Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

BİR ZAMANLAR AT SERİYASI SSENARİSİ VARDI

 

Daha əvvəl də ifadə etdiyimiz kimi Darvin, nəzəriyyəsini ortaya atdığı dövrdə fosil (daşlaşmış qalıntı) qeydlərində nəzəriyyəsinə dəstək ola biləcək ara-keçid formalarının əskik olduğunu görmüş, ancaq bunların gələcəkdə tapılacağını ümid etmişdi. Darvinə inanan paleontoloqlar, bu əhəmiyyətli əskikliyi aradan qaldırmaq üçün qızğın bir axtarışa girişdilər. Bunun nəticələrindən biri, Şimali Amerika materikində çıxarılmış bəzi fosillərin (daşlaşmış qalıntıların) bir silsilə meydana gətirəcək şəkildə düzülməsi oldu. Darvinistlər, göründüyünə görə, fosil (daşlaşmış qalıntı) qeydlərindəki ara-keçid formasının çatışmazlığına baxmayaraq, guya müstəsna bir müvəffəqiyyət əldə etdiklərini zənn etmişdilər. Silsiləsi yaradılan bu canlı, at idi.

Bu silsilənin ən əhəmiyyətli hissələrindən biri, əslində darvinizmdən daha əvvəl tapılmışdı. Tanınmış ingilis paleontoloq Sir Richard Owen 1841-ci ildə kiçik bir məməliyə aid bir fosil (daşlaşmış qalıntı) tapmış və buna Afrikada yaşamaqda olan Hyrax adlı canlıya olan bənzərliyindən ilham alaraq, hipparion adını vermişdi. Hyrax, tülküyə bənzər kiçik bir canlı idi və skeleti Owenin fosili ilə (daşlaşmış qalıntısıyla) kəllə və quyruq nahiyələri istisna olmaqla, demək olar ki, tamamilə eyni idi.

Darvinizmə inanan paleontoloqlar isə, digər bütün fosillərdə (daşlaşmış qalıntılarda) olduğu kimi Hyracotheriumu da təkamülçü bir gözlə qiymətləndirməyə başladılar. Rus paleontoloq Vladimir Kovalevski 1874-cü ildə Hyracotherium ilə atlar arasında bir əlaqə qurmağa çalışdı. 1879-cu ildə isə dövrün tanınmış təkamülçüləri arasındakı iki ad bu cəhdi daha da irəli apararaq darvinistlərin uzun illər gündəmdə tutacaqları at silsiləsini meydana gətirdilər. Amerikalı paleontoloq Othniel Charles Marsh ilə Tomas Huxley (Darvinin qəhrəmanı olaraq da tanınır), bəzi dırnaqlı fosilləri (daşlaşmış qalıntıları), arxa və ön ayaqlarındakı dırnaq sayına və diş strukturlarına görə düzərək bir sxem meydana gətirdilər. Owenin Hyracotheriumu bu sırada təkamülü xatırladacaq şəkildə yenidən adlandırılmış və 'Şəfəq Atı' mənasını verən Eohippus adını almışdı. İddialarını sxemləriylə birlikdə “American Journal of Science” adlı jurnalda dərc edən ikili, bir əsr boyunca muzey və dərsliklərdə Eohippusdan müasir atlara doğru davam edən (guya təkamül dəlili olaraq göstəriləcək) ardıcıllığın təməllərini atmışdılar.(123) Bu silsilənin pillələri olaraq göstərilən əhəmiyyətli kateqoriyalar Eohippus, Orohippus, Miohippus, Hipparion və nəhayət müasir at Equus idi.

Bu silsilə, sonrakı əsr boyunca atın uydurma təkamülünə dəlil olaraq göstərildi. Dırnaq sayındakı azalma, ölçüdəki kiçikdən böyüyə doğru nizamlı artış, təkamülçüləri razı salmağa kifayət etmişdi. Təkamülçülər başqa canlıların da belə fosil (daşlaşmış qalıntı) silsilələrini meydana gətirə biləcəklərini ümid etdilər. Bu vəziyyət bir neçə on il davam etdi, ancaq ümid etdikləri nəticə alınmadı. Atda olduğu kimi, başqa canlılara aid silsilələr meydana gətirə bilmədilər.

Bundan əlavə, at silsiləsi də öz içində ziddiyyətlər meydana gətirməyə başladı. Aparılan qazıntılarda rast gəlinən və at silsiləsinə yerləşdirilməyə çalışılan yeni fosillər (daşlaşmış qalıntılar) problemə çevrildi. Çünki fosillərin (daşlaşmış qalıntıların) yeri, yaşı, dırnaq sayı kimi xüsusiyyətlər bir-birləriylə ziddiyyətli bir vəziyyət meydana gətirərək silsiləni pozmağa başlayırdı. At silsiləsi bu yeni tapıntılar qarşısında əsassız və mənasız bir fosil (daşlaşmış qalıntı) yığınına çevrildi.

BBC televiziyasının keçmiş elmi redaktoru Gordon Rattray Taylor, bu vəziyyəti belə ifadə edir:

"Bəlkə də, Darvinizmin ən ciddi zəifliyi, paleontoloqların, orqanizmlərin qaneedici filogenezlerini və ya silsilələrini böyük təkamüli dəyişiklikləri ortaya qoyacaq şəkildə göstərmək məsələsindəki müvəffəqiyyətsizlikləridir… At ümumiyyətlə yaradılmış yeganə nümunə olaraq xatırlanır. Ancaq həqiqətdə Eohippusdan Equusaqədər olan ardıcıllıq çox nizamsızdır. Ölçülərdə bir artış olduğu xarakterindədir, ancaq həqiqət budur ki, variasiyaya uğramış bəzi canlılar Eohippusdan daha kiçikdir, daha böyük deyil. Fərqli qaynaqlardan olan nümunələr göründüyünə görə qaneedici bir silsilə meydana gətirəcək şəkildə bir araya gətirilə bilər, ancaq bunların zaman içində bu şəkildə həqiqətən sıralandığına dair heç bir dəlil yoxdur".(124)

Taylor at silsilələrinin bir dəlilə əsaslanmadığını açıq şəkildə etiraf edir. Bunu açıq şəkildə ifadə edən tədqiqatçılardan biri də Heribert Nilssondur. Nilsson bu silsilənin "olduqca süni" olduğunu yazmışdır:

Atların nəsil ağacı yalnız dərsliklərdə gözəl və daimidir. Həqiqətdə bunu meydana gətirən üç hissənin yalnız sonuncusunun atları ehtiva etdiyi deyilə bilər. İlk hissənin canlıları ancaq müasir damanların (qaya porsuğu bənzəri bir canlı) at olduğu qədər kiçik atlardır. Atların quruluşu olduqca sünidir, çünki qeyri-uyğun hissələrdən meydana gətirilmişdir və buna görə də daimi bir keçid ardıcıllığı meydana gətirə bilməz.(125)

Atın mərhələli bir təkamül prosesi nəticəsində meydana gəldiyi iddiasının əsassızlığını artıq bir çox təkamülçü qəbul edir. 1980-ci ilin noyabrında Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün qatıldığı, dörd gün davam edən və mərhələli təkamül nəzəriyyəsinin problemlərinin ələ alındığı bir yığıncaq keçirildi. Yığıncaqda söz alan təkamülçü Boyce Rensberger, atın təkamülü ssenarisinin fosil (daşlaşmış qalıntı) qeydlərində heç bir dayağı olmadığını və atın mərhələli şəkildə təkamül keçirməsi kimi bir prosesin heç yaşanmadığını belə izah etmişdir:

Təxminən 50 milyon il bundan əvvəl yaşamış dörd dırnaqlı, tülkü böyüklüyündəki canlılardan müasir dövrün daha böyük tək dırnaqlı atına doğru bir sıra mərhələli dəyişikliklər yaşandığını irəli sürən məşhur atın təkamülü nümunəsinin əssassız olduğu uzun müddətdir ki bilinir. Mərhələli dəyişmə əvəzinə, hər növün fosilləri (daşlaşmış qalıntıları) tamamilə fərqli xüsusiyyətlərə sahib olaraq ortaya çıxır, dəyişmədən qalır, sonra da nəsli tükənir. Ara-keçid formalar bilinmir.(126)

Taylor, Nilsson və Rensbergerin sözlərindən də aydın olacağı kimi atın uydurma təkamülünə dayaq göstərilən bu silsilə, elmi dəlillərdən məhrum olub, əsassızlıqlarla dolu nümunələrdən ibarətdir. Yaxşı, bəs onda at silsiləsi dəlilə əsaslanmırsa nəyə əsaslanır? Bunun cavabı açıqdır. Darvinizmin digər bütün ssenarilərində olduğu kimi, atın təkamülü ssenarisi də xəyal gücünə əsaslandırılmış, təkamülçülər tapdıqları bəzi fosilləri (daşlaşmış qalıntıları) öz ön mühakimələrinə uyğun şəkildə düzərək, cəmiyyətə bunların guya bir-birindən təkamül keçirən canlılar olduğu təəssüratını vermişlər.

At silsiləsinin memarı deyilə biləcək adam olan Marshın, bu təəssüratı meydana gətirmədəki rolu danılmazdır. Marshın "metodu" demək olar ki, bir əsr sonra təkamülçü Robert Milnerin bu sözlərində ortaya çıxır: "...Marsh, fosillərini (daşlaşmış qalıntılarını) müasir at növünə çatacaq şəkildə 'sıraladı'. Bunu edərkən özündən razı bir şəkildə çox sayda əsassızlığı və zidd dəlili görməzlikdən gəldi".(127)

Bir sözlə, Marsh öz zehnində bir ssenari meydana gətirmiş və sonra sanki bir alət çantasındakı vintaçanları uzunluqlarına görə düzərmişcəsinə, fosilləri (daşlaşmış qalıntıları) bu ssenariyə görə düzmüşdü. Halbuki, gözlənilənin əksinə, yeni fosillər (daşlaşmış qalıntılar), Marshın ssenarisini mürəkkəb bir hala saldı. Ekoloq Garret Hardinin ifadəsiylə:

"Bir zamanlar atların mövcud fosilləri (daşlaşmış qalıntılarının), kiçikdən böyüyə doğru gedib çıxan, ardıcıl bir təkamül bir prosesinin yaşandığı təəssüratı yaradırdı… Daha çox fosil (daşlaşmış qalıntı) tapıldıqca... ardıcıl bir təkamül prosesinin yaşanmadığı açıq şəkildə ortaya çıxdı".(128)

Fosillər (daşlaşmış qalıntılar) heç cür Darvinin nəzərdə tutduğu mərhələli inkişafı göstərəcək şəkildə təşkil edilə bilmədi. Təkamülçü Francis Hitching bu vəziyyəti belə ifadə edir:

"Bütün mümkün fosillər (daşlaşmış qalıntılar) daxil edilsə belə, atların böyüklüyündə cinsdən cinsə, hər hansı keçid forması olmadan, böyük sıçrayışlar olduğu görülür".(129)

Hazırkı vaxtda at silsiləsi təkamülçülər baxımından tamamilə ümidsiz deyilə biləcək bir vəziyyətdədir. Çünki atın uydurma təkamüli əcdadlarının eyni dövrdə, hətta yan-yana yaşadığı ortaya çıxmış, beləcə ardıcıl ata-nəsil əlaqəsiylə izah olunması mümkün olmayan bir vəziyyət yaranmışdır. Həmçinin atların diş və sümük strukturlarında bu silsiləni etibarsız hala salan bir çox xüsusiyyət müəyyənləşdirilmişdir. Bütün bunların ortaya qoyduğu açıq bir həqiqət vardır. At silsiləsinə aid edilən canlılar arasında təkamüli bir əlaqə yoxdur. Bu növlər də, digər bütün canlılarda olduğu kimi, fosil (daşlaşmış qalıntı) təbəqələrində birdən ortaya çıxır. Necə ki, təkamülçülər də bütün səylərinə baxmayaraq, bu növlər arasında keçid xüsusiyyətlər göstərə bilməmişlər. Qəti həqiqət, at silsiləsinin bir xurafatdan ibarət olduğudur. İndi isə darvinistlərin bir müddət israrla irəli sürdükləri at silsiləsiylə əlaqədar əsassızlıqlara daha yaxından nəzər salaq.

 

 

At silsilələrindəki ziddiyyətlər və təkamülçülərin etirafları

 

Təkamülçülərin, muzey və dərsliklərdə əks etdirilən rəsmin əksinə, at silsiləsi bir çox meyar baxımından ziddiyyətlidir. İlk öncə təkamülçülər, silsilənin başlanğıcı olduğu irəli sürülən Eohippus (və ya digər adıyla Hyracotherium) ilə, dırnaqlıların uydurma əcdadı olan qədim dırnaqlılar (condylarth) arasında heç bir əlaqə qura bilmirlər.(130)

Daha sonra at silsilələrindəki ziddiyyətlər gəlir. Bu silsiləyə daxil edilən canlıların bəzilərinin bir yerdə yaşadığı ortaya çıxmışdır. Bununla əlaqədar təəccüblü bir xəbər, “National Geographic” jurnalının yanvar 1981-ci il buraxılışında dərc olunmuşdu.

Xəbərə görə tədqiqatçılar, ABŞ-ın Nebraska əyalətində bir vulkan partlaması nəticəsində lava altında qalmış və skeletləri dövrümüzə qədər qorunmuş minlərlə canlının fosillərini (daşlaşmış qalıntılarını) ələ keçərmişlər. Fosillərin (daşlaşmış qalıntıların) yaşı 10 milyon il idi. “National Geographic”də dərc olunan bu xəbər, atın təkamülü ssenariləriylə əlaqədar təəccüblü bir sənəd meydana gətirirdi. Çünki şəkilləri dərc olunan bu canlılar arasında üç dırnaqlı və tək dırnaqlı atların bir yerdə olduğu görülürdü.(131) Bu tapıntı at silsiləsindəki fosillərin (daşlaşmış qalıntıların) təkamül keçirərək bir-birlərindən meydana gəldikləri iddiasının yanlışlığını ortaya çıxarırdı. Eyni dövrdə və eyni ərazidə yaşamış bu canlılar həm təkamülə dəlil ola biləcək heç bir keçidin yaşanmadığını göstərir, həm də təkamül keçirmiş ata-nəvə kimi göstərilən canlıların əslində eyni dövrdə yaşadığını ortaya qoyur. Bu kəşf, təkamülçülərin illərlə dərsliklərdə və muzeylərdə təbliğatını apardıqları at silsiləsinin tamamilə xəyal gücü və ön mühakimələrə görə yaradıldığının yeni bir göstəricisi idi.

Darvinizm adına daha da böyük bir ziddiyyət, Mesohippus və onun uydurma əcdadı arasında da mövcuddur. 1999-cu ildə nəşr etdiyi “Icons of Evolution” (Təkamülün İkonları) adlı kitabıyla darvinizmi tənqid etməsiylə tanınan Jonathan Wells, Miohippusun fosil (daşlaşmış qalıntı) qeydlərində əslində Mesohippusdan əvvəl ortaya çıxdığı halda ondan sonra da növünü davam etdirdiyini yazır.(132)

Təəccüblü bir şəkildə, bilavasitə O. C. Marshın özü həmin dövrdə Cənub-Qərbi ABŞ-da yaşayan üç dırnaqlı atların varlığından bəhs etmiş və bunların bu baxımdan nəsli tükənmiş Protohippusa bənzədiklərini yazmışdır.(133)

At silsiləsindəki təhriflər, uydurma təkamüli ata ilə onun nəsli kimi göstərilən növün, eyni vaxtda və eyni ərazidə olmasıyla məhdudlaşmır. Dünya üzərində özlüyündə, atların təkamül prosesi nəticəsində meydana gəldiklərini göstərə biləcək tək bir bölgə yoxdur. Fosil (daşlaşmış qalıntı) parçaları müxtəlif qitələrdən təkamülçü ön mühakimələrə uyğun şəkildə bir araya gətirilmiş, bunlar daha sonra təkamülçü iddialarının dəstəklənilməsində istifadə olunmuşdur. Halbuki, bu, obyektiv elmlə uyğun gələn bir münasibət deyil.

Təkamülçülər at silsiləsini meydana gətirərkən dırnaq sayı və ölçü ilə yanaşı diş quruluşuna da əsaslanmış, amma bu dəlil əleyhlərinə çevrilmişdir: At silsiləsindəki sıralamada, atların uydurma təkamüli əcdadlarının, kollarla bəslənmədən otla bəslənməyə keçdiyi, dişlərinin də bu dəyişikliyə uyğun şəkildə təkamül keçirdiyi iddia edilmişdir. Halbuki, təkamülçü paleontoloq Bruce MacFadden 6 at növünə aid, 5 milyon illik dişlər üzərində apardığı çalışmalar, at silsiləsindəki canlıların dişlərində ardıcıl dəyişikliklərin baş vermədiyini göstərmişdir.(134)

Digər tərəfdən atların qabırğa və bel fəqərələrində olan sümüklərin sayında enişli-yoxuşlu bir vəziyyət, yəni tam bir "təkamülsüzlük" müşahidə olunur. Məsələn, uydurma təkamüli at silsilələrində, qabırğa sümüklərinin sayı əvvəlcə 15-dən 19-a yüksəlir, daha sonra isə 18-ə enir. Bel fəqərələri də uydurma əcdadlarda əvvəlcə 6-dan 8-ə yüksəlir, sonra yenə 6-ya düşür. Müasir atların qabırğa sümüklərində də fərqlərin olduğu məlumdur. Ancaq istər müasir atlarda, istərsə də onların uydurma təkamüli əcdadlarında görülən bu vəziyyətin təkamül prosesinə oturdulması qeyri-mümkündür. Çünki qeyd olunan strukturlar canlının hərəkətlərinə, hətta həyatına təsir edə biləcək əhəmiyyətli strukturlardır. Məntiqi baxımdan belə həyati strukturların təsadüfi mərhələlərlə artıb azaldığı bir prosesdən keçən bir növün, nəslini davam etdirə bilməyəcəyi açıqdır.

At silsiləsiylə əlaqədar son bir ziddiyyət, ölçüdə kiçikdən böyüyə doğru müşahidə olunan artışın təkamüli bir uğur kimi şərh olunmasıdır. Ümumiyyətlə müasir atların ölçülərinə nəzər salındığında bu təkamülçü şərhin mənasızlığı asanlıqla aydın olur. Müasir atların ən böyüyü kleydesdal (ingiliscə Clydesdale), ən kiçiyi isə fallabelladır. Fallabellanın yerdən olan hündürlüyü cəmisi 43 santimetr qədərdir.(135) Hazırkı vaxtda yaşayan atların ölçüləri arasında belə böyük fərqlər olmasına baxmayaraq, təkamülçülərin keçmişdəki at cinslərini tam ölçülərinə görə təkamüli sıraya düzməyə çalışmaları, əlbəttə ki, axmaqlıqdır.

Bir sözlə, at silsiləsinin ön mühakiməyə əsaslanan bir təkamül nağılı olduğu tamamilə aydın olmuşdur. Bunu açıq şəkildə ortaya qoymaq isə darvinizmin çöküşünün susqun şahidlərinə, yəni təkamülçü paleontoloqlara düşdü. Onlar, təkamül nəzəriyyəsinin tələb etdiyi ara-keçid formaların fosil (daşlaşmış qalıntı) təbəqələrində mövcud olmadığını Darvinin dövründən indiyədək bilirdilər. Ernst Mayr 2001-ci ildə; "bəlkə də, heç bir şey paleontoloqlara fosil (daşlaşmış qalıntı) qeydlərindəki boşluqlar qədər təsir göstərməmişdir" deyərkən,(136) paleontoloqlar arasında Darvinin nəzərdə tutduğu saysız ara-keçid formasından çoxdan ümid kəsildiyini ifadə edirdi. Bəlkə də, buna görə at silsiləsi digər təkamülçülər tərəfindən həyəcanla müdafiə olunduğu halda, paleontoloqlar bu silsilənin əsassızlığından on illərlə əvvəl danışmağa başladılar. Məsələn, David Raupun 1979-cu ildəki bu sözləri at silsiləsinin tamamilə mənasız və əsassız olduğunu göstərirdi:

Təkamül ilə bağlı məlumatlarda hələ də təəccüblü şəkildə boşluqlardan ibarət çoxlu sıçrayışlar vardır və qəribə şəkildə, hal-hazırda Darvinin zamanında olduğundan daha az sayda keçid forması nümunələrinə sahibik. Bunu demək istəyirəm ki, fosil (daşlaşmış qalıntı) qeydlərində Darvinçi dəyişmənin klassik nümunələri, məsələn, atın Şimali Amerikadakı təkamülü, əlimizdəki məlumatlar artdıqca dəyişdirilmək və ya zibilə atılmaq məcburiyyətində qalmışdır. Əlimizdə nisbətən az məlumat olduğu dövrlərdə gözəl bir inkişaf kimi görünən şey, artıq daha kompleks və daha yavaş inkişafa malikdir. Yəni Darvinin problemi yüngülləşməmişdir.(137)

Dünyanın ən məşhur muzeylərindən biri olan Amerikan Təbiət Tarixi Muzeyindən təkamülçü paleontoloq dr. Niles Eldredge, bilavasitə öz muzeyində sərgilədiyi at silsilələriylə əlaqədar təkamülçü iddiaların yalnız xəyal gücünə əsaslandığını təxminən 20 il əvvəl qəbul etmişdi. Eldredge, bu uydurma silsilənin dərsliklərə girəcək şəkildə elmi bir həqiqət kimi göstərilməsini də tənqid etmişdi:

Etiraf edirəm ki, dərsliklərə narahat edici miqdarda bir çox şey sanki bir həqiqətmiş kimi daxil oldu. Məsələn, bunun ən geniş yayılmış nümunəsi 50 il əvvəl hazırlanmış olan və hələ də aşağı mərtəbədə sərgilənilən atın təkamülü sərgisidir. Bu, saysız dərslikdə danılmaz bir həqiqət kimi göstərilmişdir. Mən indi bunu təəssüf verici bir şey hesab edirəm, çünki bu cür hekayələri ortaya atan insanların, bunların (fosillərin) bir hissəsinin spekulyativ təbiətindən, şəxsən özlərinin xəbərdar olduğunu düşünürəm.(138)

Bütün bu mütəxəssislərin sözləri at silsiləsiylə əlaqədar iddiaların çürüklüyünü açıq şəkildə göstərir. Halbuki, at silsiləsi, indiki vaxtda belə hələ də dünyanın dörd bir tərəfində, muzeylərdə insanlara göstərilir və özlərinə atın təkamül prosesi nəticəsində meydana gəlmiş bir növ olduğu nağılı izah edilir. Ancaq necə də qəribədir ki, elmi xalqa tanıtmaq və sevdirmək məqsədiylə yaradılan bu binalarda sərgilənən şey, əslində elm tarixinin ən böyük yanılmalarından biridir. Bu insanların baxdıqları şey əslində on illərlə əvvəl yox olmuş bir darvinizm xurafatının simvolundan başqa bir şey deyil.

 

Atın qıçlarıyla əlaqədar atrofiyaya uğrama iddiaları və həqiqətlər

Atın dırnaqlarının zaman keçdikcə azaldığını iddia edən təkamülçülər, müasir atların qıçlarında görülən əldarağı sümüklərini bu iddialarına dayaq kimi göstərirlər. Buna görə də uydurma təkamül prosesində üç ədəd olan dırnaq sayı azalaraq müasir atların qıçındakı əldarağı sümüklərini meydana gətirmişdir. Halbuki, əldarağı sümükləri, təkamülçülərin iddia etdiyi kimi atrofiyaya uğramış bir orqan deyil. Əldarağı sümüklərinin qıç sümüyünü möhkəmləndirərək, sürətli qaçış əsnasında artan təzyiqi azaltmada rol oynadığı məlumdur. Həmçinin bura müxtəlif əzələlər yapışır. Digər tərəfdən at yeriyərkən ağırlığını daşıyan, həyati əhəmiyyətdəki elastik bir qurşaq şəklindəki anatomik bağı qoruyan, bir növ meydana gətirir.(139)

Atların qıçı mükəmməl bir yaradılış dəlilidir. Fransa Elmlər Akademiyasının keçmiş rəhbəri Pierre-Paul Grasse, at dırnağındakı üstün xüsusiyyətləri bir az texniki bir dillə izah etdikdən sonra, bunun təsadüfi bir proses nəticəsində təmin edilə bilməyəcək bir davamlılıq göstərdiyini ifadə etmişdir. Buna görə də atın qıçındakı oynaqların meydana gəlməsində, təzyiq azaldıcı yastıqlarda, hərəkəti asanlaşdıran yağlarda, anatomik bağlarda və sümüklərin quruluşunda üstün bir quruluş nəzərə çarpır:

 [At dırnağı], üçüncü barmaq sümüyünü qoruyacaq bir şəkildə qıça bərkidilmiş vəziyyətdədir və bəzən ağırlığı bir tonu keçən təzyiqləri kauçuk ya da yaya sahib olmadan azalda bilər. Bu yalnız təsadüflə meydana gəlmiş ola bilməz: Dırnaq dərindən araşdırıldığında bir çox orqanik yeniliyi və uyğunluğu bir yerdə saxladığı görülər. Buynuzvari maddədən hazırlanmış səth, yəni dik keratofil lamina (türkcə dik keratofil lamina), keratojen təbəqənin podofil laminası (türkcə keratojen tabakanın podofil laminası) ilə birləşər. Sümüklərin sıralanmış uzunluqları, bunların oynaq meydana gətirəcək şəkildə bir yerə gətirilişi, oynaqvari səthlərin qıvrımları və formaları, sümüklərin strukturları (sümüklü təbəqələrin istiqaməti və nizamlanması); anatomik bağların, qoruyuculu və sürüşkən tendonların (türkcə muhafazalı ve kaygan tendonların), tampon yastıqların (türkcə tampon yastıkların), qayığabənzər sümüyün, yağlayıcı serum mayesinə sahib sinovial membranların varlığı… Bunların hamısının inşasında, mahiyyət etibarilə xaotik və əskik olan təsadüfi hadisələrin yaradıb mühafizə edə bilməyəcəyi bir davamlılıq müşahidə olunar. Bu təyində, harmoniyaların daha çox təsir edici olduğu ümumi quruluşun incəliklərinə də girmirəm; bunlar tək dırnaqlı qıçlardakı sürətli hərəkət mexanikasında yaranacaq problemlərə çıxış yolları təmin edər.(140)

 

Grassenin bu ifadələri atın qıçının nə qədər mükəmməl bir quruluşa sahib olduğunu açıq şəkildə göstərir. Ancaq atın qıç quruluşu haqqında bilinənlər, Grassenin dövründəkilərlə məhdudlaşmır. Yaxın dövrdə atın qıçı üzərində aparılan çalışmalardan biri xüsusilə diqqət çəkicidir.

Florida Universitetindən olan tədqiqatçılar, 2002-ci ildə həyata keçirdikləri bir çalışmada, atların qıçındakı bir sümükdə (üçüncü əldarağı sümüyü) olduqca xüsusi bir quruluş olduğunu kəşf etmişlər. Buna görə də, təxminən 25 sm. uzunluğundakı sümük üzərində yerləşən və qan damarlarının keçməsini təmin edən, paxla böyüklüyündə bir dəlik, təzyiqi xüsusi olaraq uzaqlaşdıracaq şəkildə nizamlanmışdır. Laboratoriya sınaqlarında süni yollarla dəfələrlə sümüyü qırmağa çalışan elm adamları, tək bir sınaqda belə sümüyün (normalda olduğu kimi) dəlik nahiyəsindən qırılmadığını gördülər. Sümüyün dəliyin ətrafındakı nahiyəsi elə nizamlanmışdı ki, təzyiqi geniş bir səthə paylayır, atın qıçının bu nöqtədən qırılmasının qarşısını alırdı. Bu quruluş o qədər təqdir topladı ki, təyyarə mühəndisi olan dos. dr. Andrew Rapoff, bunu təyyarə gövdələrində, kabellərin keçirildikləri dəliklərdə təqlid edə bilmək məqsədiylə NASA-dan maliyyə yardımı aldı və bu istiqamətdə çalışmalara başladı.(141)

Göründüyü kimi atın qıçında, dünyanın ən müasir texnologiyalarına sahib mühəndislərin normalda ağıllarına gəlməyən, təyyarə sənayesində təqlid edilə biləcək xarakterdə xüsusiyyətlər vardır. Grassenin də ifadə etdiyi kimi belə xüsusi strukturların təsadüfə əsaslanan bir izahı mümkün deyil. Açıq olan həqiqət, atın qıçında təsadüflərlə meydana gələ bilməyəcək üstün xüsusiyyətlərin görüldüyü, yəni atın bütün xüsusiyyətləriylə Uca Allahın yaratdığı üstün bir yaradılış möcüzəsi olduğudur. Nəticədə, 20-ci əsr boyunca bir çox təkamülçü qaynaqda çox əhəmiyyətli bir dəlil kimi göstərilən "at silsilələri" bu gün çökmüş vəziyyətdədir. Atlar heç bir "təkamül" göstərmədikləri kimi, sahib olduqları mürəkkəb anatomiyaları ilə yaradılış həqiqətinin əhəmiyyətli bir nümunəsini meydana gətirirlər.

Darvinizmin "atın təkamülü" nağılı da digərləri kimi çürümüşdür.

------

123- 0. C. Marsh, "Recent Polydactyle Horses", American Journal of Science 43, 1892, ss. 339-354

124- Gordon Rattray Taylor, "The Great Evolution Mystery" New York, Harper & Row, 1983, sf. 230

125- Heribert Nilsson, Synthetische Artbildung Lund, Sweden: Vertag CWE Gleenrup, 1954, ss. 551-552

126- Boyce Rensberger, Houston Chronicle, 5 Kasım 1980, Bölüm 4, s. 15.

127- Milner, The Encyclopedia of Evolution, 1993, s. 222

128- Garret Hardin, Nature and Man's Fate, (New York, Mentor, 1961), ss. 225-226.

129- Francis Hitching, The Neck of the Giraffe-Where Darwin Went Wrong, NY: Ticknor and Fields, 1982, ss. 16-17, 19, 28-30

130- Kofahl, R.E., Handy Dandy Evolution Refuter, Beta Books, San Diego, California, 1997, s.159

131- Voorhies M.R., "Ancient Ashfall Creates a Pompei of Prehistoric Animals," National Geographic, Vol. 159, No. 1, January 1981, ss.67-68,74 ; "Horse Find Defies Evolution" Creation Ex Nihilo 5(3):15, January 1983, http://www.answersingenesis.org/docs/3723.asp

132- Jonathan Wells, "Icons of Evolution: Science or Myth? Why much of what we teach about evolution is wrong", s.199; Royal Truman, "A review of Icons of Evolution" www.answersingenesis.org/home/area/magazines/tj/docs/tj_v15n2_icons_review.asp

133- O.C. Marsh, 'Recent polydactyle horses,' American Journal of Science, 43:339–354, 1892.

134- Bruce J. MacFadden et al., Ancient diets, ecology, and extinction of 5-million-year-old horses from Florida, Science 283(5403):824–827, 5 February 1999.

135- Horse and horsemanship,' Encyclopædia Britannica, 20:646655, 15th ed. 1992

136- Ernst Mayr, What Evolution Is, New York: Basic Books, s. 163

137- D.M. Raup, 'Conflicts between Darwin and paleontology,' Field Museum of Natural History Bulletin 50:22, 1979

138- Sunderland L.D., Darwin's Enigma, 1988, s.78

139- J. Bergman and G. Howe, 'Vestigial Organs' Are Fully Functional Creation Research Society Books, Kansas City, s.77, 1990;

140- Paul-Pierre Grasse., Evolution of Living Organisms, s. 51-52

141- Florida Üniversitesi: "From the Bone of a Horse, a New Idea for Aircraft Structures, 2 Aralık 2002, http://www.napa.ufl.edu/2002news/horsebone.htm ; "Uzay ve Havacılık Mühendisleri Atın Kemik Tasarımını Taklit Ediyor" http://www.harunyahya.net/V2/Lang/tr/Pg/WorkDetail/Number/969