədar olan qırıntı DNT fikri 1990-cı illərdə dəyişməyə başladı... Hazırkı zamanda getdikcə daha çox sayda bioloq təkrarlanan elementlərə genomik xəzinə kimi baxırlar. Bu hesabat göstərir ki, təkrarlanan elementlər 'qırıntı DNT deyil', eukariot genomlarının əhəmiyyətli, birləşdirici komponentləridir. Onda təkrarlı DNT (ingiliscə repetitive DNA) "qırıntı DNT" olaraq adlandırılmamalıdır…".(102)

Bir zamanlar qırıntı DNT anlayışını və buna əsaslanan təkamülçü fərziyyələri tez-tez eşidə bilərdiniz.

Amma, burada yekunlaşdırdığımız kimi, darvinistlərin "atrofiyaya uğramış son şey" iddiası olan qırıntı DNT anlayışı da tarixə qarışdı. Darvinizmin bu son çırpınışları da boşa çıxdı. 

------

82- Gretchen Vogel, "Objection #2: Why Sequence the Junk?", Science, 16 Şubat 2001

83- Wojciech Makalowski, "Not Junk After All", Science, Volume 300, Number 5623,  23 Mayıs 2003,

84-http://www.arn.org/docs/odesign/od182/ls182.htm#anchor569108

85- "Does nonsense DNA speak it's own dialect?", Science News, Vol. 164 , 24 Aralık,1994

86- Hubert Renauld and Susan M. Gasser, "Heterochromatin: a meiotic matchmaker," Trends in Cell Biology 7 (May 1997): ss. 201-205

87- Emile Zuckerkandl, "Neutral and Nonneutral Mutations: The Creative Mix-Evolution of Complexity in Gene Interaction Systems,' Journal of Molecular Evolution 44 (1997): S2-8.

88- Hubert Renauld and Susan M. Gasser, "Heterochromatin: a meiotic matchmaker," Trends in Cell Biology 7 (May 1997): 201-205.

89- Bencil DNA tezi: Evrimcilerin, kodlamayan DNA'nın sözde evrimsel oluşumunu açıklamada başvurduğu bir tez. Bu tez, canlıların işlevini yitirmiş DNA parçaları arasında bir tür rekabet olduğunu savunan hayali iddiadır. Bu yazıda da gösterildiği gibi, Crytomonad'lar üzerinde yapılan bu çalışmayla çürütülmüştür.

90- Beaton, M.J. and T. Cavalier-Smith. 1999. Eukaryotic non-coding DNA is functional: evidence from the differential scaling of cryptomonal genomes. Proc. R. Soc. Lond. B. 266:2053-2059
91- Sandell LL, Zakian VA. 1994. Loss of a yeast telomere: arrest, recovery, and chromosome loss. Cell 75: 729-739.

92- Ting SJ. 1995. A binary model of repetitive DNA sequence in Caenorhabditis elegans. DNA Cell Biol. 14: 83-85.

93- Vandendries ER, Johnson D, Reinke R. 1996. Orthodenticle is required for photoreceptor cell development in the Drosophila eye. Dev Biol 173: 243-255.

94- Keplinger BL, Rabetoy AL, Cavener DR. 1996. A somatic reproductive organ enhancer complex activates expression in both the developing and the mature Drosophila reproductive tract. Dev Biol 180: 311-323.

95- Kohler J, Schafer-Preuss S, Buttgereit D. 1996. Related enhancers in the intron of the beta1 tubulin gene of Drosophila melanogaster are essential for maternal and CNS-specific expression during embryogenesis. Nucleic Acids Res 24: 2543-2550.

96- R. Nowak, "Mining Treasures from 'junk DNA ", Science 263 (1994): 608.

97- "DNA; Junk or Not", The New York Times, 4 Mart 2003

98- Gretchen Vogel, "Objection #2: Why Sequence the Junk?", Science, 16 Şubat 2001

99- Hirotsune, S., Yoshida, N., Chen, A., Garrett, L., Sugiyama, F., Takahashi, S., Yagami, K., Wynshaw-Boris, A., and Yoshiki, A. 2003. An expressed pseudogene regulates the messenger-RNA stability of its homologous coding gene. Nature 423:  91-96.

100- Lee, J. T. 2003. Molecular biology: Complicity of gene and pseudogene [News and Views]/78 Emile Zuckerkandl, "Neutral and Nonneutral Mutations: The Creative Mix-Evolution of Complexity in Gene Interaction Systems,' Journal of Molecular Evolution 44 (1997): S2-S8.ature 423: 26-28.

101- "The Birth of an Alternatively Spliced Exon: 3' Splice-Site Selection in Alu Exons ", Galit Lev-Maor, et al. Science, Volume 300, Number 5623, Issue of 23 May 2003, ss. 1288-1291

102- Science, 23 Mayıs 2003