Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

DARVİNİZMİN PUÇ OLAN ƏFSANƏLƏRİ, ELMİN VERDİYİ DOĞRU TƏRİF

 

Hazırkı dövrdə təkamül nəzəriyyəsini müdafiə edən jurnalistlər, yazıçılar, mütəfəkkirlər, elm adamları, alimlər yaxud da universitet tələbələrindən bir anket doldurmaları tələb olunsa və "niyə təkamül nəzəriyyəsinə inanırsınız, bu nəzəriyyənin dəlilləri nələrdir?" deyə soruşulsa, əksəriyyətinin verəcəyi cavab böyük ehtimalla, həqiqətdə hamısı elmdən kənar bir yanılma olan bəzi "əfsanə"lər olacaq. Bu əfsanələrin ən geniş yayılanları və niyə doğru olmadıqları aşağıdakı kimi sıralana bilər.

1) Təkamül tərəfdarları, "elm adamlarının apardıqları təcrübələr, həyatın kimyəvi reaksiyalarla öz-özünə başlaya biləcəyini göstərmişdir" deyə bir iddia irəli sürürlər. Halbuki, bunu göstərən tək bir təcrübə belə yoxdur, üstəlik bunun nəzəri səviyyədə belə mümkün olmadığı ortaya çıxmışdır.

2) Canlı fosillərinin (daşlaşmış qalıntılarının) dünyada bir təkamül prosesinin yaşandığını sübut etdiyini zənn edirlər. Ancaq bunun tam tərsinə bütün fosillər (daşlaşmış qalıntılar) Darvinin nəzəriyyəsiylə tamamilə zidd bir "təbiət tarixi" ortaya çıxarmış, canlı növlərinin təkamül prosesi nəticəsində mərhələli şəkildə meydana gəlmədiklərini, bir anda qüsursuz hallarıyla yaradıldıqlarını göstərmişdir.

3) Məşhur fosil (daşlaşmış qalıntı) arxeopteriksin sürünənlərin təkamül keçirərək quşlara çevrildiyi iddialarını isbat etdiyini zənn edirlər. Ancaq arxeopteriksin uça bilən həqiqi bir quş olduğu aydın olmuş və onun əcdadı olaraq göstəriləcək heç bir sürünən tapıla bilməmişdir. Bu həqiqətin ortaya çıxmasıyla birlikdə təkamülçülərin sürünənlərin təkamül keçirərək quşlara çevrildiyi iddiasını dəstəkləyə bildikləri tək bir dəlilləri belə qalmamışdır.

4) Onlarla ildir ki, "atın təkamülü" təkamül nəzəriyyəsinin ən yaxşı sənədləşdirilmiş dəlillərindən biri olaraq göstərilməyə çalışılmışdır. Halbuki, at silsiləsinin tamamilə gülünc elmi müvəffəqiyətsizlik olduğu ortaya çıxmışdır. Fərqli dövrlərdə yaşamış dörd ayaqlı məməlilər kiçikdən böyüyə doğru düzülmüş və bu xəyali "at silsiləsi" təbiət tarixi muzeylərində sərgilənmişdir. Son illərdəki araşdırmalar isə, at silsiləsindəki canlıların bir-birlərinin əcdadı olmadığını, sıralamaların çox səhv olduğunu, atın əcdadı olaraq göstərilən canlıların həqiqətdə atdan daha sonra meydana gəldiklərini göstərir.

5) İngiltərənin tanınmış "sənaye inqilabı kəpənəklərinin", təbii seleksiya yolu ilə təkamülün yaşanmış bir dəlili olduğunu güman edərlər. Halbuki, sənaye inqilabı əsnasında kəpənəklərin rənglərində baş verən dəyişikliklərin təbii seleksiya yolu ilə təkamül keçirmiş olmadığı qəti olaraq ortaya çıxmışdır. Bu kəpənəklərin rəngləri dəyişməmiş, yalnız ağ kəpənəklər daha çox sayda olduğu halda, dəyişən mühit şərtlərindən ötrü onların sayı azalmış, tünd rəngli kəpənəklərin sayında artım olmuşdur. Bu hekayənin də tam bir elmi saxtakarlıq olduğu aydın olduqdan sonra təkamülçülərin uydurma dəlillərindən biri daha öz etibarlılığını itirmişdir.

6) İnsanın meymunlarla ortaq bir əcdaddan gəldiyini göstərən "meymun adamlara" dair qalıqların və izlərin olduğunu iddia edirlər. Halbuki, bu mövzudakı iddiaların hamısı yalnız ön mühakiməyə əsaslanır, təkamülçülər belə "insanın təkamülü mövzusunda dəlil yoxdur" demək məcburiyyətində qalırlar. Məsələn, təkamülçü bir paleoantropoloq olan Riçard Likey (Richard Leakey) belə söyləyir:

David Pilbeam məmnunsuzluqla belə deyir: "Fərqli bir elm sahəsindən ağıllı bir elm adamını gətirsəniz və ona əlimizdəki qeyri-kafi dəlilləri göstərsəniz, mütləq; “bu mövzunu unudun, davam etmək üçün kifayət qədər dayaq yoxdur” deyəcək”. Nə David, nə də insanın əcdadını araşdıran digərləri, əlbəttə ki, bu məsləhətə əməl etməyəcəklər, ancaq hamımız bu qədər yetərsiz dəlillə nəticə çıxarmağın nə qədər təhlükəli olduğunun tamamilə fərqindəyik. (2)

Likeyin yazısında bəhs etdiyi başqa bir təkamülçü paleontoloq olan David Pilbeam isə bu mövzuda bu etirafla çıxış edir:

Yalnız bu kitab barədə (Riçard Likeyin “Köklər” adlı kitabı) deyil, paleoantropologiyanın maraqlandığı bütün sahələr və metodları barəsində tərəddüdlərim var. Nəşr olunan kitablar bunu söyləməyə çəkinirlər ki, mən də daxil olmaqla nəsillər boyu insan təkamülünü araşdıran bütün kəslər qaranlıqlar içində çırpınırlar. Əlimizdə olan məlumatlar, nəzəriyyələrimizi formalaşdırmaq üçün çox etibarsız və yetərsizdir.

İnsanın guya əcdadı olduğu iddia edilən fosillərin (daşlaşmış qalıntıların) ya nəsli tükənmiş bir meymun növünə və ya fərqli bir insan irqinə aid olduğu ortaya çıxır. Nəticədə təkamülçülərin insanın meymunla ortaq bir əcdaddan təkamül keçirərək meydana gəldiyi iddialarını sübut edə bildikləri tək bir dəlilləri belə yoxdur.

7) İnsanla digər canlıların rüşeymlərinin ana bətnində (və ya yumurtada) eyni "təkamül müddəti"ni keçirdiklərini, hətta insan rüşeyminin sonradan yox olan qəlsəmələrinin olduğunu zənn edirlər. (Bu iddianın böyük bir elmi saxtakarlığa əsaslandığı və tamamilə əsassız olduğu dəlillərlə göstərilmişdir. İddianın sahibi olan Hekkel adlı təkamülçü elm adamı, rüşeym şəkillərində qəsdən bəzi dəyişikliklər aparmış, rüşeymləri bir-birinə bənzər göstərməyə çalışmışdır. Artıq təkamülçülər belə bu iddianı elmdən kənar bir saxtakarlıq olaraq qəbul edirlər.

8) İnsanda və digər canlılarda heç bir funksiya yerinə yetirməyən, "korlaşmış" orqanlar olduğunu zənn edirlər. Hətta DNT-nin böyük qisminin belə heç bir funksiya yerinə yetirmədiyini, "qırıntı DNT (kodlaşdırmayan DNT)" olduğunu güman edərlər. Halbuki, bütün bu iddiaların elmi cəhalətdən doğulduğu aydın olmuş, zaman keçdikcə və elm inkişaf etdikcə həm orqanların, həm də genlərin hamısının müəyyən bir funksiya yerinə yetirdiyi ortaya çıxmışdır. Bu həqiqət isə, canlıların guya təkamül prosesində istifadə etmədikləri üçün korlaşan orqanlara sahib olmadıqlarını, bütün orqanları və strukturları etibarilə qüsursuz olaraq yaradıldıqlarını, təsadüflərin əsəri ola bilməyəcəklərini göstərir.

9) Bir canlı növünün öz daxilindəki "variasiyasının" (müxtəlifliyinin) (məsələn, Qalapaqos adalarındakı alacəhrələrin fərqli dimdik strukturlarını) çox güclü bir təkamül dəlili olduğunu zənn edirlər. Halbuki, bunun təkamülə dəlil ola bilməyəcəyi məlumdur. Dimdik strukturlarındakı fərqliliklər kimi "mikro" səviyyədəki dəyişikliklər yeni bioloji məlumat, yəni yeni-yeni orqanlar əmələ gətirə bilməz, dolayısilə təkamül keçirə bilməz. Nəticə etibarilə, bu gün neo-darvinistlər belə, bir canlı növü daxilində gedən ayrılmaların təkamülə səbəb ola bilməyəcəyini qəbul edirlər.

10) Meyvə milçəkləri üzərində aparılan təcrübələrdə həyata keçirilən mutasiyalarla yeni canlı növləri meydana gətirilə bildiyini zənn edirlər. Halbuki, bu təcrübələr nəticəsində yalnız şikəst və sonsuz fərdlər meydana gətirilir, heç bir faydalı mutasiya müşahidə edilmir. Ağıl və məlumat sahibi, mütəxəssis elm adamlarının nəzarəti altında həyata keçirilən mutasiyalarda da yeni növlər meydana gətirilə bilinməməsi təkamülün deyil, təkamülün olmadığının dəlilidir. Dolayısilə mutasiyaların da təkamülə dəlili olaraq göstərilməsi qeyri-mümkündür.

Əslində "niyə təkamül nəzəriyyəsinə inanırsınız" sualı qarşısında anket dolduranların böyük hissəsi bu saydığımız saxta dəlillərin də çox azını, çox səthi şəkildə bilmiş olacaqlar. Bir zamanlar bir qəzet və ya jurnalda oxuduqları, lisey müəllimlərindən eşitdikləri, təkamülçü mənbələrdə gördükləri bu "əfsanə"lər onları bir dəfə təkamülün olduğuna inandırmışdır. Həmçinin bir daha da bunları sorğulamağa ehtiyac duymamışlar.

Halbuki, yuxarıda guya dəlil olaraq verilənlərin hər biri tamamilə çürükdür.

Bu bir iddia deyil, təkamül nəzəriyyəsini tənqid edən elm adamlarının konkret dəlillərlə açıq şəkildə isbat etdikləri bir həqiqətdir. Bu kitabın sonrakı səhifələrində də eyni həqiqət yenə açıqlanacaq.

Darvinizmi tənqid edən əhəmiyyətli adlardan biri olan Amerikalı bioloq Jonathan Wells(4), bir çox təkamül tərəfdarının əzbərdən bildiyi, amma əslində hamısı da tamamilə yanlış bir batil inanc olan qeyd olunan təkamül əfsanələrini "təkamülün ikonları" olaraq tanıdır. İkon, bəzi batil dinlərdə olan və o inancın müqəddəs saydığı anlayışları təmsil edən və mənsublarına xatırladan simvollara verilən addır. Ateist bir din olan(5) təkamül nəzəriyyəsinin, özünə bağlı kimsələrin inanclarını ayaqda saxlamaq üçün istifadə etdiyi ikonlar isə, "meymun adam" şəkilləri, "insan rüşeymindəki qəlsəmələr" kimi həqiqətdə elmi bir saxtakarlıqdan ibarət olan şəkillər, yuxarıda saydığımız və hər biri əsassız olan əfsanələrdir. Wells, icons of evolution: science or myth? why much of what we teach about evolution is wrong?” (Təkamülün ikonları: Elmi əfsanədirmi?. Təkamül haqqında öyrətdiyimiz şeylərin çoxu niyə səhvdir?) adlı kitabında, burada saydığımız əfsanələrə bənzər 10 ədəd "təkamül ikonu" sayar və bunların niyə çürük olduğunu müfəssəl şəkildə izah edər.

Bu əfsanələrin hamısı bu gün çökmüş vəziyyətdədir. Yerlərinə təkamülçülər tərəfindən irəli sürülən heç bir yeni dəlil də yoxdur.

Bu səbəblədir ki, darvinizm 19-cu əsrin qeyri-qənaətbəxş elmi səviyyəsində "bir zamanlar" bəzi insanlara qaneedici kimi görünən, ancaq maskası 21-ci əsrdə tamamilə düşmüş, köhnə və çürük bir nəzəriyyədir.

 

 

 

Din və elm mövzusu

Darvinizmin puç olan əfsanələrini sonrakı səhifələrdə təhlil edəcəyik. Ancaq bundan əvvəl, bir çox təkamül tərəfdarını bu nəzəriyyəyə bağlayan başqa bir səbəbi ələ almaq və çürütmək lazımdır.

Bu niyə "din və elm qarşıdurması" deyilən saxta şablondur?. Bu həqiqətdən kənar şablonu müdafiə edənlər, təkamül nəzəriyyəsinin elmi dəlilləri olan, "elm adamları" tərəfindən ortaq bir qənaətə gəlinib qəbul edilən bir həqiqət olduğunu iddia edirlər. Yaradılış həqiqətini isə elmdən ayrı, yalnız inancın bir tələbi olaraq irəli sürürlər. Halbuki, bu iddiaları tamamilə həqiqətdən kənardır. Bu mövzuda nümunə olaraq ABŞ-da təkamül nəzəriyyəsinin məktəblərdə necə oxudulması lazım olduğu mövzusunda davam etdirilən mübahisəni verə bilərik. Bu mübahisə tamamilə elmi səviyyədə keçməsinə baxmayaraq, "kilsələr ilə elm adamlarının anlaşmazlığı" kimi göstərilməyə çalışılır. Türkiyədə də bir qisim media orqanlarında və nəşriyyatlarda bu mövzuda dərc olunan xəbərlərə və ya bu qəzetlərin köşə yazarlarının bir hissəsinin bu mövzudakı məqalələrinə baxıldığında hamısının eyni səthi və səhv şablonu istifadə etdikləri görüləcək.

Bu şablon aşağıdakı səbəblərə görə tamamilə səhvdir:

Əvvəlcə yaradılış elmi dəlillərlə müdafiə olunur. Bu gün dünyada davam edən təkamül-yaradılış mübahisəsi "elm adamları ilə kilsələr" arasında deyil, təkamül nəzəriyyəsinə inanmaqda israr edən elm adamları ilə bu nəzəriyyənin əsassızlığını görən elm adamları arasında gedir. Mövcud elmi dəlillərin hamısı təkamülün əleyhinədir. Bu dəlillərin gücü sayəsində, 90-cı illərin ikinci yarısından etibarən təkamül nəzəriyyəsi ABŞ-da zəifləməyə başlamış, müvafiq olaraq Kanzas, Corciya, Ohayo kimi əyalətlərdə, məktəblərdə təkamül nəzəriyyəsinin əsassızlığını göstərən dəlillərin də öyrədilməsinin lazım olduğu qərara alınmışdır. ABŞ-da təkamül nəzəriyyəsinə qarşı olduqca güclü bir qarşıdurma baş göstərmişdir. Bu hərəkatın bütün üzvləri ABŞ-ın ən böyük universitetlərində karyeraları olan elm adamlarıdır. Hətta 70-ci illərdə həyatın mənşəyi və kimyəvi təkamül mövzusundakı müddəasıyla təkamül nəzəriyyəsinin tanınmış müdafiəçilərindən biri olan prof. Dean Kenyon da, təkamül nəzəriyyəsinə qarşı hərəkatın nümayəndələrindən biri halına gəlmişdir və həyatın mənşəyinin təkamüllə deyil, ancaq yaradılışla açıqlana biləcəyini müdafiə edir.

 

Epikürdən darvinizmə miras qalan doqmatizm

Fransiskan Universitetində elm və teologiya mövzusunda müəllim vəzifəsində işləyən Benjamin Wiker “moral darwinizm: How we become hedonists? (əxlaqi darvinizm: Hedonistlər halına necə gəldik?)” adlı kitabında Darvinin təkamül nəzəriyyəsinin Qədim Yunanistan və Romanın materialist mütəfəkkirləri Epikür və Lukretsinin fəlsəfələrinin aktuallaşmış bir versiyası olduğunu ətraflı şəkildə izah edir. Bu iki fikir, sonradan Darvinin dilə gətirəcəyi:

1) Təbiətin "öz-özünə işləyən bir sistem" olduğu.

2) Canlılar arasında amansızcasına bir həyat mübarizəsinin yaşandığı və bunun təbii seleksiya yolu ilə təkamülü təmin etdiyi.

3) Təbiəti və canlıları izah edərkən, bir "teleoloji" şərhin edilməməsi (yəni məqsədə yönəlmiş şəkildə var olduqları fikrindən yola çıxılmaması) lazım olduğu kimi həqiqətdən kənar fikirləri ətraflı şəkildə yazmışlar.

Diqqət çəkən məqam isə, bu fikirlərin elmi olmamasıdır. Həm Epikür, həm də Lukretsi təcrübələr və müşahidələr aparmamış, tamamilə öz istəkləri istiqamətində səthi məntiq yürütmüşlər. Həmçinin bu məntiqin çıxış nöqtəsi də çox maraqlıdır. Epikür, bir Yaradıcının varlığını qəbul etmək istəmədiyini, bu həqiqətin özü ilə birlikdə axirət inancını da gətirdiyini və buna görə də özünü məhdudlaşdırılmış hiss etdiyini açıqlamış və bütün fəlsəfəsini qəbul etmək istəmədiyi vəziyyətdən xilas olmaq üçün inkişaf etdirdiyini ifadə etmişdir. Digər bir sözlə Epikür, ateizmi özünə psixoloji bir rahatlıq təmin etdiyi üçün seçmiş, sonra da bu seçiminə əsaslanan bir dünyagörüşü meydana gətirməyə təşəbbüs etmişdir. Bu səbəblə də kainatdakı nizamın və canlıların mənşəyi mövzularına ateist bir şərh tapmağa çalışmış, təkamülə təməl olan fikirləri bu məqsədlə mənimsəmişdir.

Qısaca yekunlaşdırdığımız Epikür-Darvin əlaqəsini çox ətraflı şəkildə ortaya qoyan Benjamin Wiker bu mövzuda bu şərhi verir:

İlk darvinist Darvin deyildi. Sisam (Samos) adasında e.ə. 341-ci ildə anadan olmuş Epikür adlı pis ada sahib bir yunanlı idi. Darvinizmin fəlsəfi təməllərini meydana gətirən o idi. Çünki, tamamilə materialist, ateist kosmologiyanı o meydana gətirdi. Bu kosmologiyaya görə, cansız maddənin məqsədsiz qarşılıqlı təsirləri, sonsuz zaman daxilindəki bir sıra təsadüfi qəzalar nəticəsində, yalnız Dünyanı deyil, eyni zamanda onun üzərindəki saysız həyat formasını da meydana gətirmişdi. (Epikür) bu kosmologiyanı hər hansı bir dəlilə əsaslanaraq deyil, dünyanı Yaradıcı fikrindən ayırmaq istəyinə əsaslanaraq meydana gətirmişdi... Dinə qarşı bəslədiyi nifrət Epikürü modernizmə bağlayır, çünki (darvinist) modernlər də Epikürün varisləridir. Uzun və dolanbaclı bir yol nəticəsində Epikür materializminin yenilənmiş bir forması hazırkı dövrdə elmi materializmin təməli halına gəldi. Bu Darvinin “Növlərin Mənşəyi”ndə fərz etdiyi materialist kosmologiya idi və hələ də təbiətdəki dizaynı görməzlikdən gələnlərin fikri təməlini meydana gətirir.(6)

Hazırkı dövrdə də təkamül nəzəriyyəsini israrla müdafiə edənlərin motivasiyası, "elm tərəfdarı" olmalarından deyil, "ateizm tərəfdarı" olmalarından irəli gəlir. Ateizmə olan bağlılıqları isə, eynilə baniləri Epikürdə olduğu kimi, Allahın varlığını qəbul etməyin öz eqoist ehtirasları ilə ziddiyyət təşkil etməsindən qaynaqlanır.

  Burada dərhal bunu ifadə etmək lazımdır ki, Allahın Quranda inkarçılar haqqında bildirdiyi, "vicdanları qəbul etdiyi halda, zülm və təkəbbürlülükdən ötrü (Allahın ayələrini) inkar etdilər" (Nəml surəsi, 14) ayəsi,bu kəslərin vəziyyətini tam olaraq təsvir edir.Başqa bir ayədə isə; "nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü?..." (Furqan surəsi, 43) deyə buyrulur.Sırf Onun varlığını qəbul etmək nəfslərinin istək və ehtirasları ilə zidd düşdüyü üçün Allahı inkar edən Epikürçü-Darvinist qəbilə də bu ayədə təsvir edilən insanların mövqeyinə daxil olurlar. Buna görə də təkamül-yaradılış mübahisəsini "elm-din qarşıdurması" kimi görmək çox böyük bir aldanışdır.

Təkamül və yaradılış, kainatın və canlıların mənşəyi haqqında tarixin keçmiş dövrlərindən bəri mövcud olan iki fərqli şərhdir. Bu iki şərhdən hansının elmi olaraq doğru olduğunun başa düşülməsi üçün elmi tapıntılara baxmaq lazımdır. Bütün tapıntılar bu saytda və digər əsərlərimizdə açıqlandığı kimi, təkamül nəzəriyyəsinin yanlış, yaradılış həqiqətinin isə doğru olduğunu bir dəfə daha sübut edir.

 

Elmin ateist olmaq məcburiyyətində olduğu yanılması

Elmin ateist olmaq, yəni "kainat yalnız maddədən ibarətdir, maddədən başqa heç nə də şüur yoxdur" şəklindəki bir müddəaya inanmaq və bunu dəstəkləmək məcburiyyəti yoxdur. Elm, tapıntıları təhlil edər və doğruluğu qəti olan tapıntılar bizi hara aparırsa onu qəbul edər.

Etməlidir.

Bu gün astrofizika, fizika, biologiya kimi fərqli elm sahələri kainatda və təbiətdə təsadüflərlə açıqlanması qeyri-mümkün olan yaradılış nümunələrinin olduğunu açıq şəkildə göstərir. Dəlillər, bir Yaradıcının varlığını sübut edir. Bu Yaradıcı, göyləri, yeri və bu ikisi arasındakı canlı-cansız hər şeyi yaradan sonsuz güc və ağıl sahibi olan Allahdır.

Dəlilsiz "inanc" isə ateizmdir.

Ateizmin ən əhəmiyyətli dayağı olduğu güman edilən darvinizm isə, sonrakı səhifələrdə təhlil ediləcəyi kimi çökmüş vəziyyətdədir. 

-----

2- Robert D. Martin, Primatların Orijini ve Evrim, Princetown Üniversitesi Yayınları, 1990, s.82

3- David Pilbeam, American Scientist, Sayı 66, Mayıs-Haziran, 1978, s.379

4- Jonathan Wells, California Berkeley Üniversitesi'nde biyoloji lisansı ve moleküler biyoloji doktorası yapmış bir bilim adamıdır. Ayrıca Yale Üniversitesi'nde de ikinci doktorasını yapmıştır. Halen Seattle'daki Discovery Institute'da çalışmalarını sürdürmektedir.

5- Evrimin bir din olarak tanımlanması bazı okuyuculara garip gelebilir, ama son derece yerindedir. Din, bir insanın inandığı ve hayata bakışını belirleyen temel prensipleri ifade    eder. İnsana materyalist bir bakış veren ve bilime değil inanca dayanan evrim teorisi de bir dindir. Bu teoriyi din olarak tanımlayanlar arasında Julian Huxley veya Pierre Teilhard de Chardin gibi bazı evrimcilerin de yer aldığını belirtmek gerekir.

6- Benjamin D. Wiker, "Does Science Point to God? Part II: The Christian Critics", The Crisis Magazine, Temmuz-Ağustos 2003, http://www.crisismagazine.com/julaug2003/feature1.htm