Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

BİR ZAMANLAR BİOLOJİ MƏLUMAT BİLİNMİRDİ

 

Bütün dövrlərin ən populyar kinoteatr məhsullarından biri olan “The Matrix” seriyasının ikinci filmi “The Matrix Reloaded”i izləyənlər, filmdəki arxa plan aktyorlarının bir "proqram" (software) olaraq göstərildiyi səhnəni xatırlayacaqlar.Bəhs olunan səhnə əslində hər cismin bir proqram olduğu "Metriks" filmində mövcuddur. DNT, bir qadına dərman verilməsi səhnəsi göstərilərkən həm qadının, həm də dərmanın bir proqram olduğunu tamaşaçılara daha yaxşı açıqlamaq üçün, həm qadının bədəni, həm də dərman yaşıl elektron rəqəm və hərflərdən ibarət olan bir silüet olaraq göstərilir.“The Matrix Reloaded”in müxtəlif səhnələrində təkrarlanan bu animasiya, tamaşaçılara gördükləri insanların əslində yalnız bir proqram olduğunu qavratmaq üçün istifadə edilən təsirli bir vizual izahatdır.

“The Matrix Reloaded”i izləyən və ya izləməyən bir çox insanın dərk etmədiyi həqiqət isə, həqiqi dünyadakı bədənlərin də əslində bir mənada bir "proqram" olmasıdır.

Sizin bədəniniz də çox kompleks bir proqramdır. Əgər bu proqramı kağıza köçürmək istəsəniz, böyük bir otağın divarlarını əhatə edəcək qədər böyük bir kitabxana qurmağınız lazımdır. Əgər bu proqramı bildiyiniz başqa proqramlarla (məsələn, kompyuterinizin Windows və ya Mac OS kimi əməliyyat sistemiylə və ya fərqli proqramlarıyla) müqayisə etsəniz, sizdəkinin müqayisə edilə bilməyəcək qədər kompleks və üstün olduğunu görərsiniz. Bundan əlavə, kompyuterinizin əməliyyat sistemi tez-tez kilidlənər, donar, yenidən başladılması lazım gələr, hətta bəzən bütün məlumatları yox olacaq şəkildə çökər. Halbuki, bədəninizin proqramına siz həyatda olduğunuz müddət boyunca heç bir şey olmaz. Bu proqramda bir xəta yaransa, bunu aradan qaldırmaq vəzifəsini yerinə yetirən başqa proqramlar bu problemi aradan qaldırar.

Yaxşı, bəs bədəninizdəki proqram nə cür bir proqramdır?. “The Matrix Reloaded”dəki kimi yaşıl rəngli, elektron rəqəmlər və hərflərdən ibarət bir proqramdırmı?.

Sizdəki proqram elektron hərf və rəqəmlərlə deyil, molekullarla yazılmışdır. Bu molekullar, bədəninizi meydana gətirən trilyonlarla hüceyrənin hər birinin nüvəsində yerləşən "DNT" adlı nəhəng molekul zəncirinin hissələridir.

DNT, sizin bədəninizin bütün incəliklərini özündə saxlayan bir məlumat bankıdır. Bu nəhəng molekul, "əsas" adı verilən dörd fərqli kimyəvi maddənin bir-birinin ardınca düzülməsiylə yaradılmışdır. Bu dörd əsas, dörd hərfli bir əlifba kimi bədəndə hazırlanılacaq bütün orqanik molekulların məlumatını özündə saxlayar. Yəni bu əsaslar təsadüfi olaraq deyil, müəyyən bir məlumata görə düzülmüşlər. Bu məlumat öz daxilində cümlələrə, paraqraflara ayrılar. Elm adamları bu hissələrə "gen" adını verirlər. Hər gen bədəninizdəki fərqli incəlikləri (məsələn, şəkər yediyinizdə bunu hüceyrələrin içinə alacaq olan insulin hormonunun formulunu və ya gözünüzdəki şəffaf buynuzlu qişa hüceyrələrinin quruluşunu) təsvir edər.

DNT-in kəşfi, elm tarixindəki ən əhəmiyyətli kəşflərdən biri kimi qəbul edilir. Bu molekulun varlığı və quruluşu 1953-cü ildə Francis Crick və Ceyms Watson adlı iki gənc elm adamı tərəfindən müəyyənləşdirilmişdir. O vaxtdan indiyədək keçən yarım əsr ərzində isə, elm dünyasının əhəmiyyətli bir hissəsi DNT-i anlamağa, ondakı məlumatı oxumağa, sirrini açmağa və istifadə etməyə çalışır. Bu böyük səydəki ən əhəmiyyətli addımlardan biri isə, 90-cı illərdə başlayan və 2001-ci ildə nəticələnən "İnsan Genomu Proyekti"dir. Bu proyekti icra edən elm adamları, "insan genomu"nu (yəni insanın bütün genlərini) oxuyaraq bunun əskiksiz bir "sənədini" yaratmışlar.

İnsan Genomu Proyekti, əlbəttə ki, başda tibb və genetika mühəndisliyi olmaqla, müxtəlif sahələrdə bəşəriyyətə böyük faydalar verə biləcək. Amma bir o qədər, hətta daha da əhəmiyyətli bir nəticəsi isə, DNT-nin mənşəyi haqqında bizə bir mesaj verməsidir. Bu mesaj bilavasitə genomu kəşf edənlərdən biri, yəni proyekti icra edən Celera şirkətinin vəzifələndirdiyi elm adamlarından Gene Myers tərəfindən açıqlanmışdır.

Myers, “San Francisco Chronicle” qəzetində; "İnsan Genomu Xəritəsi Elm Adamları Yaradıcıdan Danışır" (Human Genome Map Has Scientists Talking About the Divine) başlığıyla verilən xəbərdə bu şərhi vermişdir:

Molekulyar səviyyədə mükəmməl bir şəkildə qeyri-kompleks... Hələ özümüzü belə anlaya bilmirik, bu çox maraqlıdır. Burada metafizik bir element var... Məni əsl təəccübləndirən şey isə həyatın arxitekturasıdır... Sistem çox kompleksdir. Sanki dizayn edilmiş kimi... Burada (genomda) böyük bir ağıl var.(47)

DNT-də olan bu məlumat, həyatı təsadüflərin məhsulu hesab edən darvinizmi çürüdür. Çünki bu məlumat, darvinizmin də təməli olan materialist "reduksionizmi" çökdürür.

 

Reduksionizmin sonu

Bilindiyi kimi materialist fəlsəfə yalnız maddənin mövcud olduğunu iddia edir. Bu fəlsəfəyə görə maddə əzəldən bəri vardır, daim də var olacaq və maddədən başqa heç bir şey yoxdur. Materialistlər bu iddialarını dəstəkləmək üçün, "reduksionizm" deyə adlandırılan bir məntiqdən istifadə edirlər. Reduksionizm, maddə kimi görünməyən şeylərin də əslində maddi faktorlarla izah oluna biləcəyi düşüncəsidir.

Bunu izah etmək üçün zehin nümunəsini göstərək. Bilindiyi kimi insanın zehni "əllə tutula, gözlə görülə bilər" bir şey deyil. Üstəlik, insan beynində bir "zehin mərkəzi" də yoxdur. Bu vəziyyət bizi istər istəməz zehnin xəyali bir anlayış olduğu nəticəsinə aparır. Yəni "mən" dediyimiz, düşünən, sevən, əsəbiləşən, kədərlənən, zövq alan ya da əzab çəkən varlıq, bir kreslo, bir masa ya da bir daş parçası kimi maddi bir varlıq deyil.

Materialistlər isə zehnin "maddəyə sadələşdirilə biləcəyini" iddia edirlər. Materialist iddiaya görə bizim düşünməyimiz, sevməyimiz, kədərlənməyimiz və bütün digər zehni fəaliyyətlərimiz əslində beynimizdəki atomlar arasında meydana gələn kimyəvi reaksiyalardan ibarətdir. Bir insanı sevməyimiz, beynimizdəki bəzi hüceyrələrdə gedən kimyəvi reaksiya, bir hadisə qarşısında qorxu hissi keçirməyimiz başqa bir kimyəvi reaksiyadır. Materialist filosof Karl Vogt bu məntiqi "qaraciyər necə öd mayesi ifraz edirsə, beyin də düşüncə ifraz edər" sözüylə ifadə etmişdir.(48) Halbuki, əlbəttə, öd mayesi bir maddədir, amma düşüncənin maddə olduğunu göstərəcək heç bir dəlil yoxdur.

Reduksionizm bir məntiq icra etmədir. Ancaq bir məntiq icra etmə həm doğru, həm də səhv təməllərə əsaslana bilər. Bunu ayırd etmənin əhəmiyyətli üsullarından biri, elmə müraciət etməkdir. Bu səbəblə də belə bir sual vermək lazımdır: Materializmin təməl məntiqi olan "reduksionizm", elmi məlumatlarla tutuşdurulduğunda təsdiqlənə bilərmi?.

20-ci əsrdə aparılan bütün elmi araşdırmalar, bütün təcrübələrin nəticələri və bütün müşahidələr bu suala qəti surətdə "xeyr" cavabı verilməsinin lazım olduğunu göstərir.

Alman Federal Fizika və Texnologiya İnstitutunun rəhbəri prof. dr. Werner Gitt, bu mövzuda bunları söyləyir:

"Bir kodlaşdırma sistemi, heç vaxt maddi olmayan, zehni bir prosesin məhsuludur. Bir nöqtəyə diqqət yetirilməlidir; maddə bir informasiya kodu meydana gətirə bilməz. Aparılan bütün təcrübələr, bir informasiyanın meydana gəlməsi üçün, sərbəst iradəsindən, mühakiməsindən və yaradıcılıq qabiliyyətindən istifadə edən bir ağlın mövcud olmasının lazım olduğunu göstərir... Maddənin informasiya meydana gətirə bilməsini təmin edəcək heç bir məlum təbiət qanunu, fiziki proses ya da maddi hadisə yoxdur... İnformasiyanın maddə içində öz-özünə meydana gəlməsini təmin edəcək heç bir təbiət qanunu və fiziki proses yoxdur".(49)

Werner Gittin sözləri, eyni zamanda son 20-30 il ərzində inkişaf edən və termodinamikanın bir hissəsi olaraq qəbul edilən "epistemologiya"nın gəldiyi nəticələrdir. Epistemologiya, kainatdakı informasiyanın təbiətini və mənşəyini araşdırır. İnformasiya nəzəriyyəçilərinin apardıqları uzunmüddətli tədqiqatlar sayəsində gəlinən nəticə budur: "İnformasiya, maddədən ayrı bir şeydir. Maddəyə əsla sadələşdirilə bilməz. İnformasiyanın və maddənin mənbəyi ayrı-ayrı araşdırılmalıdır".

Bir qədər əvvəl nəzərdən keçirdiyimiz DNT nümunəsində olduğu kimi... Bu strukturu araşdıran elm adamlarının ifadəsiylə, DNT-də "böyük bir informasiya" vardır. Bu məlumat maddəyə sadələşdirilə bilməyəcəyinə görə, maddədən kənar bir mənbədən gəlməlidir.

Təkamül nəzəriyyəsinin yaşayan ən tanınmış müdafiəçilərindən biri olan Corc C. Williams, bir çox materialistin və təkamülçünün görmək istəmədiyi bu həqiqəti qəbul edir. Williams materializmi uzun illər boyu qatı bir şəkildə müdafiə etmişdir, amma 1995-ci il tarixli bir yazısında, hər şeyin maddə olduğunu fərz edən materialist (reduksionist) yanaşmanın səhvini belə ifadə edir:

Təkamülçü bioloqlar iki fərqli sahə üzrə çalışdıqlarını indiyə qədər dərk edə bilmədilər. Bu iki sahə maddə və informasiyadır... Bu iki sahə, bizə "reduksionizm" deyə məlum olan formulla heç vaxt bir yerə gətirilə bilməz... Genlər, bir maddi obyekt olmaqdan ziyadə, bir informasiya paketidir... Biologiyada, genlər, genotiplər və gen hovuzları kimi anlayışlardan danışdığınızda, informasiya barəsində danışmış olarsınız, fiziki obyektlər haqqında deyil... Bu vəziyyət, informasiyanın və maddənin mövcudiyyətin iki fərqli sahəsi olduğunu göstərir və bu iki fərqli sahənin kökü də ayrı-ayrı araşdırılmalıdır.(50)

Reduksionizm, 18-ci və 19-cu əsrdəki primitiv elm səviyyəsinin bir məhsuludur. Darvinizmin də təməli olan bu aldanış, həyatın sadə olduğu və mənşəyinin təsadüflərlə izah oluna biləcəyi fərziyyəsinə əsaslanmışdır. 20-ci əsr biologiyası isə bunun tam əksini göstərir. Darvinizmin müasir dövrdəki ən əhəmiyyətli tənqidçilərindən biri kimi qəbul edilən, Berkli Kaliforniya Universitetindən təqaüdçü professor Phillip Johnson, darvinizmin canlıların təməli olan "informasiya"nı görməzlikdən gəlməsini və bunun necə bir yanılmaya səbəb oldu belə açıqlayır:

Darvindən sonrakı biologiya elmi, materialist doqmanın hakimiyyəti altına daxil olduğu üçün, bioloqlar orqanizmlərin həqiqətdə olduqlarından daha çox sadə olduqlarını fərz etdilər. (Onlara görə) həyat yalnız kimyəvi maddələrdən ibarət olmalı idi. Lazımi kimyəvi maddələri yan-yana gətirin və həyat meydana gəlsin. Eynilə DNT də yalnız kimyanın bir məhsulu olmalı idi. Nyu Meksika Təbiət Tarixi Muzeyindəki bir sərgi bunu belə ifadə edirdi: "Vulkanik qazlar + ildırımlar = DNT = Həyat". Bu hekayə haqqında bir sual verildiyində isə, muzeyin məsul şəxsi bunun sadələşdirilmiş, amma əslində doğru bir hekayə olduğunu irəli sürmüşdü.(51)

Halbuki, bu primitiv və səthi fərziyyələr tamamilə boşa çıxdı. Kitabın ilk hissəsində də nəzərdən keçirdiyimiz kimi həyatın ən fundamental və ən kiçik strukturu sayılan hüceyrədə belə, əvvəlcədən xəyal edilə bilməyən bir komplekslik və dolayısilə böyük bir "məlumat" olduğu aydın oldu. Məlumatı maddəyə sadələşdirmə səyinin (belə ki, "vulkanik qazlar + ildırımlar = DNT = həyat" düsturu bunun bir ifadəsi idi) nə qədər böyük bir məlumatsızlıq olduğu sübut edildi. Johnson, məlumatı maddəyə sadələşdirməyə çalışan haqqında danışılan "reduksionist" elm adamlarının vəziyyətini belə açıqlayırdı:

Reduksionist bioloqlar həqiqətə baxmırlar, yalnız reduksionist məqsədlərin müvəffəqiyyət qazana biləcəyi bir proqrama görə həyata baxırlar. Bu, açarlarını kollar arasında itirən, amma onları küçə lampasının işığı altında axtaran, özündən nə üçün belə etdiyi soruşulduqda isə, "açarları görmək üçün orada işıq yoxdur" deyə cavab verən şüursuz bir insanın hekayəsinə bənzəyir.(52)

Eləcə də, hazırkı dövrdə getdikcə daha çox elm adamı, açarı səhv yerdə axtarmaq əvəzinə, doğru ünvana getməyi seçir. Həyatın və həyatı meydana gətirən böyük informasiyanın mənşəyini, ümidsiz və nəticəsiz bir səy içində, təsadüflərdə və təbiət qanunlarında axtarmaq əvəzinə, açıq olan həqiqəti qəbul edirlər: Həyat, üstün bir yaradılışın məhsuludur. İnformasiyanın həyatımızda çox böyük yer tutduğu, kompyuterlərin və internetin həyatın bir parçası halına gəldiyi 21-ci əsrdə bu həqiqət əvvəlkindən daha da açıq şəkildə ortaya çıxmışdır. Həyatı sadə hesab edən, "bioloji məlumat"ın varlığını belə fərq edə bilməyən darvinizm isə, köhnə bir 19-cu əsr ideologiyası olaraq tarixə basdırılmağa məhkumdur.

Həqiqət isə budur: Dünya üzərindəki canlıları Allah yaratmış və heç bir çatışmazlığı olmayacaq şəkildə formalaşdırmışdır. Bu, Allahın bənzərsiz yaratma sənətidir. Allah, insan bədənini də qüsursuz şəkildə yaratmış, sonra da ona Öz ruhundan üfləmişdir. İnsanın sahib olduğu bütün şüurlu xüsusiyyətlər, məsələn görmə, eşitmə kimi hisslər və düşünmə, hiss etmə, duyğu kimi anlayışlar, (şüursuz atomların arasındakı qarşılıqlı təsirlərin deyil) Allahın ona verdiyi "ruh"un qabiliyyətləridir. Quranda Allahın insana verdiyi bu qabiliyyətlər insana belə xatırladılır:

 

De ki: "Sizi yaradan, sizə qulaq, gözlər və könüllər verən Odur. Nə az şükr edirsiniz?" (Mülk surəsi, 23)

 

Hər insan, Allahın özünə verdiyi ruhu daşıyır və hər insan hər şeyi yoxdan var edən Rəbbimizə qarşı məsuldur. Allah Quranda özbaşına qoyulduqlarını zənn edənlərə yaradılışlarını və ölümdən sonra təkrar diriləcəklərini belə xəbər verir:

 

Bəlkə insan özbaşına qoyulacağını güman edir? Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi? Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı. Ondan da bir cüt kişi və qadın yaratdı. Məgər O, ölüləri diriltməyə qadir deyil? (Qiyamət surəsi, 36-40) 

-----

47- Tom Abate, San Francisco Chronicle, 19, Şubat 2001. http://www.sfgate.com/cgi-bin/article.cgi?file=/chronicle/archive/2001/02/19/BU141026.DTL

48- Encyclopædia Britannica. "Modern Materialism"

49- Werner Gitt. In the Beginning Was Information. CLV, Bielefeld, Germany, ss. 107, 141

50- George C. Williams. The Third Culture: Beyond the Scientific Revolution. (ed. John Brockman). New York, Simon & Schuster, 1995. ss. 42-43

51- Phillip Johnson's Weekly Wedge Update, "DNA Demoted" April 30, 2001, http://www.arn.org/docs/pjweekly/pj_weekly_010430.htm

52- Phillip Johnson's Weekly Wedge Update, "DNA Demoted" April 30, 2001 , http://www.arn.org/docs/pjweekly/pj_weekly_010430.htm